Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 16-11-2022, 15:53
Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edib


Müvəkkil Hüquq Mərkəzi Fransa Senatının qətnaməsinə etiraz edib

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi Qətnamə Qafqazda sülhün və sabitliyin yaradılmasına qarşı qərəzli münasibətin təzahürüdür. Fransanın mövqeyi bir daha sübut edir ki, uzun müddət Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün təsis edilmiş ATƏT-in Miniski qrupuna həmsədirlik etmiş Fransa höküməti məhz qərəzli mövqeyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə mane olmuşdur. Azərbaycan dövləti münaqişənin daimi BMT-nin qəbul etdiyi 30 aprel 1993-cü il tarixli, 822 saylı, 29 iyul 1993-cü il tarixli , 853 saylı, 14 oktyabr 1993-cü il tarixli, 874 saylı, 12 noyabr 1993-cü il tarixli Qətnamələri çərçivəsində həll olunması ilə bağlı sona qədər fəaliyyətini davam etdirdi. Lakin 26 sentaybr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu irimiqyaslı təxribatının qarşısını alınması ilə bağlı hərbi əməliyyatları başlamaq məcburiyyətində qaldı. Münaqişənin həlli istiqamətində 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün bütün səylərini davam etdirir. Lakin Ermənistan tərəfi Fransa kimi hökümətlərin əlində siyasi alətə çevrilməklə yenidən sülh prosesinə zərbə vurur. Qəbul edilmiş Qətnamə sülh danışıqlarına və sülh müqaviləsinin bağlanması prosesinə böyük zərbədir. Qətnamə beynəlxalq hüququn prinsiplərinə ziddir. Əlcazairdə, Ruanda da 2 milyona yaxın insanı soyqırıma məruz qoyan Fransa dövlətinin prezidenti E.Makronun korporativ maraqlardan çıxış etməsini şiddətlə qınayır və hökuməti ermənilərin separatçı mövqeyini dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxdığını bəyan edirik.

Səməd Vəkilov - Müvəkkil Hüquq Mərkəzinin sədri


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!