Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                        Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                       
Tarix : 23-11-2022, 16:01
Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıb


Rusiyanın 400 min tondan çox gübrəsi Avropa limanlarında qalıb

Rusiyada istehsal olunan 400 min tondan çox gübrə sanksiyalar səbəbindən Avropa limanlarında dondurulub. Bunu Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının mineral gübrələrin istehsalı və satışı üzrə komissiyasının sədri Dmitri Mazepin Prezident Vladimir Putinlə görüşü zamanı deyib. “Əsas problem Avropa limanlarında çox miqdarda gübrənin dondurulmasıdır. “Uralxim” müəssisəsinin 262 min ton, “Akron” müəssisəsinin 52 min ton, “Euroxim” müəssisəsinin isə təxminən 100 min ton gübrəsi Estoniya, Latviya, Belçika və Niderland limanlarını tərk edə bilmir”, - deyə komissiyanın rəhbəri bildirib. Dmitri Mazepinin sözlərinə görə, komissiya gübrənin inkişaf etməkdə olan bazarlara, o cümlədən Afrikaya göndərilməsi üçün problemi müxtəlif yollarla həll etməyə çalışır. “Uralxim” zavodu özünün Avropa limanlarında qalan gübrəsinin hamısının Afrikaya pulsuz çatdırılması üçün BMT-yə müraciət etməyə hazırlaşır. Bir müddət öncə Vladimir Putin Avropa limanlarında yığılıb qalan gübrənin kasıb ölkələrə pulsuz çatdırmağa hazır olduğunu, lakin Avropa İttifaqının buna imkan vermədiyini deyib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!