20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
23-11-2022, 16:46
Belqradda Azərbaycan-Serbiya sənədləri imzalandı


Belqradda Azərbaycan-Serbiya sənədləri imzalandı

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov və Serbiya Respublikasının daxili işlər naziri Bratislav Qaşiç imzaladılar. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma”nı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Serbiya Respublikasının əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakoviç imzaladılar. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiya İnkişaf Agentliyinin direktoru Radoş Qazdiç imzaladılar. “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mixaylo Vesoviç imzaladılar.
23-11-2022, 16:34
İran quru qoşunlarını Kürdüstan əyalətinə göndərib


İran quru qoşunlarını Kürdüstan əyalətinə göndərib

İran hakimiyyəti kürd qrupları ilə mübarizə və sərhədlərdə təhlükəsizliyi təmin etmək üçün ölkənin qərbindəki Kürdüstan əyalətinə quru qoşunları göndərib. Bunu İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kusari deyib. Parlamentarin qeyd edib ki, quru qoşunları ölkənin qərbinə kürd separatçılarını məğlub etmək və sərhədlərdə təhlükəsizlik yaratmaq, Kürdüstan şəhərlərinin sakinlərinin adi rejimdə yaşaya bilməsini təmin etmək üçün göndərilib. Xatırladaq ki, oktyabr ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən silahlı anti-İran kürd qruplaşmalarına qarşı 4 mərhələli hərbi əməliyyata başlayıb. Əməliyyatda quru qoşunları, eləcə də SEPAH-ın hava bölmələri iştirak edib. Əməliyyat zamanı İran Silahlı Qüvvələri hava aviasiyası, eləcə də kamikadze pilotsuz uçan aparatların köməyi ilə dəqiq zərbələr endirib.
23-11-2022, 16:31
Ordumuz Qaragölü də işgaldan azad edib


Ordumuz Qaragölü də işgaldan azad edib

İctimai Televiziya (İTV) Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qaragöl gölü yaxınlığında çəkiliş aparıb, gölün ilk görüntülərini paylaşıb. "İTV Xəbər Yekun" verilişinin hazırladığı reportajda Laçın rayonunda yerləşən gölün buz bağladığı görünür. Bu reportajla bir müddət əvvəl yaranmış Qaragöl mübahisəsinə son qoyulub, Ordumuzun tarixi Azərbaycan ərazilərində yerləşmiş Qaragölü də azadlığa qovuşdurduğu məlum olub. Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında mübahisə yaranmışdı. Rəsmi Bakı bəyan etmişdi ki, torpaqlarımız işğaldan azad olunandan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz də bərpa edilib.

23-11-2022, 16:23
İranda azərbaycanlı gənc qətlə yetirilib


İranda azərbaycanlı gənc qətlə yetirilib

Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat verib. Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi bildirilib. Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə təzyiq göstərdiyini qeyd edib.
23-11-2022, 16:14
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu


İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.




23-11-2022, 16:05
Bakıda müəllim turşudan zəhərlənərək öldü


Bakıda müəllim turşudan zəhərlənərək öldü

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib. Bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb. Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib. Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib. Mərhum ailəli olub, iki övladı var.
23-11-2022, 16:01
Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıb


Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıb

Rusiyada istehsal olunan 400 min tondan çox gübrə sanksiyalar səbəbindən Avropa limanlarında dondurulub. Bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələrin istehsalı və satışı üzrə komissiyasının sədri Dmitri Mazepin Prezident Vladimir Putinlə görüşü zamanı deyib. “Əsas problem Avropa limanlarında çox miqdarda gübrənin dondurulmasıdır. “Uralxim” müəssisəsinin 262 min ton, “Akron” müəssisəsinin 52 min ton, “Euroxim” müəssisəsinin isə təxminən 100 min ton gübrəsi Estoniya, Latviya, Belçika və Niderland limanlarını tərk edə bilmir”, - deyə komissiyanın rəhbəri bildirib. Dmitri Mazepinin sözlərinə görə, komissiya gübrənin inkişaf etməkdə olan bazarlara, o cümlədən Afrikaya göndərilməsi üçün problemi müxtəlif yollarla həll etməyə çalışır. “Uralxim” zavodu özünün Avropa limanlarında qalan gübrəsinin hamısının Afrikaya pulsuz çatdırılması üçün BMT-yə müraciət etməyə hazırlaşır. Bir müddət öncə Vladimir Putin Avropa limanlarında yığılıb qalan gübrənin kasıb ölkələrə pulsuz çatdırmağa hazır olduğunu, lakin Avropa İttifaqının buna imkan vermədiyini deyib.
23-11-2022, 15:57
“Eurovision”da səsvermə qaydaları dəyişdi


“Eurovision”da səsvermə qaydaları dəyişdi

Avropa Yayım Birliyi “Eurovision 2023” mahnı yarışmasında səsvermə qaydalarını dəyişib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. “2022-ci il müsabiqəsində aşkar edilmiş səsvermə pozuntularına görə, səsvermənin şəffaflığının qorunması yollarını nəzərdən keçirmək üçün AYB üzvlərindən ibarət işçi qrup yaradılıb”, - deyə müsabiqənin təşkilatçıları bildiriblər. Qeyd olunub ki, indi hansı ölkələrin finala yüksələcəyini yalnız müsabiqənin tamaşaçıları müəyyənləşdirəcək. Belə ki, onların səsləri ölkənin səslərinə bərabər olacaq: “Eurovision” müsabiqəsinin münsiflər heyətinə yalnız müsabiqənin final mərhələsində seçim haqqı veriləcək". Rəsmi açıqlamada vurğulanıb ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, müsabiqəyə baxan hər kəs sevdiyi mahnılara səs verə biləcək. Qeyd edək ki, “Eurovision 2023” Liverpul şəhərində keçiriləcək.
23-11-2022, 15:48
KTMT Ermənistana yardım göstərməyi qərara alıb - Baş katib


KTMT Ermənistana yardım göstərməyi qərara alıb - Baş katib

Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində razılaşdırılıb. Bunu KTMT-nin baş katibi Stanislav Zas İrəvanda təşkilata üzv ölkələrin Xarici İşlər nazirlikləri, Müdafiə nazirlikləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında deyib. Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Daxil olan məlumatlar təsdiqləyir ki, atışmalar demək olar ki, hər gün baş verir. "Bu ilin may, sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Şurasının üç sessiyası təhdidlərin müzakirəsinə həsr olunub. Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər tərəflərin, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanıb”, - deyə o bildirib. Eyni zamanda, Zas vurğulayıb ki, Ermənistan hökuməti və digər iştirakçıların sülh sazişinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır. Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
23-11-2022, 15:43
Ağdamda kütləvi məzarlıq tapıldı


Ağdamda kütləvi məzarlıq tapıldı

Noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur. Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!