24-11-2022, 17:54
Paşinyan: “Putindən müsbət siqnal aldıq”Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:42
Paşinyan: “Putindən müsbət siqnal aldıq”Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:41
Kiyev şəhərinin 70 faizi işıqsız qalıb - KliçkoKiyev şəhərinin 70 faizində elektrik təminatı kəsilib, paytaxtın sol sahildə su təchizatı bərpa olunub. Bu barədə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb. “Energetiklər və mütəxəssisləri paytaxtın kommunal təminatını bərpa etmək üçün bütün gecə ərzində çalışıblar. Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə təchizatın günün birinci yarısında bərpa olunacağı planlaşdırılır. Lakin Kiyevin 70 faizi hələ də işıqsız qalıb”, - deyə o bildirib. Kliçkonun sözlərinə görə, mütəxəssislər enerji verilməsini mümkün qədər tez bərpa etmək üçün səylərini əsirgəmirlər. Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ölkənin bir çox regionunun, o cümlədən paytaxt Kiyevin elektrik və su təminatında ciddi problemlərə səbəb olur.
24-11-2022, 13:38
Cümə gününün hava proqnozuBakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
24-11-2022, 13:36
Yeni ildə 5 gün iş olmayacaq31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.
24-11-2022, 13:35
Paşinyan yeni nazirlik yaradırErmənistanda yeni nazirlik yaradılacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, yeni layihədə Daxili İşlər Nazirliyinin yaradılması nəzərdə tutulur. Belə ki, yeni yaradılacaq nazirliyin tərkibinə üç xidmət daxil olacaq: polis, xilasetmə xidməti və miqrasiya və vətəndaşlıq xidməti. Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan layihə haqqında məlumat verərək bildirib ki, xidmət rəhbərlərini Baş nazir, müavinləri isə daxili işlər nazirinin təklifi ilə vəzifəyə təyin və vəzifədən azad edəcəklər.
24-11-2022, 13:31
Çap mediası çətinliklə üz-üzədirMedia sahəsində yeni konseptual baxış tələb olunur. Bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib. O qeyd edib ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib. “Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”, - deyə K.Həsənov bildirib. Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
24-11-2022, 13:30
Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”. Qurum rəhbəri qeyd edib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA Agentliyinin konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır: “E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə yenilik yox, eyni zamanda innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük”.
24-11-2022, 13:28
Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirildiBu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir. Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.
24-11-2022, 13:24
Orduda islahatlar aparılır - Zakir HəsənovÖlkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə islahatlar həyata keçirilir. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. O, ən yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.