Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
16-11-2022, 16:44
“Rusiyanın sülh danışıqlarına cavabı budur” - Nazir

“Rusiyanın sülh danışıqlarına cavabı budur” - Nazir

Ukraynanın Rusiya raketləri ilə kütləvi şəkildə atəşə tutulmasının qarşısı ancaq Ukrayna silahlarının və prinsiplərinin gücü ilə alına bilər. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. “Hazırda Rusiya raketləri bütün Ukraynada insanları öldürür və infrastrukturu məhv edir. Budur Rusiyanın sülh danışıqlarına cavabı”, - deyə XİN başçısı bildirib. O, həmçinin deyib: “Terroru ancaq silahlarımızın və prinsiplərimizin gücü ilə dayandırmaq olar”. Xatırladaq ki, noyabrın 15-də irimiqyaslı raket hücumu zamanı Ukraynaya onlarla raket atılıb. Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:41
Rusiya Polşaya raket atılması barədə açıqlama yaydı

Rusiya Polşaya raket atılması barədə açıqlama yaydı

Rusiya tərəfi Polşa ərazisinə raket düşməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. "Polşa KİV-lərinin və rəsmilərinin Rusiya raketlərinin Prjevoduv ərazisinə düşməsi ilə bağlı açıqlamaları məqsədli təxribatdır”, - açıqlamada deyilir. Bildirilib ki, Rusiya tərəfindən Polşa-Ukrayna sərhədindəki hədəflərə hücum həyata keçirilməyib. Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:37
Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!

Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Polşaya dəstək nümayiş etdirib. Bu barədə Estoniya XİN "Twitter" hesabında məlumat paylaşıb. “Polşadan gələn son xəbərlər narahatlıq doğurur. Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik”, - paylaşımda deyilir. Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
16-11-2022, 16:29
Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Polşa Ukrayna ilə sərhəddə qırıcıları havaya qaldırdı

Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havaya qaldırılıb. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Təyyarələr Polşa-Ukrayna sərhədində patrol uçuşları həyata keçirir. Bundan əlavə, NATO-ya məxsus pilotsuz uçuş aparatları da Polşa-Ukrayna sərhədində uçuşlar edir. Qeyd edək ki, Rusiya bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb. Hadisə nəticəsində mülki şəxslərin həlak olduğu bildirilir. Polşa hökuməti hadisədən sonra təcili iclas çağırıb.
16-11-2022, 16:28
Qətnaməyə etiraz edən senator Azərbaycanı dəstəklədi

Qətnaməyə etiraz edən senator Azərbaycanı dəstəklədi

Fransa Senatında Azərbaycan əleyhinə qətnaməyə qarşı çıxan yeganə senator Natali Qule olub. Natali Qule Azərbaycanı hədəfə alan qətnamənin əleyhinə səs verib və ölkəmizin haqlı mövqeyini dəstəkləyib. Qeyd edək ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Daha sonra Kristian Kambo və Gilbert-Lyuk Devinaz da onlara qoşulub. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.
16-11-2022, 16:25
Rusiya 7 milyondan çox ukraynalını işıqsız qoydu

Rusiya 7 milyondan çox ukraynalını işıqsız qoydu

Ukraynada Rusiyanın raket zərbələri nəticəsində 15 energetika obyekti zədələnib. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko bildirib. Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində 7 milyondan çox abonent işıqsız qalıb. Timoşenko, həmçinin vurğulayıb ki, Ukraynaya 90-dan çox raket atılıb, ölkənin hava hücumundan müdafiə sistemləri 70 raketi vurub. Qeyd edək ki, Ukraynanın bütün regionlarında elektrik enerjisinin fövqəladə kəsilməsi başlayıb.
16-11-2022, 16:23
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub. Polkovnik-leytenant Samir Rüstəmov Xarkov istiqamətdə döyüşlərdə iştirak edib. O, hərbi əməliyyatlar zamanı dünyasını dəyişib. Məlumata görə, Samir Rüstəmovun atası əslən Zəngilan rayonundan, anası isə ukraynalıdır. O, subay olub. Mərhum bu gün Xarkov şəhərində dəfn olunub.
16-11-2022, 16:21
Rusiya Polşaya raket atdı - Ölənlər var

Rusiya Polşaya raket atdı - Ölənlər var

Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevodov şəhərinə iki raket düşüb. Bu barədə Polşanın Zet radiostansiyası məlumat yayıb. Bildirilir ki, hadisə zamanı iki Polşa vətəndaşı həlak olub. Yerli polis, prokurorluq və Polşa ordusunun bölmələri hadisə yerinə cəlb olunub. Qeyd edək ki, bu gün Rusiya ordusu Ukraynaya kütləvi şəkildə raket zərbələri endirib. Polşaya düşən raketlərin Rusiya tərəfindən atıldığı güman olunur.
16-11-2022, 16:19
Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edib

Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edib

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə Qafqazda sülhün və sabitliyin yaradılmasına qarşı qərəzli münasibətin təzahürüdür. Fransanın mövqeyi bir daha sübut edir ki, uzun müddət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün təsis edilmiş ATƏT-in Miniski qrupuna həmsədirlik etmiş Fransa höküməti məhz qərəzli mövqeyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə mane olmuşdur. Azərbaycan dövləti münaqişənin daimi BMT-nin qəbul etdiyi 30 aprel 1993-cü il tarixli, 822 saylı, 29 iyul 1993-cü il tarixli , 853 saylı, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı, 12 noyabr 1993-cü il tarixli Qətnamələri çərçivəsində həll olunması ilə bağlı sona qədər fəaliyyətini davam etdirdi. Lakin 26 sentaybr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu irimiqyaslı təxribatının qarşısını alınması ilə bağlı hərbi əməliyyatları başlamaq məcburiyyətində qaldı. Münaqişənin həlli istiqamətində 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün bütün səylərini davam etdirir. Lakin Ermənistan tərəfi Fransa kimi hökümətlərin əlində siyasi alətə çevrilməklə yenidən sülh prosesinə zərbə vurur. Qəbul edilmiş Qətnamə sülh danışıqlarına və sülh müqaviləsinin bağlanması prosesinə böyük zərbədir. Qətnamə beynəlxalq hüququn prinsiplərinə ziddir. Əlcazairdə, Ruanda da 2 milyona yaxın insanı soyqırıma məruz qoyan Fransa dövlətinin prezidenti E.Makronun korporativ maraqlardan çıxış etməsini şiddətlə qınayır və hökuməti ermənilərin separatçı mövqeyini dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxdığını bəyan edirik.

Səməd Vəkilov - Müvəkkil Hüquq Mərkəzinin sədri
16-11-2022, 15:53

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!