14-11-2022, 19:51
Terror törədən qadının kimliyi məlum olduTürkiyənin İstanbul şəhərində terror aktı törədən qadının kimliyi məlum olub. Ötən gün terror törədən şəxsin Suriya əsilli Əhlam Əlbəşir olduğu müəyyən edilib. O, İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq, istintaqa cəlb olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
14-11-2022, 08:21
Türkiyə Respublikasının İstanbul şəhərində baş vermiş faciə ilə əlaqədar başsağlığıDəyərli Türkiyə Cümhur başqanı cənab R.T.Ərdoğan bəy!
Əziz Türkiyəli soydaşlarımız!Bu gün İstanbulda çox saylı insan tələfatı və ağır xəsarət alma ilə nəticələnmiş partlayış xəbərini böyük üzüntü ilə qarşıladıq. Bu insanlığa sığmayan vəhşiliyi törədənləri şiddətlə qınayır, xainlərin tezliklə tapılıb cəzalanacağına ümid edirik. Türk dünyasının birliyi və yüksəlişi uğrunda fəaliyyət göstərən ictimai qurum olaraq belə qeyri-insani əməlləri pisləyir, faciə nəticəsində dünyasını dəyişənlərə uca Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyirik.
Qardaş Türkiyəmizin və Türk dünyasının başı sağ olsun!
Azərbaycan dövləti də, xalqı da, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi də hər zaman Türkiyəmizin yanındadır!
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai birliyinin sədri
F.ü.f.d.Səkinə Bayramova,Həmsədri f.ü.f.d.,dos.Yeganə QəhrəmanovaATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri
Rasafil BayramovBakı şəhəri, 13 noyabr 2022-ci il
14-11-2022, 00:39
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:26

13-11-2022, 19:24
Minlərlə ev işıqsız qaldıGüclü fırtına səbəbindən Cənubi Avstraliya ştatında on minlərlə sakin elektrik enerjisiz qalıb. Həmin gün ştatın ərazisinə təqribən 423 min şimşək düşüb. Sürəti saatda 100 kilometrə çatan küləklər səbəbindən isə gözlənilməz daşqınlar baş verib. Bazar günü səhər saatlarında bəzi yerlərdə elektrik enerjisinin verilişi bərpa olunsa da, hələ də 76 min sakinin işıqsız qaldığı bildirilir.
13-11-2022, 19:23
İstanbulda partlayış: Ölənlər və yaralılar var İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb. Həmçinin, 36 nəfərin yaralandığı bildirilib. Məlumata görə, Türkiyə hökuməti İstanbuldakı partlayış yerindən telekanalların yayımını qadağan edib.
13-11-2022, 19:19
Moskvada 45 ilin rekordu qırıldıNoyabrın 13-də gecə yarısı Moskvada havanın temperaturu müsbət 11,1 dərəcə olub. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bu barədə bildirib. O deyib ki, bununla da 45 il əvvəl bu gün üçün olan temperatur rekordu qırılıb. Əvvəlki rekord 1977-ci il noyabrın 13-də qeydə alınıb və 10,2 dərəcə isti olub. Maraqlıdır ki, noyabrın 12-si şənbə günü də paytaxt tarixində ən isti gün kimi qeydə alınıb.
13-11-2022, 19:18
Xəzər sahilində 130-dan çox suiti ölü tapıldıXəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü Xəzər suitisi tapılıb. Bu barədə Qazaxıstanın Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib. Qazaxıstanın qərbində Xəzər dənizinin sahillərində ölü heyvanlar tapılıb. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün meyitlərin yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır. Xəzər suitisi dənizində yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizinə çıxışı 5 dövlətə malikdir: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan . Xəzər suitisi populyasiyası onilliklər ərzində həddindən artıq ovlanma və Xəzərin çirklənməsinin təsirlərindən əziyyət çəkir. Mütəxəssislər bildirirlər ki, hazırda 68 minə yaxın Xəzər suitisi var. 20-ci əsrin əvvəllərində onların sayı bir milyondan çox idi.
13-11-2022, 19:16
Şəhidlərimiz anıldı Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vüsal Məmmədov, Cahan Məmmədzadə və Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
13-11-2022, 17:41