20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-11-2022, 17:18
Şəhidlərimiz anıldı


Şəhidlərimiz anıldı

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vüsal Məmmədov, Cahan Məmmədzadə və Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


13-11-2022, 17:16
İranda sənaye şəhərciyi alovlandı


İranda sənaye şəhərciyi alovlandı

İranın sənaye şəhərciyində yanğın baş verib. İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib. Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır. İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir. Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.
13-11-2022, 17:13
Qlobal temperatur yüksələcək - Xəbərdarlıq


Qlobal temperatur yüksələcək - Xəbərdarlıq

İqlimşünaslar havaya atılan zərərli qazların həcminin hazırkı səviyyədə qalacağı və ya artacağı halda Yer kürəsində temperaturun “Selsi” şkalası üzrə 1,5 dərəcə yüksəlməsi ehtimalını 50 faiz səviyyəsində proqnozlaşdırlar. Bu barədə Böyük Britaniyanın Ekseter Universitetinin mətbuat xidməti məlumat yayıb. “BMT-nin İqlim Konfransının iştirakçıları Yer kürəsində temperaturun 1,5 dərəcə və ya daha çox yüksəlməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - universitetin mətbuat xidməti professor Pyer Fridlinqştaynın bu sözlərini sitat gətirib. 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üzrə imzalanmış Paris sazişi çərçivəsində iştirakçı ölkələr orta illik temperatur artımını hazırkı səviyyədə saxlamaq üçün yaxın onilliklər ərzində havaya atılan karbon qazının səviyyəsini azaltmağı öhdələrinə götürüb. Bundan əlavə, sazişdə iştirak edən ölkələr atmosferdən karbon qazını aktiv şəkildə udan meşələrin və digər təbii ekoloji sistemlərin sürətli bərpası üçün planlar hazırlayıb. Lakin iqlimşünaslar bu tədbirlərin kifayət etməyəcəyini düşünürlər. Onların fikrincə, bunun üçün bəşəriyyət havaya atılan zərərli qazları sıfıra endirməli və hətta atmosferdən karbon qazını çıxarmağa başlamalıdır. Tədqiqatçılar hesab edirlər ki, görülən bütün tədbirlərə baxmayaraq, artıq birinci onillikdə Paris sazişinin əsas məqsədi iflasa uğraya bilər. Onlar 2022-ci ildə havadakı istixana effekti yaradan qazların səviyyəsinin ölçərkən bu nəticəyə gəliblər. Məlum olub ki, həmin göstərici ötən ildən başlayaraq sürətlə artmağa davam edib. Belə ki, karbon qazının atmosferə atılma həcmi 40,6 milyard tona çatıb ki, bu da ötən illə müqayisədə bir faiz çoxdur. Eyni zamanda, mədən yanacağının yandırılması səbəbindən atmosferə atılan karbon qazının miqdarı 2020-ci illə müqayisədə təxminən 5,1 faiz artıb. Mövcud iqtisadi qeyri-sabitlik və epidemioloji vəziyyət sənaye və energetika sahəsində karbohidrogenlərdən istifadənin artmasına səbəb olub. Proqnozlara əsəsən, vəziyyətin belə davam edəcəyi təqdirdə 2030-cu ilə qədər qlobal temperatur 1,5 dərəcə yüksələ bilər.
13-11-2022, 17:10
Ərdoğanın İndoneziya gündəliyi bəlli oldu


Ərdoğanın İndoneziya gündəliyi bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın ev sahibliyi ilə Bali adasında keçiriləcək 17-ci "G-20" Zirvə Toplantısında iştirak edəcək. Bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib. Məlumata görə, 15-16 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu “Birgə bərpa - daha güclü bərpa”dır. Bu çərçivədə G-20 liderləri “Ərzaq və enerji təhlükəsizliyi”, “Səhiyyə” və “Rəqəmsal transformasiya” adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar. Prezident Ərdoğan tədbirdən əvvəl - noyabrın 14-də İndoneziya prezidenti Coko Vidodo ilə ikitərəfli görüş keçirəcək. Görüş zamanı Türkiyə ilə İndoneziya arasındakı əlaqələrə nəzər salınacaq. Eyni zamanda, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Türkiyə prezidenti sammit çərçivəsində müxtəlif ölkələrin dövlət başçıları ilə də təkbətək görüşəcək.
13-11-2022, 17:08
Bu şəhərdən Rusiya bayrağı götürüldü


Bu şəhərdən Rusiya bayrağı götürüldü

Ukraynanın işğal altındakı Melitopol şəhərində mərkəzi meydandan Rusiya bayrağı götürülüb. Bu barədə məlumatlar sosial şəbəkədə paylaşılıb. Bildirilir ki, ilk olaraq Rusiya bayraqları Xerson şəhərinin inzibati binaları və meydanlarından yığışdırılmağa başlayıb. Bölgədəki qondarma hakimiyyət bunun Rusiyanı şəhəri tərk etməsi ilə əlaqəli olmadığını bildirib.


13-11-2022, 17:05
Daşqınlar daha bir ölkəni cənginə aldı


Daşqınlar daha bir ölkəni cənginə aldı

Kolumbiyada aramsız yağan leysan yağışları daşqınlara səbəb olub. Daşqın nəticəsində Kolumbiyanın paytaxtı və digər şimal bölgələri iflic vəziyyətə düşüb. Rəsmi dairələr bildirib ki, aramsız leysan yağışları Kauka çayının daşması ilə nəticələnib. İnşalar canlarını qurtarmaq üçün evlərin damına və digər yüksək yerlərə çıxıblar. Ərazilərə helikopter vasitəsilə ərzaq paylanıldığı vurğulanır. Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü qeyd olunur.
13-11-2022, 16:44
Saakaşvilinin partiyasına yeni sədr gətirilir


Saakaşvilinin partiyasına yeni sədr gətirilir

Saakaşvilinin partiyasına yeni sədr gətirilir
Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" partiyasının rəhbərinin seçilməsi ilə bağlı işçi qrupu yaradılıb. Bu barədə partiyanın aparıcı üzvlərindən olan Qiorqi Baramidze məlumat verib. Onun sözlərinə görə, işçi qrupu 7 nəfərdən ibarətdir və qrupun moderatoru Qiorqi Baramidze özü olacaq: “Qrupun bir çox məsələyə və meyarlara cavab verən qaydalar yaratmaq üçün çox çətin işi olacaq. Meyarlardan biri də odur ki, seçkilər, səsvermə proseduru ədalətli, şəffaf və hamı üçün başa düşülən olmalıdır. Seçkilərdə hakim rejimin və ya digər maraqlı tərəflərin nümayəndələri deyil, məhz Milli Hərəkat partiyasının üzvləri və dəstəkçiləri iştirak etməlidirlər. Həmçinin proseslərdə bizim xaricdə yaşayan emiqrantlarımızın iştirakı da çox arzu ediləndir. Onlar arasında çox sayda Vahid Milli Hərəkat dəstəkçiləri var. Proses elə baş tutmalıdır ki, onun ədalətsiz olduğuna dair heç kim şübhə etməməlidir. Nəticələr obyektiv olmalıdır və məhz bu məqsədlə qeyd etdiyimiz qrup şəxs yaradılıb. Ümid edirik ki, 22 noyabradək qeyd etdiyimiz qaydaları nizamlaya biləcəyik. Ümid edirəm ki, siyasi şura bunu müzakirə edərək təsdiqləyəcək, daha sonra isə Vahid Milli Hərəkatın sədri vəzifəsinə namizədlər təbliğat-təşviqat kompaniyasına başlayacaqlar. Seçkilərin tələsik yox, ancaq tez şəkildə keçirilməsi bizim marağımızdır". Qeyd edək ki, adıçəkilən partiya 19 il əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılıb.
13-11-2022, 16:37
Pandemiya Fondu yaradılır: Razılıq əldə olundu


Pandemiya Fondu yaradılır: Razılıq əldə olundu

G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılıq əldə ediblər. Bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadiki məlumat verib. O bildirib ki, 24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. İndoneziya Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər.
13-11-2022, 16:33
Lavrov NATO-nu ittiham etdi


Lavrov NATO-nu ittiham etdi

"ABŞ və Şimali Atlantika Alyansı Asiya-Sakit Okean regionunu hərbiləşdirməyə çalışır, NATO isə bu regionda aparıcı rol almaq istəyir". Bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib: "Birləşmiş Ştatlar və onun müttəfiqləri və Şimali Atlantika Alyansı indi bu məkanı mənimsəməyə çalışırlar". O, Hind-Sakit Okean Strategiyasının konsepsiyasını xatırladıb: "Onun çərçivəsində “bütün istəyənlər üçün açıq olmayan, əslində ASEAN ətrafında yaradılmış inklüziv strukturlarla rəqabət aparan və bu regionun hərbiləşdirilməsini açıq şəkildə nəzərdə tutan formatlar irəli sürülür. Asiya-Sakit Okean Bölgəsində Rusiyanın Maraqlarını ehtiva edən Çini ehtiva edir. Yəni NATO əslində burada aparıcı rol oynayacaqlarını iddia edirlər və sözdə müdafiə xətti artıq Cənubi Çin dənizinə keçirilir”, - Lavrov vurğulayıb.
13-11-2022, 16:29
7 boksçumuz finala yüksəldi


7 boksçumuz finala yüksəldi

Polşanın Keltse şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan milli komandasının daha 2 üzvü finalda iştirak hüququ qazanıb. 1/4 final mərhələsində ermənistanlı Armen Quşçiyanın rinqə çıxmaması səbəbindən qalib elan olunan Məsud Yusifzadə (51 kq) yarımfinalda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. 57 kq-da döyüşən Ümid Rüstəmov Tirzoman Eysebyunun (Rumıniya) ardınca Şon Persellə (İrlandiya) də gücünü göstərib. Rəqibini məğlub edən boksçumuz adını finala yazdırıb. Ruslan Qədirov (54 kq) yarımfinalda Yakub Krjpeytlə (Polşa) münasibətinə aydınlıq gətirib. Rəqib mərhələ adladığından Avropa çempionatının finalçısı bürünc medalla kifayətlənib. Digər boksçumuz Sərxan Əliyev də turniri 3-cü pillədə bitirib. 71 kq-da gücünü yoxlayan idmançı yarımfinalda polşalı Damyan Durkajla döyüşüb və rəqib qələbə qazanıb. Nəticədə Azərbaycan yığmasının heyətində finalda mübarizə aparacaq boksçularının sayı 7-yə, bürünc medal qazananlar isə 4-ə çatıb. Bu gün baş tutacaq final mərhələsində Məsud Yusifzadə (51 kq) Yakub Slominskini (Polşa), Ümid Rüstəmov (57 kq) Patrik Adamusu (İrlandiya), Malik Həsənov (63,5 kq) Roman Samueli (Rumıniya), Nəbi İsgəndərov (67 kq) Pavel Suleçkini (Polşa), Murad Allahverdiyev (80 kq) Andrey Çiryasovu (Moldova), Alfonso Dominqes (86 kq) Klemens Şepanyakı (Polşa) və Məhəmməd Abdullayev (+92 kq) Radoslav Kavjakı (Polşa) sınağa çəkəcək. Qeyd edək ki, komandamızın heyətində Qədirov və Əliyevdən öncə Eldar Quliyevlə (86 kq) Rauf Rəhimov (92 kq) da bürünc medal qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!