Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır” .....                        Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan çıxarmaqdır” .....                        ABŞ-da çoxluq Baydeni bəyənmir .....                        Baş prokuror Qarabağla bağlı danışdı .....                        Peskov Rusiya-Ukrayna müharibəsindən danışdı .....                        Mətbuat Şurasından İran səfirliyinə müraciət .....                        Zaxarovadan ABŞ-la bağlı açıqlama .....                        Sabahın havası .....                        Fiziki əngəlli qazilərə ayrılmış məbləğ açıqlandı .....                       
29-07-2022, 19:51
Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandı


Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib. Bu barədə Təhsil Nazirliyindən xəbər verilib. Rəsmi məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci ildən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.
29-07-2022, 19:47
Magistraturaya sənəd verənlərin sayı məlum oldu


Magistraturaya sənəd verənlərin sayı məlum oldu

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu 26 iyul 2022-ci il tarixində başa çatıb. Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.
29-07-2022, 19:44
İsraildə Azərbaycanın mina problemi ilə bağlı bəyanat

İsraildə Azərbaycanın mina problemi ilə bağlı bəyanat

İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzi minatəmizləmə və partlamamış hərbi sursatların təftişi üzrə ixtisaslaşmış “Open Minded Solutions LTD” beynəlxalq şirkəti ilə birlikdə “Azərbaycanın azad edilmiş ərazilərində minalar: Cənubi Qafqaz bölgəsində sülhə ən böyük maneə” mövzusunda dəyirmi masa təşkil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbir tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın təşəbbüsü ilə İsrailin Yerusəlim şəhərindəki Menahem Begin İrsi Mərkəzində baş tutub.
Tədbirdə “Open Minded Solutions LTD” şirkətinin təsisçisi və baş direktoru Royi Nahari, BMT-nin İnkişaf Proqramının çevik reaksiya üzrə eksperti, ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov, İsrail Muzeylər Assosiasiyasının sədri, Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyasının prezidenti, Hayfa Universitetinin sosiologiya və antropologiya üzrə fəlsəfə doktoru Yiqal Ben Şalom, Bar-İlan İsrail Universitetinin professoru, İsrailin İran və ərəb dünyası üzrə ən tanınmış eksperti, “NEWSRAEL” xəbər agentliyinin vitse-prezidenti, politoloq Mordexay Kedar, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara, strategiyaların hazırlanması üzrə “Reut Group” beynəlxalq təşkilatının baş direktoru Eran Şayson, Azərbaycanın İsraildəki Turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, İsraildəki dağ yəhudiləri icmasının liderlərindən ravvin Şmuel Simantov iştirak ediblər.
Dəyirmi masada minatəmizləmənin ləng və məsrəfli proses olduğu vurğulanıb, Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirməsi nəticəsində Azərbaycanın dünyada minalardan ən çox əziyyət çəkən ölkələr sırasında yer alması barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edərək ona iddialar irəli sürsə də, işğal dövründə bu ərazilərdə quruculuq işləri görməyib, hətta iddia etdiyi torpaqları minalarla “zəhərləyib”. Üstəlik, Azərbaycana təqdim olunmuş müvafiq mina xəritələrinin dəqiqliyi də suallar doğurur. Vurğulanıb ki, ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğundan, beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir.
Tədbir iştirakçıları donor ölkələrin diqqətini mina probleminin həllinə cəlb etmək üçün yol xəritəsinin hazırlanması məsələsini də müzakirə ediblər. Tədbirin sonunda dəyirmi masa iştirakçıları birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycanda mina probleminin həllinin irəliləyişində fəal əməkdaşlığa və qarşılıqlı dəstəyə çağırıblar. Birgə bəyanatın beynəlxalq ictimaiyyətin müxtəlif subyektlərinə təqdim olunması nəzərdə tutulur.
29-07-2022, 19:43
Dolların bu ay üçün son məzənnəsi


Dolların bu ay üçün son məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Butov.az-a bildirilib ki, bankın avqustun 1-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
29-07-2022, 19:39
Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildi


Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qayını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı B. Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B. Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
29-07-2022, 19:35
Gürcüstanda helikopter qəzaya uğradı


Gürcüstanda helikopter qəzaya uğradı

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.



29-07-2022, 19:31
Buster doza vurduranların yeni sayı


Buster doza vurduranların yeni sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1971 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1267, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 215 nəfərdir.

29-07-2022, 19:23
Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi


Meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində meymunçiçəyinə yoluxma hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib. Butov.az-ın məlumatına görə, bu qərar yerli hakimiyyət orqanlarına xəstəliklə mübarizə üçün daha çox əməkdaş səfərbər etməyə imkan verəcək. Qeyd olunur ki, iyulun 29-dək şəhərdə meymunçiçəyinə 291 yoluxma aşkar edilib. Statistikaya əsasən, ABŞ-da indiyədək qeydə alınan 4,9 min yoluxmanın 40 faizdən çoxu San-Fransisko və Nyu-York ştatının payına düşür.
29-07-2022, 19:19
Aktiv xəstə sayı 2200-ü keçdi


Aktiv xəstə sayı 2200-ü keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 373 yeni yoluxma faktı qeydə alınıb, 321 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib
Ölkədə indiyədək 798 011 nəfər koronavirusa yoluxub. Onlardan 786 056 nəfər müalicə olunaraq sağalıb, 9746 nəfər vəfat edib, aktiv xəstə sayı 2209 nəfərdir.

29-07-2022, 19:14
Polad Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək


Polad Həşimovun xatirəsinə həsr olunan turnir keçiriləcək

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək. Azərbaycan Ciu-Citsu Federasiyasından Butov.az-a verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək. Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!