Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
29-01-2023, 23:06
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdı


Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırdı

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb. Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Səfirliyin inzibati binasının və əmlakının qorunması üçün əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər", - deyə XİN başçısının müavini qeyd edib.
29-01-2023, 22:56
Qəbələ rayonunda kişi skeleti aşkarlandı


Qəbələ rayonunda kişi skeleti aşkarlandı

Bugün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.
29-01-2023, 22:54
İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmır


İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmır

İran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır. Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb. Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar. Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.


29-01-2023, 22:50
Argentina Ukraynaya silah verməyi düşünmür


Argentina Ukraynaya silah verməyi düşünmür

Argentina və Latın Amerikasındakı qonşuları Ukraynaya silah göndərməyi düşünmür. Bu barədə Argentina prezidenti Alberto Fernandes Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib. O bildirib ki, bu mövqe digər münaqişə zonalarına da aiddir. "Argentina və Latın Amerikası Ukraynaya, eləcə də başqa münaqişə zonasına silah göndərməyə hazırlaşmır və düşünmür", - Fernandes vurğulayıb.
29-01-2023, 22:44
Sülh üçün mübarizə aparırıq - Hulusi Akar


Sülh üçün mübarizə aparırıq - Hulusi Akar

"Biz sülh üçün mübarizə aparırıq". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bir tərəfdən sərhədlərimizin qorunması üçün, digər tərəfdən terrorla mübarizənin həyata keçirilməsi, digər tərəfdən Somali, Sudan, Kosova, Bosniya başda olmaqla Şimali Kipr Türk Cümhuriyyətimiz, azərbaycanlı qardaşlarımız və liviyalı qardaşlarımızla dünyanın 19 fərqli bölgəsində mümkün olan bütün coğrafiyalarda minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk", - deyə Akar vurğulayıb.
29-01-2023, 22:42
İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdi


İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün ölkəsində baş verən partlayışlara aydınlıq gətirib. XİN başmısı mətbuat konfransında bu barədə danışıb. "İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb", - deyə nazir bildirib. Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.
29-01-2023, 22:38
Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdı


Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüşüb. Görüş Misir prezidentinin Ermənistana səfəri çərçivəsində baş tutub. Tərəflər Ermənistan-Misir əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Paşinyan Misir prezidentinin müstəqil Ermənistanın tarixində ilk səfərinin əhəmiyyətini vurğulayıb: "Yəqin ki, bunun şərəfinə İrəvana qar yağıb".
29-01-2023, 22:27
Prezident xanımı ilə Macarıstanda


Prezident xanımı ilə Macarıstanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.


29-01-2023, 17:29
Prezident Macarıstana rəsmi səfərə getdi


Prezident Macarıstana rəsmi səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:24
Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edir


Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edir

Fransada pensiya islahatına qarşı etirazlar davam edir. Həmkarlar ittifaqı təşkilatları əhalini tətillərə və kütləvi aksiyalara qoşulmağa çağırıb. Məlumata görə, eyni vaxtda 200-dən çox aksiya təyin olunub. İnsanlar hökumətin növbəti illərdə pensiya yaşının artırılması bağlı qərarına yenidən baxmağı tələb edirlər. Qeyd edək ki, Fransada pensiya yaşının 7 il ərzində 64-ə çatdırılması nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!