Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
3-01-2023, 19:50
Polşa Almaniyadan təzminat almaq üçün BMT-dən kömək istədi


Polşa Almaniyadan təzminat almaq üçün BMT-dən kömək istədi

Polşa BMT-yə bəyanat göndərərək Almaniyadan müharibə təzminatının alınmasında kömək istəyib. Bu barədə Polşa xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə səlahiyyətli nümayəndəsi Arkadiuş Mulyarçik bildirib. “Biz sizdən bu məsələyə müdaxilə etməyinizi, bu dialoqu aparmaq istəməyən Almaniya ilə dialoq platforması yaratmağınızı xahiş edirik”, - o qeyd edib. Bundan əvvəl Polşa oxşar tələblə Avropa Şurasına və YUNESKO-ya müraciət edib. Sentyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntılara görə kompensasiya tələb edən nota imzalayıb. Varşava müharibənin vurduğu zərərin həcmini 6,2 trilyon zloti (1,3 trilyon dollar) qiymətləndirir.
3-01-2023, 19:11
Polşa Almaniyadan təzminat almaq üçün BMT-dən kömək istədi


Polşa Almaniyadan təzminat almaq üçün BMT-dən kömək istədi

Polşa BMT-yə bəyanat göndərərək Almaniyadan müharibə təzminatının alınmasında kömək istəyib. Bu barədə Polşa xarici işlər nazirinin müavini, hökumətin təzminat üzrə səlahiyyətli nümayəndəsi Arkadiuş Mulyarçik bildirib. “Biz sizdən bu məsələyə müdaxilə etməyinizi, bu dialoqu aparmaq istəməyən Almaniya ilə dialoq platforması yaratmağınızı xahiş edirik”, - o qeyd edib. Bundan əvvəl Polşa oxşar tələblə Avropa Şurasına və YUNESKO-ya müraciət edib. Sentyabrın 3-də Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dağıntılara görə kompensasiya tələb edən nota imzalayıb. Varşava müharibənin vurduğu zərərin həcmini 6,2 trilyon zloti (1,3 trilyon dollar) qiymətləndirir.
3-01-2023, 19:09
Ukraynanı qələbəyə qədər dəstəkləyəcəyik - Litva rəsmisi


Ukraynanı qələbəyə qədər dəstəkləyəcəyik - Litva rəsmisi

Litvanın müdafiə naziri Arvidas Anusauskas Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib. Sözügedən açıqlama Litva Müdafiə Nazirliyinin rəsmi facebook səhifəsində yayımlanıb. “Litva və digər ölkələrin verdiyi silah, texnika və hərbi dəstək müharibənin gedişinə mühüm təsir göstərir. Bu il Ukrayna daha çox dəstəyə ehtiyac duyur. Bunun üçün 6 əsas istiqamət var: maliyyələşdirmə, silah transferi və təmiri, hərbi təlim, müdafiə islahatları, kibertəhlükəsizlik və hərbi qulluqçuların reabilitasiyası. Biz Ukraynanı dəstəkləmişik, onu dəstəkləyirik və qələbəyə qədər dəstəkləyəcəyik", - deyə məlumatda bildirilib. "Bu müharibə həm də bizim müharibəmizdir", - deyə əlavə olunub.
3-01-2023, 19:04
Saakaşvili işinə fasiləsiz rejimdə baxılmasını tələb etdi


Saakaşvili işinə fasiləsiz rejimdə baxılmasını tələb etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə onun işinə proses tam başa çatana qədər fasiləsiz rejimdə baxılmasını tələb edir. Eks-prezident bununla bağlı vəkili Şalva Xaçapuridzedən vəsatət qaldırmağı xahiş edib. Saakaşvili bunu sağlamlığına görə artıq fiziki olaraq tükənməsi ilə izah edib və məhkəmədə şəxsən iştirak etmək istədiyini bildirib. O, cəzasının ertələnməsi və ya azadlığa buraxılması ilə bağlı prosesin yekunlaşmasını arzuladığını söyləyib. Qeyd edək ki, Gürcüstanın sabiq prezidentinin işi üzrə növbəti məhkəmə iclası 9 yanvarda keçiriləcək.
3-01-2023, 19:00
İranda casusluq edən Fransa vətandaşları saxlanıldı


İranda casusluq edən Fransa vətandaşları saxlanıldı

İranda 2 Fransa vətəndaşı saxlanılıb. Bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, iki Fransa vətəndaşı casusluqda və ölkənin milli təhlükəsizliyinə qarşı təxribatda ittiham olunaraq saxlanılıb. Onların işinə inqilab məhkəməsi baxacaq. Təqsirləndirilən şəxslərin kimliyi açıqlanmayıb. Fransanın xarici işlər naziri Ketrin Kolonna da İrandakı genişmiqyaslı etirazlar fonunda iki Fransa vətəndaşının saxlanıldığını təsdiqləyib. Qeyd edək ki, İranda daha əvvəl də Avropa ölkələrinin vətəndaşları, o cümlədən turistlər saxlanılıb. İran Ədliyyə Nazirliyinin məlumatına görə, İranda 2022-ci ilin sentyabrında kütləvi etirazlar başlayandan bəri azı 40 əcnəbi vətəndaş saxlanılıb.
3-01-2023, 18:58
Türkiyə Bolqarıstana təbii qaz satmağa başlayacaq


Türkiyə Bolqarıstana təbii qaz satmağa başlayacaq

Türkiyə Bolqarıstana 1.5 milyard kubmetr həcmində təbii qazın satışına başlayacaq. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönmezin Bolqarıstana səfəri çərçivəsində müvafiq razılaşma əldə olunub. Tərəflər arasında qaz transferi ilə bağlı müqavilə imzalanıb. Dönmez və bolqarıstanlı həmkarı Rosen Xristovun müşayiəti ilə müqaviləyə Türkiyə tərəfdən BOTAŞ-ın baş direktoru Burhan Özcan, Bolqarıstan tərəfdən isə "Bulqarqaz" şirkətinin rəhbəri Denitsa Zlateva imza atıblar. Sözügedən müqavilə 13 il müddətinə imzalanıb. Bu anlaşmanın Avropanın qaz bazarında tələb-təklif balansının təhlükəsizliyi baxımından böyük önəm daşıdığı vurğulanıb.
3-01-2023, 18:52
Ukrayna 84 İran dronunu zərərsizləşdirdi


Ukrayna 84 İran dronunu zərərsizləşdirdi

2023-cü ilin ilk iki günündə Ukrayna Rusiya Silahlı Qüvvələrinə məxsus 84 İran zərbə dronunu zərərsizləşdirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib. O, sentyabrdan bəri Rusiyanın 500-ə yaxın dronunun zərərsizləşdirildiyini açıqlayıb. "Pilotsuz uçuş aparatlarını məhv edirik. Yeni ildən sonra atılan 84 dronun hamısı vurulub. Belə nəticələr indiyə qədər görülməyib", - deyə hərbçi bildirib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
3-01-2023, 18:49
Ukraynada itkin düşən azərbaycanlı qızlardan biri qətlə yetirilib


Ukraynada itkin düşən azərbaycanlı qızlardan biri qətlə yetirilib

Ukraynanın Xerson vilayətində itkin düşən azərbaycanlı qızlardan biri − Ofelya Mənsimovanın meyiti tapılıb. Bu barədə Baku TV məlumat yayıb. Meyitin üzərində zorakılıq əlamətlərinin olduğu qeyd edilib.

[media=https://youtu.be/sNcG1jAai_Q]
3-01-2023, 18:46
ABŞ-ın Suriyaya qarşı olduğunu anlayırıq - Çavuşoğlu


ABŞ-ın Suriyaya qarşı olduğunu anlayırıq - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək. Bu barədə nazir özü məlumat verib. "ABŞ bizə "niyə görüşürsünüz?" demədi, amma Suriya ilə normallaşmaya qarşı olduqlarını anlayırıq. Rejim (Əsəd hakimiyyəti nəzərdə tutulur) suriyalıların geri dönməsi mövzusunda əməkdaşlıq etmək istəyir. Türkiyə-ABŞ strateji mexanizmi toplantısı üçün 17 yanvarda ABŞ-a gedəcəyəm", - deyə Çavuşoğlu söyləyib.
3-01-2023, 18:33
Polaşının baş naziri ölüm hökmünü dəstəklədiyini bildirdi


Polaşının baş naziri ölüm hökmünü dəstəklədiyini bildirdi

Polşanın baş naziri Mateş Moraveyski ölkədə ölüm hökmünün bərpasını dəstəklədiyini bildirib. Baş nazir feysbuk səhifəsində sual-cavab marafonu təşkil edib və vətəndaşların suallarını cavablandırıb. Bu mövzuda verilən suala cavabında Moraveyski edam cəzası ilə bağlı kilsənin nəzəri baxışlarına qatılmadığını söyləyib. "Bunun ümumilikdə yenidən təhlil olunmasının vacibliyi haqqında düşünürəm. Çox ağır cinayətlərdə ölüm hökmünə icazə verilməlidir", - deyə baş nazir vurğulayıb. Qeyd edək ki, Polşada ölüm hökmü 1998-ci ildə ləğv olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!