Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-11-2022, 17:11
Rus qoşunları Xersondan tam çıxıb - Müdafiə Nazirliyi


Rus qoşunları Xersondan tam çıxıb - Müdafiə Nazirliyi

Rusiya Silahlı Qüvvələri qrupun Dnepr çayının sağ sahilindən köçürülməsini başa çatdırıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, bütün rus hərbçiləri Dnepr çayının sol sahilinə keçiblər. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Dnepr çayının sol sahilinə keçid zamanı Rusiya qoşun qruplaşmasının şəxsi heyəti, silah-sursat, hərbi texnikası itkisi olmayıb. "Dnepr çayının sağ sahilində bir dənə də olsun hərbi texnika və silah qalmayıb. RF Silahlı Qüvvələri Dnepr çayının sol sahilində mühəndislik baxımından əvvəlcədən hazırlanmış müdafiə xətlərini və mövqelərini tutub".
11-11-2022, 17:09
“Qarabağ” dünya reytinqində 8 pillə irəlilədi


“Qarabağ” dünya reytinqində 8 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. IFFHS-in açıqladığı reytinqdə 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb. Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-ü olub. İlk "3-lük"də 329 xalla "Flamenqo" (Braziliya), 311 xalla "Liverpul" (İngiltərə) və 308 xalla "Palmeyras" (Braziliya) qərarlaşıb.
11-11-2022, 17:07
"FETÖ ilə mübarizədə qardaşlarımıza arxalanırıq" - Ərdoğan


"FETÖ ilə mübarizədə qardaşlarımıza arxalanırıq" - Ərdoğan

"Qətl və casusluq şəbəkəsi olan FETÖ ilə mübarizəmizdə qardaş və bacılarımızın dəstəyinə arxalanırıq. FETÖ-nün məhv edilməsində sizinlə hər cür əməkdaşlığa hazır olduğumuzu bildirmək istəyirəm". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında çıxışı zamanı deyib.
11-11-2022, 17:05
“Mən qapıları çırpmamışam” - Zelenski Putinlə danışıqları mümkün sayır


“Mən qapıları çırpmamışam” - Zelenski Putinlə danışıqları mümkün sayır

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etməyib. Bununla yanaşı, Zelenski Moskvanın Kiyevin şərtləri ilə sülh bağlamaq istəyini görmədiyini qeyd edib. Ukrayna prezidenti CNN telekanalına müsahibəsində deyib ki, onun oktyabrda Putinlə diplomatiyaya keçməkdən imtina ilə bağlı imzaladığı fərman Rusiya ritorikasının dəyişməsini istisna etmir. "Mən qapıları çırpmamışam. Demişəm ki, biz Rusiya ilə danışmağa hazırıq, amma başqa bir Rusiya ilə. Hansı ki, həqiqətən sülhə, işğalçı olduğunu etiraf etməyə hazır olan bir Rusiya ilə", - Zelenski bildirib. Zelenski eyni zamanda ədalətin bərqərar olması üçün Ukraynanın bütün ərazilərinin, o cümlədən 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş ərazilərin geri qaytarılmasında israrlı olduğuna işarə edib. "Amma indiyə qədər mən Rusiya Federasiyasından ərazilərin geri qaytarılacağı barədə bəyanatlar eşitməmişəm - nə Putindən, nə də başqalarından", - deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb. “Politico” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Vladimir Putin dövründə Rusiya Federasiyası ilə sülh danışıqlarına dair iddia edilən yeni mövqeyi Bayden administrasiyasının yumşaq hərəkəti ilə bağlıdır. Daha sonra Ukrayna mətbuatı bu məlumatı təkzib edib. Mənbələr əmin ediblər ki, “sülhə” meyl yoxdur. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moskvanın Ukrayna ilə danışıqlarda iştiraka hazır olduğuna dair heç bir əlamət görmür. Eyni zamanda ABŞ prezidenti Co Bayden Rusiya ilə danışıqlar məsələsinin Ukraynadan asılı olduğunu bildirib.
11-11-2022, 16:57
“Bu, bütün müsəlman dünyasına təhqirdir” - Prezident


“Bu, bütün müsəlman dünyasına təhqirdir” - Prezident

Bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı qeyd edib. Dövlətimizin başçısı deyib ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.
11-11-2022, 16:55
Cənubi Qafqazda durum hələ də kövrəkdir - Ərdoğan


Cənubi Qafqazda durum hələ də kövrəkdir - Ərdoğan

"Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə deyib. “Bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edirəm”, - Ərdoğan bildirib. Türkiyə lideri, həmçinin vurğulayıb ki, indi dünyada həssas məqamdır: “Ukraynada davam edən müharibənin ədalətli sülhlə bitməsi üçün səylərimizi davam etdirik".
11-11-2022, 09:05
Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı kitab işıq üzü görüb


Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı kitab işıq üzü görüb

Vətən müharibəsində Qələbənin 2-ci ildönümünün Azərbaycan xalqı tərəfindən qeyd edildiyi günlərdə “Azərbaycan döyüşçüləri – Belarus torpağının qəhrəmanları” kitabı işıq üzü görüb (Minsk: “Adukatsıya i vıkhavanne” nəşriyyatı, 2022, 400 səh.). Kitab Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi və səfir Ülvi Baxşəliyevin iştirakı ilə ərsəyə gəlib.
Azərbaycan və Belarus alimlərinin birgə hazırladıqları əsərdə milli tarixşünaslıqda ilk dəfə olaraq ümumiləşdirilmiş formada Belarusun müdafiə döyüşlərində və alman qoşunlarından azad edilməsində Azərbaycan döyüşçülərinin iştirakı araşdırılır. Kitabın tərtibatçıları yazıçı, jurnalist, ssenarist Larisa Kuçerova və Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmi Akademiyasının və G.V.Leybnits adına Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru professor Nurulla Əliyevdir.
Əsərin hazırlanmasında aşağıdakı tərkibdə müəlliflər qrupu iştirak edib: Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin rəhbəri tarix elmləri doktoru professor Aleksey Litvin, Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, Beynəlxalq Türk Dünyası Araşdırmaları Elmi Akademiyasının və G.V.Leybnits adına Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru professor Nurulla Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin aparıcı elmi işçisi Anatoli Krivorot, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Belarus Hərbi Tarixi Mərkəzinin böyük elmi işçisi İrina Voronkova, yazıçı, jurnalist, ssenarist Larisa Kuçerova, yazıçı Dmitri Koşevar və hərbi tarixçi, istefada olan polkovnik-leytenant Elmir Şaripov.

Toplanmış materiallar, eləcə də şahidlərin xüsusi dəyərə malik hekayələri Azərbaycan döyüşçüsü obrazını yaratmağa imkan verir. Təqdim olunan işdə müəyyən yenilik materialın təqdimat tərzinin seçilməsindən ibarətdir - bu, daha çox elmi-sənədli əsərdir.

İki hissədən ibarət əsərdə Azərbaycana həm Sovet İttifaqının arxa, resurs mərkəzi kimi lazımi qiymət verilir, həm arxa və cəbhə xəttində, həm də işğal olunmuş ərazilərdə azərbaycanlıların xüsusi qəhrəmanlığı vurğulanır, xüsusilə də onların Belarusda partizan hərəkatında iştirakı açıqlanır.
Brest qalasının Azərbaycan əsilli müdafiə iştirakçılarının əsgərlərinin foto, məktub və yazışmalarının orijinalları, həmçinin Stalag 352 alman hərbi əsir düşərgəsində həlak olmuş və Belarus ərazisində yerləşən hərbi hissələrdə hərbi xidmət keçmiş əsir azərbaycanlı döyüşçülər haqqında ətraflı məlumat böyük maraq doğurur.
Kitabda Belarusda partizan hərəkatında azərbaycanlıların konkret soyadları təqdim olunur və onların şücaəti göstərilir. Onların arasında Belarus torpaqlarında uzun müddət yaşamış yerli sakinlərdən olan azərbaycanlılar da sadalanır. Partiyanın gizli regional, şəhər və rayon komitələri ilə əlaqələr quran, mühasirəyə düşən və ya əsirlikdən qaçan, habelə partizan dəstələrinə müxtəlif yollarla qoşulan və faşistlərə qarşı mübarizədə şücaət göstərən azərbaycanlı əsgər və zabitlərinin taleyi barədə daha ətraflı bəhs edilir. Həmçinin 1943-cü ilin sentyabr-1944-cü ilin may aylarında Belarusun azad edilməsi üzrə hücum əməliyyatlarında iştirak etmiş azərbaycanlı döyüşçülərə və respublikanın yerli sakinlərinə ayrıca fəsil həsr olunub ki, burada müharibə qəhrəmanlarının taleyindən sənədli formada bəhs edilir. Kitabda azərbaycanlı hərbi komandirlərin və sıravi əsgərlərin taleyi ilə bağlı çoxlu maraqlı faktlar təqdim edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şücaətini xüsusilə vurğulamaq lazımdır; onun Belarusun azad edilməsi tarixində, hərbi əməliyyatda tank birləşmələrindən istifadə taktikası olan “Aslanov kəlbətini” hərb elminə qırmızı xətt ilə daxil olub.
İkinci Dünya müharibəsi illərində Belarus ərazisində həlak olmuş 1700-dən çox azərbaycanlının siyahısının hazırlanmasında tədqiqatçıların səmərəli əməyini qeyd etmək lazımdır.
Kitabın bədii tərtibatı, mətni, sənədli faktlar və illüstrativ material diqqət çəkir.
Beləliklə, kitabda azərbaycanlıların İkinci Dünya müharibəsində, o cümlədən 1941-1944-cü illərdə Belarusun müdafiəsi və azad edilməsində iştirakına dair aparılan araşdırma təkcə tarixi deyil, həm də mənəvi əhəmiyyət kəsb edir, çünki bəyan edilmiş “Heç kim unudulmayıb, heç nə unudulmayıb” şüarına əks olaraq, qəhrəmanlığı faşizmin məğlubiyyətini yaxınlaşdıran, lakin nahaq yerə unudulan insanların adlarını xalqın yaddaşında canlandırmağa imkan verir. Eyni zamanda, kitab tarixi-memuar ədəbiyyatına, tarixin çətin dövrlərindən birinin ümumiləşdirilməsinə və səciyyələndirilməsinə müəyyən töhfə verir, tədqiqatın nəticələrindən Azərbaycan tarixi kursunun ayrı-ayrı bölmələrinin tədrisi prosesində, eləcə də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində istifadə oluna bilər.
Əsərin mövzusu Azərbaycan torpaqlarına ərazi iddiaları Üçüncü Reyxin təcavüzkar siyasəti ilə səsləşən Ermənistanla “elan edilməmiş” müharibənin indiki şəraitində də böyük tərbiyəvi əhəmiyyət kəsb edir.
Bütövlükdə, kitab o dövrün narahatlığını, həyəcanını və sevincini hiss etməyə, Azərbaycan döyüşçülərinin Belarus torpağında göstərdiyi şücaətlə bağlı qürur hissini yenidən yaşamağa imkan verir. Əsər həm gənc, həm də yaşlı nəsil üçün maraqlı olacaq.
Sonda müəlliflər Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə göstərilən köməyə görə öz minnətdarlıqlarını bildirirlər.
10-11-2022, 22:00
Rəşad Dağlının həbsinə qərar verildi


Rəşad Dağlının həbsinə qərar verildi

Tanınmış meyxanaçı Rəşad Dağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə gətirilib. Qaradağ Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimata məhkəmədə hakim Teymur Qurbanovun sədrliyi ilə baxılıb. Qərara əsasən, R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinib.
10-11-2022, 21:56
Ukrayna və Özbəkistan arasında böyük qalmaqal


Ukrayna və Özbəkistan arasında böyük qalmaqal

Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenko bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Özbəkistan XİN məlumat yayıb. Məlumata görə, səfirə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyaya ikili təyinatlı məhsulların tədarükü ilə bağlı bəyanatına görə etiraz bildirilib. Ukrayna tərəfindən Özbəkistanla bağlı KİV-də yalan məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb. Doroşenko əmin edib ki, Özbəkistan tərəfinin narahatlığı operativ şəkildə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılacaq. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski “La Repubblica” nəşrinə müsahibəsində bildirib ki, Qazaxıstan və Özbəkistan Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edir. Onun sözlərinə görə, Astana və Daşkənd Moskvanı raketlərin yaradılması üçün zəruri olan Amerika və Yaponiya istehsalı komponentlərlə təchiz edir.
10-11-2022, 21:54
Mirziyoyev: Biz də bu Zəfəri bayram etmişik


Mirziyoyev: Biz də bu Zəfəri bayram etmişik

“Danışıqlara başlamazdan əvvəl Sizi böyük Qələbə - 8 Noyabr günü münasibətilə təbrik etmək istəyirəm. Sizin yaxın dostlarınız kimi biz də bu Zəfəri bayram etmişik”. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib. "Bu münasibətlə Sizi bir daha təbrik edirəm. 12 Noyabr - Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - Siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar. Mən Sizi səmimi qəlbdən təbrik edirəm” - Prezident çıxışında deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!