17-11-2022, 22:21
İranda etirazçılar generalı öldürdüİranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.
Butov.az xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb. Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
17-11-2022, 16:58
Təbriz həbsxanasında Azərbaycan bayrağına görə davaİranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb. Bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər. Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb. Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb. Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır. Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.
17-11-2022, 16:50
Kiyevdə İranın PUA-ları vurulduUkraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib. Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.
17-11-2022, 16:48
Ərdoğan "Taxıl sazişi"nin uzadıldığını təsdiqlədiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin müddətinin uzadıldığını təsdiqləyib.
Butov.az xəbər verir ki, Türkiyə, BMT, Rusiya Federasiyası və Ukrayna arasında verilən qərar nəticəsində Qara dəniz Taxıl Dəhlizi Anlaşması 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılıb. Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
17-11-2022, 16:47
Sosial yardımı ləğv edib, uşaqpulu verək! “Uşaqpulu məsələsi ilə bağlı sistemli dəyişiklik etmək lazımdır”. Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat diqqətə çatdırıb ki, vətəndaşlar ünvanlı sosial yardımdan narazılıq edir: “Buna görə də hamının razı qalması üçün ünvanlı sosial yardım ləğv edib, onun əvəzinə uşaqpulu vermək lazımdır”.
17-11-2022, 16:45
Trampın “sağ əli” onun prezident olmasını istəmir
ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının Donald Trampdan daha yaxşı namizəd seçəcəyini bildirib. Mayk Pens bu barədə CNN telekanalının efirində danışıb. “Düşünürəm ki, mənim köhnə tərəfdaşımdan daha yaxşı seçimimiz olacaq. ABŞ amerikalıların rifahı üçün çalışan siyasətə qayıtmaq istəyir. Fikrimcə, ölkəni ən yüksək ideyalar ətrafında birləşdirəcək yeni rəhbərliyə ehtiyac yaranıb”, - Tramp administrasiyası dövründə vitse-prezident postunu tutan siyasətçi deyib. Onun fikrincə, Tramp 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən zaman bu addım həmin dövr üçün düzgün seçim olub: "O dövrdə Tramp Demokratlar partiyasından prezidentliyə namizəd olmuş Hillari Klintonu məğlub edə biləcək yeganə namizəd idi, lakin indi vəziyyət fərqlidir". Qeyd edək ki, Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.
17-11-2022, 16:44
BMT-nin Baş katibi Ərdoğana təşəkkür etdiBMT-nin Baş katibi Antonio Quterreş “Taxıl sazişi”nin müddətinin uzadılmasına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Bu barədə o, twitterdə yazıb. Baş katib bildirib ki, Türkiyənin səxavəti və öhdəliyi olmasaydı, bu təşəbbüs heç vaxt baş tutmazdı: “İstanbul əlamətdar diplomatik nailiyyətin mərkəzi olaraq qalır”. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli isə tviterdə yazıb ki, taxıl ixracının davam etməsi vacibdir: “Qara Dəniz Taxıl Təşəbbüsünün mart ayına qədər yenilənəcəyinə dair xoş xəbər aldıq. Dünyanı qidalandırmaq üçün Ukraynadan taxıl axını davam edəcək”. Qeyd edək ki, noyabrın 17-də “Taxıl sazişi”nin müddətinin daha 120 gün müddətinə uzadılması barədə razılıq əldə olunub. Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.
17-11-2022, 16:41
Qardaşlarımız dirçəliş ruhunun güclü olduğunu göstərdilər - Türkiyə MN“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi oldu. Qardaşlarımız 32 ildən sonra Qarabağda böyük zəfər qazandılar və dirçəliş ruhunun nə qədər canlı olduğunu göstərdilər”. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşımında bildirilib. "Türkiyə “İki Dövlət, Bir Millət” anlayışı ilə hər zaman azərbaycanlı qardaş və bacıları ilə bir yerdə olmağa davam edəcək", - paylaşımda qeyd olunub.
17-11-2022, 16:35
Hərbçilərə verilən ödənişlərin artırılması təklif edildiDelimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişlərinin artırılması təklif edilib. Bu təkliflə Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib. “Onların ödənişlərinin indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılmasını təklif edirik. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”, - deyə komitə sədri təklif edib.
17-11-2022, 16:34
Günəşli hava sabah da davam edəcəkNoyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.