UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
28-01-2023, 23:54
Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN


Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN

Müqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström "Expressen" qəzetinə müsahibəsində bildirib. O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb. “Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı. Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, - XİN başçısı deyib. Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
28-01-2023, 23:48
Şolts Ukraynadakı müharibədən danışdı


Şolts Ukraynadakı müharibədən danışdı

Almaniya kansleri Olaf Şolts yeni videomüraciət yayıb. O, çıxışında Berlinin Rusiyaya qarşı siyasi kursundan və Ukraynadakı müharibədən danışıb. Şolts təkcə Ukraynaya dəstəyi deyil, həm də ölkəsinin təhlükəsizlik problemlərini nəzərə aldığını vurğulayıb. Kansler qeyd edib ki, hakimiyyətin prioriteti Almaniyanın təhlükəsizliyidir: “Bizim məqsədimiz aydındır - Rusiya güc tətbiq etməklə sərhədlərini genişləndirə bilməməlidir". Onun sözlərinə görə, Almaniyanın xarici siyasəti üç prinsipə əsaslanır: Ukraynaya humanitar, maliyyə və hərbi-texniki dəstək verilməsi; münaqişənin genişlənməsinin, onun Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısının alınması; Birləşmiş Ştatların başçılıq etdiyi müttəfiqlər və tərəfdaşlarla bütün hərəkətlərin sıx əlaqələndirilməsi. Şolts bildirib ki, Rusiyanın Ukraynaya hücumu başlayandan Almaniya hökuməti hər zaman beynəlxalq səviyyədə razılaşdırılan qərarlar qəbul edib. O, həmçinin xatırladıb ki, Ukraynadakı “dəhşətli, qəddar və mənasız müharibə” Rusiya prezidenti tərəfindən təhrik edilib.
28-01-2023, 23:44
Ədliyyə nazirindən iranlı həmkarına müraciət


Ədliyyə nazirindən iranlı həmkarına müraciətt

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb. Nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayıb. F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib. Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib. F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.
28-01-2023, 23:41
Misir prezidenti Ermənistanda səfərdədir


Misir prezidenti Ermənistanda səfərdədir

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda
səfərdədir. Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir. Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir. Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
28-01-2023, 23:37
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 17:40
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:20
Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı


Mədəniyyət Nazirliyinin kollegiya dəyişikliyiylə bağlı qərar imzalandı

Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru kollegiyadan çıxarılıb. Respublika Kino Agentliyinin Baş direktoru nazirliyin kollegiyasına daxil edilib.
28-01-2023, 16:15
Sülh müqaviləsinin imzalanması lazımdır - Prezident


Sülh müqaviləsinin imzalanması lazımdır - Prezident

Sülh müqaviləsi mütləq imzlanmalıdır. Bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər".
28-01-2023, 16:13
30 illik işğala hərbi-siyasi yollarla son qoyduq - İlham Əliyev


30 illik işğala hərbi-siyasi yollarla son qoyduq - İlham Əliyev

Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.
28-01-2023, 16:10
Səfirlik əməkdaşları təyyarə ilə təxliyə olunacaq


Səfirlik əməkdaşları təyyarə ilə təxliyə olunacaq

“Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq”. Bunu “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, təxliyə Bakıdan yolda düşəcək təyyarə ilə həyata keçiriləcək. Qurum rəsmisi təxliyənin tarixi və saatı barədə dəqiq məlumat verə bilməyəcəyini deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!