Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
31-07-2022, 17:47
Ərdoğanın sözçüsü: Gəmilər hazır vəziyyətdədir


Ərdoğanın sözçüsü: Gəmilər hazır vəziyyətdədir

“Ukrayna tərəfi ilə mütəmadi təmasdayıq. Rusiya tərəfi ilə də təmaslar davam edir. Gəmilər Odessa limanından çıxmağa hazır vəziyyətdədir” Butov.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Hansı koordinatdan necə çıxacaq, beynəlxalq ərazi sularına girdiyi zaman, Türkiyə ərazi sularına girdiyi zaman kim yükləyəcək kimi detallar var. İlk gəminin sabah səhər yola çıxması ehtimalı yüksəkdir”, - deyə İ.Kalın qeyd edib.
31-07-2022, 17:43
15 idmançımız dünya çempionatına yollanır


15 idmançımız dünya çempionatına yollanır

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Federasiyadan verilən məlumata görə, 6 gün davam edəcək yarışda yığma 15 idmançı ilə təmsil olunacaq. 809 taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək. Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.
31-07-2022, 17:37
Şamaxı yolunda “Hyundai” yandı


Şamaxı yolunda “Hyundai” yandı

Bakı-Şamaxı yolunda avtomobil yanıb. Butov.az xəbər verir ki, hadisə zamanı avtomobilin mühərrik hissəsində başlayan yanğın sürətlə yayılıb. Nəticədə “Hyundai Sonata” markalı minik avtomobili tamamilə yanaraq yararsız hala düşüb.
31-07-2022, 17:29
Koronavirusa yoluxanların sayı 576 milyonu ötüb


Koronavirusa yoluxanların sayı 576 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 576 milyon 81 min nəfəri keçib. Bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bəyan edib. Bildirilib ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 milyon 399 min 498 nəfərə çatıb. Ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.
31-07-2022, 17:24
Rusiya ordusunun Ukraynada verdiyi itkilər


Rusiya ordusunun Ukraynada verdiyi itkilər

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiya ordusunun 160 əsgərini zərərsizləşdirib. Həmçinin onlarla artilleriya sistemi sıradan çıxarılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusiya ordusu ən böyük itkini Donetsk istiqamətində verib. Rus ordusunun müharibə ərzindəki ümumi döyüş itkiləri təxminən belədir: şəxsi heyət təxminən 40 830 (son sutkada daha 160 nəfər) nəfər zərərsizləşdirilib; tanklar - 1763 (4 yeni tank) ədəd; zirehli döyüş maşınları - 4 004 (+9) ədəd; artilleriya sistemləri - 916 (+10) ədəd, təyyarələr 223 (1), helikopterlər (190).
31-07-2022, 17:21
Ukrayna Qəhrəmanı arvadı ilə birgə öldürüldü


Ukrayna Qəhrəmanı arvadı ilə birgə öldürüldü

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Aleksey Vadaturski iyulun 31-nə keçən gecə həlak olub. Nikolayevin atəşə tutulması zamanı onun evinə mərmi düşüb. Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim “Telegram” kanalında məlumat verib. Məlumata görə, mərhum həyat yoldaşı ilə birlikdə dünyasını dəyişib. Oliqarx biznesmen “Forbes”in Ukrayna milyonçuları siyahısına daxil edilib və reytinqdə 15-ci yerdə qərarlaşıb. Onun sərvəti 0,5 milyard dollar həcmində qiymətləndirilirdi. Xatırladaq ki, Ukraynanın Nikolayev şəhəri iyulun 31-nə keçən gecə saat 01:00-dan səhər saat 05:00 radələrinədək intensiv atəşə tutulub.
31-07-2022, 17:18
İordaniyalı jurnalist Azərbaycandan yazdı


İordaniyalı jurnalist Azərbaycandan yazdı

İordaniyalı gənc jurnalist Marina Suda bu ölkənin “Əl Ənbat” qəzetində və Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın palçıq vulkanları haqqında məqalə yazıb. Butov.az xəbər verir ki, məqalədə Bakı və Abşeron yarımadasında 52 palçıq vulkanına dövlət təbii qoruğu statusu verildiyi, 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun yaradıldığı diqqətə çatdırılıb. Müəllif yazıb ki, ümumilikdə Azərbaycanda 220-dən çox palçıq vulkanı var. Onlar həm quruda, həm də dənizdə mövcuddurlar. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Müəllif, həmçinin vulkan palçığının müalicəvi əhəmiyyətindən də ətraflı bəhs edib.
31-07-2022, 17:14
"Qalatasaray" Norveç millisinin üzvünü heyətinə qatdı


"Qalatasaray" Norveç millisinin üzvünü heyətinə qatdı

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. Butov.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "AZ Alkmaar" klubunun yarımmüdafiəçisi Fredrik Midtşyönü heyətinə qatıb. Norveç millisinin də formasını geyinən 29 yaşlı oyunçu "Cim-Bom"la müavilə imzalamaq üçün bu gün axşam saatlarına İstanbula gələcək. Qeyd edək ki, Fredrik Midtşyö ötən mövsüm Niderland Erediviziyasında 29 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.
31-07-2022, 17:11
Ötən gün necə nəfərə vaksin vurulub?


Ötən gün necə nəfərə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1682 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 119, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1130, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 220 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 818 005, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 776, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 889, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 784, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.

31-07-2022, 17:07
Yoluxanların yeni statistikası: 324 nəfər sağaldı


Yoluxanların yeni statistikası: 324 nəfər sağaldı

Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib. Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir. Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!