18-11-2022, 17:20
Şimali Koreya Yaponiyaya raket atdıŞimali Koreyanın atdığı qitələrarası raket Yaponiyanın Hokkaydo adasından təqribən 200 kilometr qərbə düşüb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket adi trayektoriya ilə uçacağı təqdirdə 15 min kilometr məsafəni qət edərək ABŞ ərazisinə çata bilər. Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib ki, dünən yerli vaxtla saat 10:14-də buraxılan raket saat 11:23-də dənizə düşüb. Raketin uçuş müddəti 69 dəqiqə təşkil edib. İlkin məlumatlara əsasən, 6 min kilometr maksimal hündürlüyə qalxan raket min kilometr məsafə qət edib. Raketin buraxılışından sonra ABŞ hərbi-hava qüvvələrinin Aomori prefekturasında yerləşən Misava bazasında həyəcan siqnalı verilib.
18-11-2022, 17:14
İstanbul terroruna görə 17 nəfər həbs olunduTürkiyənin İstanbul şəhərində noyabrın 13-də terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər həbs olunub.
Butov.az xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Əhləm Əlbəşir də var. Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb. Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.
18-11-2022, 17:09
Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü Qəzza zolağında ziyafət keçirilən binada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 21 nəfər ölüb. Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.
17-11-2022, 22:51
Pelosi vəzifədən getdiyini açıqladıABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi vəzifəsini tərk edəcək. Bu barədə o, palatada çıxışı zamanı bildirib. Pelosi qeyd edib ki, Demokrat fraksiyaya yeni nəslin rəhbərlik etməsi lazımdır. "Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” , - o deyib. Bundan əlavə, Pelosi ABŞ Konqresində qalıb işləməyə davam edəcəyini söyləyib.
17-11-2022, 22:50
İrana qarşı sanksiyalar genişləndirildiABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyin saytında məlumat yayılıb. Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir. Sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.
17-11-2022, 22:47
Nazir helikopter qəzasında öldüMeksikanın mərkəzi Aquaskalientes əyalətində helikopter qəzaya uğrayıb.
Butov.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərin biri Meksikanın ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozadır. Ölkənin şimalında baş verən qəzanın səbəbi bəlli deyil.
17-11-2022, 22:38
İlham Əliyev və Putin telefonla danışdıNoyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
17-11-2022, 22:32
İrandan Türkiyəyə terrorçular keçdi - Biri öldürüldü İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb. Qarşıdurma zamanı İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.
17-11-2022, 22:29
Qanunsuz erməni dəstələri təxribata cəhd etdiNoyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır. Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
17-11-2022, 22:24
Ermənistanın yaydığı bu məlumat yalandırNoyabrın 17-si saat 11:00-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.