Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
26-12-2022, 15:33
Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi


Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi

Türkiyədə yaşayan Güney Azərbaycan əsilli jurnalist Taha Kirmanı İranda sentyabrdan bəri davam edən etirazların gedişini dəyərləndirib. Kirmani bu barədə "Amerikanın Səsi"nə müsahibəsində danışıb. Jurnalist həmçinin İran hökumətinin etirazçıları edam edərək nəyi hədəflədiyini şərh edib. “Məhsa Əminidən sonra başlayan etirazların gücünü dəyərləndirdiyimizdə, biz bunu küçələrdəki insan sayı ilə ölçməməliyik. Yəni, neçə şəhər küçələrə çıxdı və ya nə həcmdə çıxdı, bunlar önəmli olsa da, bu etirazların əsas güc nöqtəsini dəyərləndirdiyimizdə fərqli ölçüləri nəzərə almalıyıq. İndi bu mərhələdə etirazların 3 aydır davam etdiyinə baxdığımızda deyə bilərəm ki, etirazlar güclənərək davam edir və artıq öz gücünü sübut edib”, - deyə Kirmani söyləyib. O qeyd edib ki, İslam Respublikası etirazları tamamilə yatırmağa qadir deyil: “Hakimiyyətin gücünü dartdığımızda İran İslam Cümhuriyyəti bütün küçədəki etirazları basdırmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik. Bu gün küçələrdə bəlkə bir ay bundan öncə ilə müqayisədə daha az etiraz olduğunu görürük, amma bu kəsinliklə etiraz dalğasının söndüyü və hakimiyyətin iddia etdiyi kimi bitdiyi mənasına gəlmir. Çünki, bunun əksini göstərən çox səbəblər var əlimizdə”. Farsdilli media platformalarında etirazlara qatılmayan, ancaq İslam Respublikasını da dəstəkləməyən kəsimlərin iştirakınının vacibliyindən bəhs edilir. Taha Kirmani hesab edir ki, “boz kəsim” adlandırılan səssiz əhalinin etirazlara dəstək verməsi üçün onların birbaşa küçələrə çıxması gərəkli olmaya bilər. “Əsasən bu boz bölümün iştirakından danışıldığı zaman bunlardan milyonların küçələrdə olması nəzərə alınmırdı. Doğrudur, əgər əsl məqsəd İslam Cümhuriyyəti rejiminin dəyişməsidirsə ki, bu gün anlaşılan bütün müxalif qüvvələrin ortaq qənaəti budur, bunun həyata keçirilməsi üçün ciddi kütlələrin küçəyə gəlməsi qaçılmaz bir şərtdir. Ancaq, o boz kəsimin, o səssiz qalan insanların iştirakı fərqli meyarlarla ölçülə bilər. Misal üçün, keçmiş etirazlara baxanda görürük ki, hakimiyyət bu dəfə öz dəstəkçilərini meydana gətirməkdə uğursuz oldu. Bu gün İslam Cümhuriyyətinin ən qaranti gördüyü bazasında belə ciddi zədələnmələr görürük. Yəni, bu etirazların günü küçələrdə gördüyümüzdən çox daha böyükdür”, - deyə jurnalist söyləyib. Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib. Edama məhkum edilən etirazçılardan Mohsin Şikari və Məcidrza Rəhnəvərdin hökmü tətbiq edilib. Onlar, etirazlar zamanı İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü Bəsic qüvvələrini yaralamaq və öldürmək iddiası ilə “Allaha qarşı müharibə aparmaq”da ittiham olunmuşdular. Kirmani İslam Resublikasının bu edamlarla öz tərəfdalarına güc mesajı vermək istədiyini ifadə edib. “Məncə hakimiyyətin bu edam cəzalarını birbaşa açıqlaması və necə açıqlamasına diqqət edəndə görürük ki, öz bazasına bir mesaj vermək istəyir. Məhkəmənin verdiyi qərar da son dərəcə anlamlıdır. İran İslam Cümhuriyyəti burada öz bazasını məmnun etmək və öz tərəfdarlarına güc mesajı vermək, onlara sahib çıxmaq mənasında mesaj verməyə çalışır. Yəni, etirazları basdırmaqda iştirak edən qüvvələrə ‘qorxmayın, mən arxanayızdayam, sizə zərər verənləri cəzalandırmaq üçün hər şeyi gözə alaram' mesajını verməyə çalışır. Çünki, işin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaqdır”, - deyə Taha Kirmani əlavə edib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
26-12-2022, 15:22
Çin hərbi texnikalarını Tayvan adasına cəlb etdi


Çin hərbi texnikalarını Tayvan adasına cəlb etdi

Tayvan adası ətrafında növbəti gərginlik yaşanıb. Bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) hərbi texnikaları adanın ətrafına cəlb edilib. 7 gəmi, 71 hərbi təyyarə və 47 uçuş aparatı Tayvanın yaxınlığına cəmləşdirilib. Qeyd edək ki, 1940-cı illərdə Çindəki vətəndaş müharibəsi zamanı kommunistlərin ölkənin əsas hissəsində iqitidarı ələ keçirməsindən sonra devrilmiş hakimiyyət adada fəaliyyətini davam etdirib. Uzun müddət Çin Respublikası adı ilə ölkəni BMT-də məhz Tayvan təmsil edib. Hazırda ÇXR adanın suverenliyi altında olmasını tələb edir.

25-12-2022, 23:18
XRİSTİANLAR MÜSƏLMANLARDAN AĞILSIZ, ŞİƏLƏRDƏN DAHA OPTİMİSTDİRLƏR

Vidadi Mustafayev


XRİSTİANLAR MÜSƏLMANLARDAN AĞILSIZ, ŞİƏLƏRDƏN DAHA OPTİMİSTDİRLƏR

Xristianların böyük əksəriyyəti hər il dekabrın 25-də (azlığı isə başqa tarixdə) insan əlində ölüb göylərə çəkilmiş Allah və Allahın yarı insan oğlu İsanın DİRİLİŞİNİ bayram edir. İsa əgər Allahdırsa, necə insan əli ilə öldürülə bilər, yox insandırsa, necə dirilə bilər. Xristianlığın bu ziddiyyətini İSLAM dini Allahı mücərrəd bir varlıq elan edərək uğurla aradan qaldırmışdır. Amma Şiəlik Xristianlıqdan ilham alaraq özü üçün bir mini İsa, ON İKİNCİ İmam taparaq onu göylərə göndərmiş və indi onun gəlişini gözləyir.
Xristianlar inanırlar ki, İsa insan əlində insan kimi ölüb, sonradan dirilib qaçsa da, bir Allah kimi gəlib Yer üzündə, cəmiyyətdə ədaləti bərpa edəcək.
Xalqın gözündən itən, lakin müəmmalı şəkildə səmaya getsə də, insan olaraq qalan 12-ci imam da qayıdıb ədaləti bərpa edəcək.
Şiələr üçün 12-ci imam məsələsi yox, ÜÇÜNCÜ imam Hüseyn daha vacibdir.
Xristianlar uşaq kimi özünü aldadaraq İsanın DİRİLMƏSİNƏ sevinir və onu bayram edirlər.
Amma şiələr qoca adamlar kimi qəm-qüssəyə daha yaxın oduqlarından, hər il imam Hüseynin qətlinə 10 gün aktiv və 40 gün passiv yas saxlayırlar.
Şiələrin xristianlardan fərqi də bundadır - biri sevincə, o biri kədərə köklənib.Yəqin buna görə İranda İslam inqilabından sonra yeni hakimiyyətin bir nömrəli vəzifəsi insanların sevinc ehtiyacını ödəməyə yönəlmiş Qərb nədəniyyətinin bütün qayda və təzahürlərini İran cəmiyyətinin gündəlik həyatından söküb atmaq olmuşdur.
Amma İranda DÖRDÜNCÜ aydır davam edən etirazlar insanların həyatının mədəni -məişət sferasına qoyulan Orta əsrlər qadağanlarının aradan qaldırılmasına yönəlib. İranlılar öz etirazları ilə Mədəniyyətin Qərbi və Şərqi olmadığını nümayiş etdirirlər. Həmin etirazlar eyni zamanda xalqın Dini hakimiyyətin təbliğ və icrasını təmin etməyə çalışdığı QƏM-QÜSSƏ mədəniyyəti və ya icbari qəm-qüssə siyasətinə SON qoyulmasına, qısası DİNİN SİYASƏTDƏN AYRILMASINA nail olunmasına yönəlib.
25-12-2022, 21:40
İranda 7 nəfər həbs olundu


İranda 7 nəfər həbs olundu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranda keçirilən hökumət əleyhinə etirazlar zamanı Britaniya kəşfiyyatı ilə əlaqədə olmaqda ittiham olunan 7 nəfərin həbs edildiyini açıqlayıb. Bu barədə İran mətbuatı məlumat yayıb. SEPAH-ın mətbuat xidməti iddia edir ki, həbs edilənlər Böyük Britaniyadan olan agentlərin rəhbərlik etdiyi Zaqros mütəşəkkil qrupunun üzvləridir. Qrupun İranda son iğtişaşlar zamanı təxribat fəaliyyətlərinə rəhbərlik etdiyi iddia edilir. Qeyd edək ki, İranda etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayıb.
25-12-2022, 21:31
Latviya da Ukraynada PUA zavodu açacaq


Latviya da Ukraynada PUA zavodu açacaq

Latviyanın pilotsuz uçuş aparatları istehsal edən "Atlas Dynamics" şirkəti 2023-cü ilin əvvəlində Ukraynada tədqiqat və təkmilləşdirmə zavodu açacaq. Bu barədə "Defence news" nəşri yazıb. Şirkət daha sonra Ukrayna Müdafiə Nazirliyi ilə əməkdaşlıqla əlaqədar istehsalat zavodu açmağı planlaşdırır. Müharibənin başlanmasından bəri "Atlas Dynamics" Ukrayna qüvvələrinə ümumilikdə 300 PUA göndərib. Qeyd edək ki, bundan əvvəl Türkiyə də Ukraynada "Bayraktar" istehsal etmək üçün zavod açmağı planlaşdırır.
25-12-2022, 20:03
Akar Fransayla bağlı çıxış etdi


Akar Fransayla bağlı çıxış etdi

"Fransızların bəslədikləri ilan özlərini sancmağa başlayıb". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. O qeyd edib ki, artıq hər kəs terror təşkilatının əsl üzünü görməlidir. "Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə", - Akar deyib. Türkiyəli nazir Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına da münasibət bildirib: "Müttəfiqlərimiz, bəzi dövlətlər müxtəlif səbəblərə görə PKK/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Suriya qəbilələri gücü ancaq gücsüz və müdafiəsiz qadınlara çatan PKK/YPG terrorçularına təpki göstərdilər və bölgəni tərk etmələrini istədilər. Biz terror təşkilatına dəstək verənlər, yardım edənlər barədə açıq və qəti şəkildə xəbərdarlıq etdik. Bunların hamısının (terror aktlarının) və daha çoxunun ola biləcəyini söylədik. Bu alçaqlarla, terrorçularla əməkdaşlıq etmək olarmı? Bir terrorçu ilə başqa terrorçunun üstünə getmək olarmı? Bu mövzuda əlaqələri davam etdirir, müttəfiqlərimizə yanlışlıqlarını deyirik".
25-12-2022, 19:59
Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək


Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək

Gələn il Türkiyə güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib. On yeddi yaşadək güləşçilər arasında qitə birinciliyi iyulun 31-dən avqustun 6-dək İstanbulda təşkil olunacaq. Qeyd edək ki, böyüklər arasında dünya çempionatı Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
25-12-2022, 19:54
Sülhməramlıların daha 2 avtomobili Laçın yolundan keçdi


Sülhməramlıların daha 2 avtomobili Laçın yolundan keçdi

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər. Laçın istiqamətindən Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 14-cü gündür davam edir.
25-12-2022, 19:49
Akar təftiş üçün Suriya sərhədinə yollandı


Akar təftiş üçün Suriya sərhədinə yollandı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri komandanlığının müşayiəti ilə Suriya sərhədinə yollanıb. Nazir burada qoşunların təftişini həyata keçirib. Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Hatay şəhərinə baş çəkib. Hatay Hava Limanında 2-ci Ordu komandanı, general Metin Gürak və digər rəsmilər tərəfindən qarşılanan Akar onu müşayiət edən komandirlərlə birgə Bahar Qalxanı Əməliyyatları Bölgəsi Sektor Komandanlığına üz tutub.
25-12-2022, 16:08
Bu il bütün bayramların ən acısıdır - Zelenski


Bu il bütün bayramların ən acısıdır - Zelenski

“25 dekabrda Ukraynada da milyonlarla adam Milad Bayramını qeyd edir. Amma bu gün xalqımız müharibə üzündən çətin vəziyyətdədir. Təəssüf ki, bu il bütün bayramların ən acısıdır". Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Ukraynada Rusiyaya qarşı müharibə əslində 8 ildir davam edir: "Ölkəmizin azadlığı üçün inanc və birlik içində mübarizəmizi sürdürəcəyik. Gəlin, bu qışa dözək. Çünki nə üçün mübarizə apardığımızı bilirik. Bu il ölkəmiz Milad bayramını müharibənin kölgəsində qeyd edir. Amma Rusiya ordusunun hücumları nəticəsində Ukraynada enerji infrastrukturlarına ciddi ziyan dəydiyi üçün elektrik enerjisində fasilələr var. Bütün çətinliklərə baxmayaraq, gəlin, bayramı qeyd edək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!