20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-11-2022, 15:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
23-11-2022, 15:38
Almaniya Ukraynaya təslim olmağı təklif edibmiş


Almaniya Ukraynaya təslim olmağı təklif edibmiş

Ukraynanın tərəfdaşları Rusiyanın müharibəyə başlamasına fərqli reaksiya veriblər. Bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CNN telekanalına müsahibəsində bildirib. Conson qeyd edib ki, hələ hərbi əməliyyatlar başlamazdan əvvəl Almaniya hakimiyyəti Kiyevə təslim olmağı və münaqişəni davam etdirməməyi təklif edib.
23-11-2022, 15:36
Hərbçi forması geyinib, medal taxdı - Saxlanıldı


Hərbçi forması geyinib, medal taxdı - Saxlanıldı

Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.
23-11-2022, 15:33
"Bank işçisi" "müştəri"nin pulunu oğurladı


"Bank işçisi" "müştəri"nin pulunu oğurladı

Sosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
23-11-2022, 15:30
Ermənilər Şuşanı da atəşə tutdular


Ermənilər Şuşanı da atəşə tutdular

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
23-11-2022, 15:27
Zəlzələyə görə məktəblər bağlandı


Zəlzələyə görə məktəblər bağlandı

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələ səbəbindən bir sıra vilayətlərdə məktəblər bağlanıb. Butov.az xəbər verir ki, Düzce vilayətində, Zonguldakın Ereğli rayonunda, Boluda məktəblərdə təhsil birgünlük dayandırılıb. Daha sonra Sakarya valisi Çətin Oktay Kaldırım da məktəblərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat verib. "Düzcedə baş vermiş və şəhərimizdə hiss olunan zəlzələ ilə əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixində vilayət daxilindəki bütün təhsil müəssisələrində ehtiyat tədbirlərinə görə təhsil bir gün müddətinə dayandırılıb",-o deyib. Xatırladaq ki, Türkiyənin Düzce vilayətinin Gölyaka ərazisində 5,9 bal gücündə qeydə alınmış zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub.




23-11-2022, 15:19
Gədəbəydə kişi arvadını bıçaqladı - Oğul da atasını öldürdü


Gədəbəydə kişi arvadını bıçaqladı - Oğul da atasını öldürdü

Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. O bildirib ki, ilkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
23-11-2022, 15:15
Ukraynaya növbəti dəstək - Bu dəfə 4,5 milyard


Ukraynaya növbəti dəstək - Bu dəfə 4,5 milyard

ABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə yardımı ayırıb. Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib. "Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq və Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməklə, əsas dövlət xidmətlərini dəstəkləməklə Rusiyanın qeyri-qanuni müharibəsindən müdafiə etməyə kömək edəcək", - deyə Yellen deyib. Nazir bildirib ki, vəsait xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarına, həmçinin pensiyalara yönəldiləcək. ABŞ maliyyə nazirinin sözlərinə görə, yeni yardım paketi Ukraynanın ümumi birbaşa büdcə dəstəyini 13 milyard dollara çatdıracaq.
23-11-2022, 15:10
Türkiyəyə yenə raket zərbələri endirildi


Türkiyəyə yenə raket zərbələri endirildi

Suriyanın şimalında yerləşən PKK/YPG terrorçuları Türkiyə ərazinə raket zərbələri endirib. Bu gün Türkiyə ərazisinə 3 raket düşüb. Raketlərin boş əraziyə düşdüyü bildirilib. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
23-11-2022, 08:54
“TARİXİN ZƏFƏR YOLU” kitabının təqdimatı keçirilib


28 saylı Laçın məktəbində Subut Mehdiyevin “TARİXİN ZƏFƏR YOLU” kitabının təqdimatı keçirildi

Bu gün Xətai rayonunda yerləşən 28 saylı Laçın rayon məktəbində yazıçı-jurnalist Subut Mehtiyevin “Tarixin zəfər yolu “kitabının təqdimatı oldu. Bu “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində oxucuların ixtiyarına verilən növbəti kitab idi.Tədbirin orta məktəbdə keçirilməyi kitabın məzmun və qayəsinin nə qədər əhəmiyyətli olmasından xəbər verirdi. Zəfər tarixi haqqında yazılan kitabların məqsəd və məramı gənc nəsllərə vətən sevgisinin aşılanmasıdır. Tədbirin təhsil müəssisəində keçirilməsi zəfəri qazanan şəhid və qazilərimizin şərəfli döyüş yolunun məktəbdə gənclərə təbliğ olunmasının vacibliyini ortaya qoyur.

28 saylı Laçın rayon məktəbinin tərbiyəvi işlər üzrə direktor müavini Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq mahiyyəti barədə geniş məlumat verdi. Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı, sonra isə dövlət himni səsləndirildi. Daha sonra kitabın müəllifi Subut Mehdiyevə söz verildi. Müəllif iştirakçılara kitab haqqında məlumat verərək qeyd etdi ki, biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətənpərvərliyin tərənnümü, ölkəmizin müdafiəsində qəhrəmancasına həlak olmuş ŞƏHİDLƏRİN, həmçinin qazilərin keçdiyi şərəfli döyüş yolu barədə vətənpərvərlik nümunələrinin gənc nəsillərə çatdırılması, vətənin müdafiəsində qəhrəmanlıqlara imza atmış döyüşçülərin döyüş yolunun təbliği istiqamətindəki çağırışlarına qoşularaq, yazıçı–jurnalist Səhər Manafova ilə “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinə başladıq. “Zəfər Tarixinin Qəhrəmanları”, “Zəfər Tarixinin Qəhrəmanları-Qax Şəhidləri” və “Tarixin Zəfər yolu” kitablarının nəşr olunduğunu bildirdi. O, qeyd etmişdir ki, “Tarixin Zəfər Yolu” kitabında Müzəffər Ordumuzun inkişaf tarixi və bu istiqamətdə görülən işlər, müasir silahlarla silahlanma barədə məlumatlar ətraflı şəkildə təhlil olunmuşdur.

Müəllifin sözlərinə görə, bu layihədə Azərbaycan Ordusunun inkişaf tarixi və Müzəffər Ali baş komandan İlham Əliyevin apardığı uğurlu və balanslaşdırılmış siyasət, bunun nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə barədə də məlumatlar yer alıb. Bu kitabda vətənpərvərlik nümunələrinə geniş yer ayrılmışdır. Onun sözlərinə görə, “Tarixin Zəfər Yolu” kitabında Ali Baş Komandan İlham Əliyev Laçının Qarabağın açarı olduğu və strateji əhəmiyyəti, mineral su ehtiyyatları, təbiətinin ekoloji faydalılığı barədə tarixi çıxışı yer alır. Kitabda eyni zamanda tarixçi alim Şikar Qasımovun Laçının tarixi barədə geniş araşdırma yazısı öz əksini tapır. Tarixdə adı fəxarətlə çəkilən tarixi şəxsiyyətlər barədə də məlumatların olması bu kitabın nə qədər maraqlı və oxunaqlı olmasını bir daha təsdiq edir. Daha mühüm və vacib məqamlardan biri də odur ki, kitabda millət vəkili Mahir Abbasın Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olmuş Laçının region və Qarabağ, bütövlükdə isə Azərbaycan üçün hansı iqtisadi yükü daşıması barədə ətraflı yazısı vardır. Həmçinin Babək Aslanovun rəhbərliyi altında cəmlənmiş 30 nəfər bələdçi-kəşfiyyatçı kimi minlərlə gənclərə örnək ola biləcək qəhrəmanların fədakarlığı barədə məlumatlar kitabda qeyd edilmişdir. Kitabda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən savaşında döyüşmüş bir neçə qəhrəman döyüşçü haqqında da geniş və ətraflı məlumatlar var. Eyni zamanda Birinci Qarabağ savaşında canlarını fəda etmiş 305 nəfər şəhid, 44 günlük Vətən savaşında şəhid olmuş 15 hərbçi və 4 nəfər mülki şəhid barədə də geniş məlumatlar bu kitabda verilir. Kitabın ərsəyə gəlməsində müasir dövrün diqtə elədiyi yeni üsullardan da istifadə olunmuşdur. Belə ki, Şəhidlər barədə çəkilmiş videolar mantaj olunaraq “Əsgərtv” adlı yotube kanalında yerləşdirilmiş, k-kodları isə məqalələrin başlığında verilmişdir.

Daha sonra söz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxış çıxış edərək kitabın əhəmiyyətindən danışmışdır .
Millət vəkili Müşfiq Məmmədli geniş çıxış edərək tarixdə qalan böyük şəxsiyyətlərin xalqına yönəlik xidmətlərindən danışdı. Millət vəkili qeyd etdi ki, tarixi zəfərin əhəmiyyəti bu gün çox böyükdür, Bu şanlı zəfər xalqımızın milli kimliyini özünə qaytardı. O, kitabın müəllifinə də təşəkkürünü bildirərrək belə vacib layihələrin əhəmiyyətinin böyük olduğunu bir daha öz çıxışında vurğulamışdır.

” Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli, Laçın rayon icra hakimiyyəti başçının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova öz çıxışlarında bu gün şanlı zəfərimizin əldə olunmasında Azərbaycan ordusunun keçdiyi tarixi və şərəfli döyüş yolundan söhbət açmış və bu şərəfli tarixin yaşadılması baxımından kitabın nə dərəcədə əhəmiyyətli olmasını vurğulamışdı. Daha sonra Səhər Manafova çıxış edərək layihənin yaranma zərurətindən və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək “Tarixin Zəfər yolu” kitabının əhəmiyyəti barədə söylənilən fikirlərə əlavə edərək bildirdi ki, zəfər tariximizin təbliği baxımından kitab gələcək nəsillərə ən gözəl hədiyyədir.
Sonda 28 saylı Laçın rayon orta məktəbinin direktoru Nofəl İsmayılov çıxış edərək Subut müəllimə yaradıclılq uğurları arzuladı və bu kimi tədbirlərin tezliklə Laçında təşkil olunmağını arzu etdi.
Tədbirin sonunda müharibə iştirakçıları və qazilərə fəxri diplomlar verildi , xatirə şəkilləri çəkildi.


Yaqut Zeynalova
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!