20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-11-2022, 16:27
50 min nəfərə əlillik təyin edildi


50 min nəfərə əlillik təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 50,2 min şəxsə əlillik təyin edib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, onlardan 16,7 min nəfərə ilkin, 33,5 min nəfərə təkrar əlillik təyinatı aparılıb. Bu ilin 10 ayında əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olub. Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlər əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.
13-11-2022, 16:10
Rusiyadan Azərbaycana ixrac olunan taxılın miqdarı açıqlandı


Rusiyadan Azərbaycana ixrac olunan taxılın miqdarı açıqlandı

Bu ilin əvvəlindən Başqırdıstan Respublikasından Azərbaycana, Özbəkistana və Gürcüstana ümumi çəkisi 144,4 min ton taxıl və onun emalından alınan məhsullar ixrac edilib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumatda bildirilib. Məlumata görə, xarici podratçılara satılan taxılın ən böyük həcmini buğda təşkil edir - 38,16 min ton ilə, ondan sonra siyahıda kətan - 17,74 min ton, kamelina - 4,23 min ton, arpa - 3,23 min ton, zəfəran - 1,05 min ton, günəbaxan - 0,81 min ton, alaqanqal - 0,154 min ton, vika bitkisi - 0,176 min ton, xardal - 0,066 min ton ilə gəlir. 2021-ci ilin müvafiq dövrü ərzində Çuvaş Respublikası və Ulyanovsk vilayətindən Azərbaycana və Tacıkistana 136,77 min ton taxıl və onun emalından alınan məhsul ixrac edilmişdi.
13-11-2022, 16:08
"Qara dənizin altında enerji bazası yaradırıq" - Ərdoğan


"Qara dənizin altında enerji bazası yaradırıq" - Ərdoğan

"Qara dənizdə suyun 2200 metr dərinliyində enerji bazası yaradırıq. Gələn ildən bu qazdan istifadəyə başlayacağıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Bu gün Türkiyədə 81 şəhər mərkəzi və 669 yaşayış məntəqəsində vətəndaşlarımız təbii qazdan faydalanır. Beləliklə, bu müddət ərzində təbii qazdan istifadə edən əhali sayını 12,5 milyondan 58 milyona çatdırdıq. Bütün vətəndaşlarımıza təbii qazın rahatlığını çatdırana qədər bu səylərimizi davam etdirəcəyik”, - o bildirib.
13-11-2022, 16:05
Ukrayna polisi Xersonda sabitləşdirmə tədbirləri görür


Ukrayna polisi Xersonda sabitləşdirmə tədbirləri görür

Ukrayna Silahlı Qüvvələrinin üzvləri artıq Xerson vilayətinin 60 yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı deyib. "Bu gün axşam saatlarından etibarən müdafiə qüvvələri Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti təmin edib, polis sabitləşdirmə tədbirlərinə başlayıb. Sabitləşdirmə tədbirləri Xersonun özündə də davam edir", - Zelenski bildirib. O qeyd edib ki, azad edilmiş ərazinin hər yerində bomba mütəxəssisləri işləyir: "Artıq 2000-ə yaxın partlayıcı maddə ələ keçirilib".
12-11-2022, 21:26
"Neftçi"dən növbəti qələbə


"Neftçi"dən növbəti qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turunda "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan "Qəbələ" isı 5-ci sırada qərarlaşıb.
12-11-2022, 21:25
Türkiyədən Aİ-yə Şimali Kiprlə bağlı etiraz


Türkiyədən Aİ-yə Şimali Kiprlə bağlı etiraz

Türkiyə Avropa İttifaqının Şimali Kiprlə bağlı açıqlamasına etiraz edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilməsinə dair açıqlamasını rədd edirik", - bəyanatda deyilir. Türkiyə XİN bildirib ki, Şimali Kiprin müşahidəçi olması haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində yekdilliklə qəbul edilib: Kiprli türklər Türk Dünyasının tərkib hissəsidir, Türk dövlətləri ilə münasibət qurmaq və inkişaf etmək onların təbii hüquqdur".
12-11-2022, 21:22
Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı


Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı

ABŞ prezidenti Co Bayden Kambocanı Kolumbiya ilə səhv salıb. Bu barədə "Reuters" agentliyi bildirib. Kambocada keçirilən ASEAN sammitində çıxış edən Bayden Kamboca əvəzinə Kolumbiyanın adını çəkib. “İndi biz burada, Kambocada yenidən bir yerdəyik, ümid edirəm ki, biz əldə etdiyimizdən daha çox irəliləyiş əldə edəcəyik və mən Kolumbiyanın baş nazirinə təşəkkür etmək istəyirəm”, - o bildirib. Bayden çıxışı zamanı Kambocanın baş naziri Hun Seni nəzərdə tuturdu.
12-11-2022, 21:20
"Rusiya silah arsenalından hələ tam istifadə etməyib"


"Rusiya silah arsenalından hələ tam istifadə etməyib"

Rusiya rus torpaqlarını qaytarmaqda davam edir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb. O bildirib ki, Rusiya Silahlı Qüvvələri silah arsenalından hələ də tam istifadə etməyib. Medvedev qeyd edib ki, bu gün Rusiya gələcək dünya düzənini formalaşdırır.
12-11-2022, 21:17
Ukrayna ordusuna verilən silahların sayı açıqlandı


Ukrayna ordusuna verilən silahların sayı açıqlandı

2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələrinə 13,2 milyondan çox hərbi texnika və silah verilib. Bu barədə UNN Ukrayna Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat verib. Bu rəqəmə alınan raketlər, artilleriya sistemləri və döyüş sursatları da daxildir. Hesabata Ukrayna istehsalı olan silahlar, xüsusilə "Korsar" və "Skif" tank əleyhinə sistemlər, MiQ-29MU1 təyyarələri, Mi-8-MSB-V helikopterləri və "Neptun" sahil raket kompleksləri də əlavə edilib. Sənəddə deyilir ki, fevralda Ukraynada hərbi əməliyyatların başlandığı vaxt Ukrayna Silahlı Qüvvələrinin silahlanmasının yalnız 10%-i yeni və ya modernləşdirilmiş silahlardan ibarət olub.
12-11-2022, 21:16
Zaqatalada tütün zavodu yandı


Zaqatalada tütün zavodu yandı

Zaqatalada tütün zavodunda yanğın baş verib. Butov.az xəbər verir ki, yanğın hadisəsi rayonun Yuxarı Tala kənd ərazisində yerləşən “Agro İndustry MMC”yə məxsus tütün qurutma zavodunda baş verib. Hadisə yerinə Zaqatala rayon DYMH-dən yağınsöndürən maşınlar və şəxsi heyyət cəlb olunub, yanğının qarşısı alınıb. Yanğın zamanı kamerada olan 400 ədəd taxta yeşikdən 100 ədədi yanıb. Yanğının baş vermə səbəbi araşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!