20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
10-11-2022, 18:22
Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır - Zelenski


Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə itkiləri barədə danışıb. Zelenski bu mövzuya “CNN” telekanalına verdiyi müsahibə zamanı toxunub. Onun sözlərinə görə, Rusiya genişmiqyaslı müharibə başlayandan bəri həm şəxsi heyət, həm də artilleriya baxımından böyük itkilərə məruz qalıb. “Dəqiq rəqəm deyə bilmərəm, amma tərəflər arasındakı fərq çox böyükdür. Rusiyanın itkiləri Ukraynadan 10 qat artıqdır”, - deyə Ukrayna prezidenti söyləyib. Qeyd edək ki, Rusiya bu ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
10-11-2022, 18:21
AFFA "Neftçi"ni bu səbəbdən cərimələdi


AFFA "Neftçi"ni bu səbəbdən cərimələdi

AFFA İntizam Komitəsi "Neftçi"ni 800 manat məbləğində cərimələyib. Buna "ağ-qaralar"ın səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdiyi Premyer Liqanın XIII tur oyununa gecikməsi səbəb olub. "Gənclik şəhəri" təmsilçisi isə stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilməməsinə görə eyni məbləğdə cərimə ödəyəcək. Bundan başqa, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klub 4000 manat ziyana düşüb. 44 yaşlı mütəxəssis isə 5 oyunluq diskvalifikasiya olunub. "Səbail" - "Sabah" (0:2) oyununda PFL-in futbol himninin səsləndirilməməsi meydan sahiblərinə 800 manata başa gəlib. "Turan Tovuz" – "Şamaxı" (1:3) görüşündə təcili tibbi yardım maşını başlama vaxtına gecikdiyinə görə Tovuz təmsilçisi 1 600 manat cərimə edilib. Həmçinin, qonaq komandanın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə klub 4000 manat cərimə ödəyəcək. Mütəxəssis isə 5 oyunluq cəzalanıb. Sözügedən qarşılaşmada hər iki komandanın texniki zonasında oturan şəxslər A buraxılış vəsiqələrini taxmadıqlarına görə klublar 800 manat cərimələnib. "Qəbələ" isə evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldiyi matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.
10-11-2022, 18:19
Şəhid qardaşına vəzifə verildi - AMEA-da yeni təyinat


Şəhid qardaşına vəzifə verildi - AMEA-da yeni təyinat

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu barədə AMEA-dan məlumat verilib. Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdirinin müavini vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir. Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

10-11-2022, 18:17
İsmayıllıda ata və oğlu bıçaqlandı


İsmayıllıda ata və oğlu bıçaqlandı

İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb. Hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində
həmkəndliləri - 1994-cü il təvəllüdlü Nəcəfov Cümşüd Rauf oğlu və onun atası, 1964-cü il
təvəllüdlü Nəcəfov Rauf Cümşüd oğlu ilə aralarında ailə-məişət zəmnində mübahisə düşüb. Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Daha sonra Q.Gülmalıyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.
10-11-2022, 18:14
Ərdoğan xanımı ilə Səmərqənddədir


Ərdoğan xanımı ilə Səmərqənddədir

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Səmərqənddədir. Bu barədə Özbəkistan XİN başçısı Vladimir Norov "Twitter"də məlumat verib. Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb. Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğan da müşayiət edir.
10-11-2022, 18:12
Milli komandamız dünya çempionu oldu


Milli komandamız dünya çempionu oldu

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb. Butov.az-ın məlumatına görə, yığma finalda Türkiyə kollektivi ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
10-11-2022, 18:11
Daha bir ölkə Şengen zonasına daxil olur


Daha bir ölkə Şengen zonasına daxil olur

Avropa Parlamenti Xorvatiyanın Avropada vizasız səyahət bölgəsi olan Şengen zonasına daxil olması barədə layihəni təsdiqləyib. Layihə 53 əleyhinə, 534 lehinə olmaqla, səs çoxluğu ilə qəbul edilib. Bununla da Xorvatiyanın Şengen ölkələri ilə iç sərhədlərdə kontrolsuz səyahət imkanının açılması istiqamətində növbəti hüquqi prosedur tamamlanıb. Yekun nəticə isə Avropa İttifaqı Şurasında üzv dövlətlərin konsensus yolu ilə qəbul edəcəyi qərardan asılıdır. Qeyd edək ki, Şengen zonasına ümumilikdə 26 ölkə daxildir. Bunlar Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya və Rumıniya istisna olmaqla, Avropa İttifaqı üzvləri və birliyə daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn, və İsveçrədir.
10-11-2022, 18:08
İlham Əliyev xanımı ilə Özbəkistana getdi


İlham Əliyev xanımı ilə Özbəkistana getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.




10-11-2022, 18:06
Sabah yağış, qar yağacaq


Sabah yağış, qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
10-11-2022, 18:02
Qazimiz Vətənə qayıtdı


Qazimiz Vətənə qayıtdı

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb. “YAŞAT” Fondundan verilən xəbərə görə, həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!