TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
31-01-2023, 23:08
Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşdi


Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşdi

Macarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb. Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb. Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.
31-01-2023, 23:01
Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonda danışdı


Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonda danışdı

31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb. Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-01-2023, 22:57
İsraildən Ukraynaya gülləkeçirməz təcili yardım maşınları göndərdi


İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları göndərdi

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, maşınlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq. “İsrail Müdafiə Nazirliyi ukraynalı xilasedicilərə 3 gülləkeçirməz sanitar maşın verib”, - məlumatda deyilir. Qeyd olunub ki, maşınlar İsrailin “Plasan Reem” şirkəti tərəfindən istehsal edilib. Maşınlar lazımi tibbi avadanlıqlarla təchiz edilib.
31-01-2023, 22:48
Türkiyəylə Suriya danışıqlarında İran da iştirak etməlidir - Lavrov


Türkiyəylə Suriya danışıqlarında İran da iştirak etməlidir - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Suriya arasında danışıqlarda İranın da iştirak etməli olduğunu bildirib. Bu barədə Lavrov misirli həmkarı Sameh Şukri ilə Moskvada keçirilən görüşdən sonra danışıb. Onun sözlərinə görə, İranın danışıqlara cəlb edilməsi ilə bağlı razılıq əldə olunub. “Təbii ki, hazırda İran İslam Respublikasının bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq əldə olunub”, - deyə Lavrov bildirib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə Suriya məsələsi ilə məşğul olan Astana “üçlüyünün” bir hissəsidir.
31-01-2023, 22:42
Fransadan Ukraynaya növbəti hərbi dəstək


Fransadan Ukraynaya növbəti hərbi dəstək

Fransa Ukraynaya daha 12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib. O bildirib ki, Fransa hökuməti Ukrayna əsgərlərinə təlim keçmək üçün 150 əsgərini Polşaya göndərəcək. Onlar Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemləri ilə işləməyi öyrədəcəklər. Nazir xatırladıb ki, Fransa artıq Ukraynaya 18 ədəd "Sezar" silahı təqdim edib.
31-01-2023, 17:23
Avtobus və metro üzrə gedişhaqqı artırıldı


Avtobus və metro üzrə gedişhaqqı artırıldı

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib. Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
31-01-2023, 17:15
Qərb hərbi güc tətbiqinə keçməyə üstünlük verir - Rusiya XİN


Qərb hərbi güc tətbiqinə keçməyə üstünlük verir - Rusiya XİN

"Rusiya Federasiyasının silahlı qüvvələri bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları baş tutmasın". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sami Şükrü ilə birgə mətbuat konfransında deyib. "Rusiya Ukraynanı ölkənin təhlükəsizliyi üçün daha böyük təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürməyə və hərbi güc tətbiqinə keçməyə üstünlük verir. NATO uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibədə birbaşa iştirak edir", - deyə XİN başçısı bildirib. "Biz İranın Türkiyə ilə Suriya arasında nizamlanma üzrə yeni təmaslarda iştirakını məntiqli hesab edirik. Suriya ilə Türkiyə arasında nizamlanma üçün yeni təmasların səviyyəsi və formatı hazırlanır, addım-addım irəliləməliyik. Rusiya İran ətrafında yaranmış gərginlikdən narahatdır", - deyə nazir əlavə edib. Bundan əlavə, Rusiya və Misir Fələstin-İsrail danışıqlarının yenidən başlamasının zəruriliyinə çağırıblar.
31-01-2023, 17:11
Saakaşvilinin vəziyyəti kritikdir


Saakaşvilinin vəziyyəti kritikdir

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. Bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü, keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib. "Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib. Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu söyləyib.
31-01-2023, 17:04
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hal-hazırda mümkün deyil - Çavuşoğlu


İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hal-hazırda mümkün deyil - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə münasibət bildirib. Türkiyə parlamenti hazırkı şəraitdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etmir, bu, mümkün deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "İsveç hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri bizə səfərə gəldi. O, parlamentdə idi, partiyaların nümayəndələri ilə görüşdü. Bütün tərəflər yekdilliklə bəyan etdilər ki, öhdəliklər yerinə yetirilmədən protokolun ratifikasiyası mümkün deyil. Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmaq mümkün deyil”, - Çavuşoğlu bildirib. Finlandiya və İsveç Rusiyanın Ukraynada apardığı müharibə fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər ərizələr 30 ölkədən yalnız 2-si tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir. İsveçin xarici işlər naziri Tobias Billström bir müddət əvvəl Quranın yandırılması ilə bağlı aksiyalar fonunda Krallığın NATO-ya daxil olması prosesinin dayandırıldığını, lakin Ankara ilə Xarici İşlər nazirliklərinin iyulda Vilnüsdə keçiriləcək sammitində razılığın əldə olunacağına ümid etdiyini bildirib. Öz növbəsində, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Şimali Atlantika Alyansına müraciətinin İsveçdən ayrı ratifikasiya prosedurunun davam etdirilməsinin mümkünlüyünü etiraf edib, lakin sonra öz sözlərini geri götürüb.
31-01-2023, 16:56
Minatəmizləmə prosesi 30 ilə qədər davam edə bilər


Minatəmizləmə prosesi 30 ilə qədər davam edə bilər

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib. “2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - nazir müavini çıxışında bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!