Rusiyaya yardım edənlər də cəzalandırılacaq .....                        İdmançımız Avropa çempionu oldu .....                        Naxçıvanın sabiq naziri azadlığa çıxdı .....                        İranda etirazçılar deputatın ofisini yandırdılar .....                        Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq .....                        Qazilərlə bağlı koordinasiya mərkəzi yaradıldı .....                        Şəhid ailəsinin müraciəti həll olundu .....                        "Fənərbağça" Novakla yollarını ayırdı .....                        Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov .....                       
29-07-2022, 14:57
"Nur Ocağı" Nizami Qəribin şeirlərini təqdim edr:


"Nur Ocağı" Nizami Qəribin şeirlərini təqdim edr:

SƏN GƏLƏN ZAMAN

Qəlbindən qəlbimə sevgi ələnir,
Hər dəfə üzümə sən gülən zaman.
Zülmət gecələrim nura bələnir,
Hər dəfə görüşə sən gələn zaman.

Ömrümün, günümün payız çağında,
Üz tutdum zirvəyə eşqin dağında.
Çiçəklər öpüşür könül bağımda,
Hər dəfə görüşə sən gələn zaman.

Sənsiz var olmağa çətin dözərəm,
Qaya parçalayıb, səhra gəzərəm.
Gülüm, yollarına çiçək düzərəm,
Hər dəfə görüşə sən gələn zaman.

Güllərin qoynunda şeh nəğmə çalar,
Bülbüllər gah ötər, gah nəğmə çalar,
Yarpağı tərpədib meh nəğmə çalar,
Hər dəfə görüşə sən gələn zaman.
DANAN OLMUŞAM.
Kövrək ürəyimə vurmusan yara,
Sənli ümidlərim çəkilib dara.
Mən həsrət məhkumu, mən bəxti qara,
İllərdir oduna yanan olmuşam.

Qış oldu ömrümdə hər fəsil, hər il,
Qalmadı baxçamda nə çiçək, nə gül.
Mən gülün eşqinə oxuyan bülbül,
İndi tikanlığa qonan olmuşam.

Səbrim də səbr edib dözməyir daha,
Qəlbim tab gətirmir naləyə, aha.
Xəyallar qurmuşdum nurlu sabaha,
Ah çəkib dünəni anan olmuşam.

Bu necə cəzadır, bu necə zülüm,
Səslədim səsimə səs vermir ölüm.
Verdiyin əzaba yaxşı bax, gülüm,
Özümdə özümü danan olmuşam.

İNSANLIQ MEYARI RAMİN MÜƏLLİM.
Bu xəbər ürəkdən yandırdı məni,
Qarlı qışa dönüb dondurdu məni,
Zamansız istefan sındırdı məni,
Insanlıq meyarı, Ramin müəllim.

Belə haqsızlığı tanrı götürməz,
Vallah, yaxşılığı zaman itirməz.
Yüz gələn bir sizi geri gətirməz,
İnsanlıq meyarı, Ramin müəllim.

Socar-aqş-ilə bir tarix yazdın,
Adınla, işinlə dür tarix yazdın.
Ocaq tarix yazdın, pir tarix yazdın,
İnsanlıq meyarı, Ramin müəllim.

Sarvan ola bilməz çomaxlı çoban.
Ovçu sayılmaz ki, hər dovşan qovan.
Səninlə fəxr edir bütün el-oban,
Insanlıq meyarı, Ramin müəllim.

Bu adı, bu sanı sən qazanmısan,
Gecəylə, gündüzlə tən qazanmısan,
Qara saçlarına dən qazanmısan,
İnsanlıq meyarı, Ramin müəllim.

Arzular, istəklər çin-çin olacaq,
Su dolan arxlara yenə dolacaq,
Rəbbim dərd verəni dərdə salacaq,
İnsanlıq meyarı, Ramin müəllim.

Xəyallar aparır məni bir anlıq,
Səndə çiçəklədi solan insanlıq.
Əlindən gəlmədi heç vaxt yamanlıq,
İnsanlıq meyarı, Ramin müəllim.

Nizami Qəribə zirvəli dağsan,
Hər kəsin yanında sən üzü ağsan.
Hələ yaddaşlarda çox qalacaqsan,
İnsanlıq meyarı, Ramin müəllim.
MƏNİ
Qələm göz yaşımla yazır əlimdə,
Dərdimlə yüklənib dözür əlimdə,
Bütün oyunları pozur əlimdə,
Taleyin oyunu yorubdu məni.

Özümü titrədən hayam, harayam,
Ömür naxışında ağda qarayam,
Kədər zirvəsində uca sarayam,
Görəsən kim tikib, qurubdu məni?

Ümüdüm tükənib, sınağım bitmir,
Dost bildim hər kəsi, qınağım bitmir,
Kürəyə iz salan zolağım bitmir,
Fələyin qamçısı vurubdu məni.

Mən də bir zamanlar uşaq olmuşam,
Fikirdən, qayğıdan uzaq olmuşam.
Sevinc ağacında budaq olmuşam,
Bəxtimin tufanı qırıbdı məni.
BAŞINA DÖNÜM.
İzin ver ömründə fəsillər olum,
Payızına dönüm, qışına dönüm.
Razıyam, yanıma gəldiyin yolun,
Torpağına dönüm, daşına dönüm.

Qələmlə bənzərsiz cəlal çəkdiyi,
Sevgimə əbədi xəyal çəkdiyi.
Yaradan qüsursuz hilal çəkdiyi,
Gözünün üstündə qaşına dönüm.

Sevgimi dağlara yazıb ölərsəm,
Susuz səhraları gəzib ölərsəm,
Sənsiz yaşamaqdan bezib ölərsəm,
Ağlasan gözünün yaşına dönüm.

Səndən tək məhəbbət istədi Qərib,
Qəlbində arzular bəslədi Qərib.
Eşqindən nə vaxtdır xəstədir Qərib,
Gəlib məlhəmim ol, başına dönüm.

ÜMİDLƏR DƏ YETİŞMİR
Bir gözəlin aşiyiqiyəm nə vaxtdı,
Onu sevmək nəsibimdir gizlicə.
Gündüzləri əli çatmır əlimə,
Yuxularda görüşürəm hər gecə.

Sevə-sevə deyəmmirəm sevgimi,
Qarşılaşsaq baxışında azıram.
Ürəyimdə əsir olan hissləri,
Göz yaşımla sətirlərə yazıram.

Hər ötən gün kölgəsində itirəm,
Hey böyüyür həsrətimin çətiri.
Sarılıram arzulara gecələr,
Laylay deyir xəyalların ətiri.

Nə çətinmiş sevib uzaq yaşamaq,
Zaman durur, fəsillər də ötüşmür.
Asılırsan ağrıların ipindən,
Fəryadına ümidlər də yetişmir.
ANAMIN LAYLASI DÜŞÜB YADIMA
Qayğısız günlərdən qoparan qatar,
Anamın laylası düşüb yadıma.
Gəl çıx, dünənimə aparan qatar,
Anamın laylası düşüb yadıma.

Dərələr keçmişəm, dağlar aşmışam,
Bu gün, bu günümdən uzaqlaşmışam.
Elə kövrəlmişəm, uşaqlaşmışam
Anamın laylası düşüb yadıma.

Yorğun xəyallarım olubdur çaş-baş,
Mən özüm açmışam özümə savaş.
Əlli il əvvələ qayıdardım kaş,
Anamın laylası düşüb yadıma.

Gör neçə arzular dəfn oldu gözdə,
Təpər yox ürəkdə, taqət yox dizdə.
Məni ovutmayır nəğmə də, söz də,
Anamın laylası düşüb yadıma.

ƏHLİ HALAM MƏN
Mənim dəyərimi bilməyən, gözəl,
Səninçün həyatda cah-cəlalam mən.
Günəş yorulanda, zülmət çökəndə,
Üzündə parlayan nur-camalam mən.

Özün öz bəxtini eyləmə talan,
Qəlbinlə qəlbimə möhürlən, bağlan.
Gecələr yuxunda "ağ atlı oğlan",
Gündüzlər əlçatmaz xoş xəyalam mən.

Üzündə qırışam, saçında dənin,
Baharda günəşin, payızda çənin.
Nizami Qəribəm dərdindən sənin,
Uzaqda olsan da, əhli-halam mən.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!