20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
8-01-2023, 21:44
“Heç kim bizim aramızı vura bilməz” - Ərdoğandan gənc kütləyə mesaj


“Heç kim bizim aramızı vura bilməz” - Ərdoğandan gənc kütləyə mesaj

"Türkiyə gəncliyi ilə son 2 il ərzində 34 dəfə görüşmüşəm". Bunu "UniAK FEST" adlı tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. "Bəziləri bizim aramızı vurmağa çalışırlar. Mən son 2 ildə müxtəlif tədbirlər çərçivəsində gənclərlə 34 dəfə görüşmüşəm. Birlikdə gah gülmüşük, gah da kədərlənmişik. Görmüşük ki, gənclərlə eyni duyğuları paylaşırıq. Bunlar könül işi, qəlb işidir. Sizinlə qürur duymamaq mümkündürmü? Heç kim bizim aramızı vura bilməz", - deyə Ərdoğan çıxışında bildirib. "Bu gənclik yatan dastanları oyadan gənclikdir", - Prezident əlavə edib.
8-01-2023, 18:05
“Heç kim bizim aramızı vura bilməz” - Ərdoğandan gənc kütləyə mesaj


“Heç kim bizim aramızı vura bilməz” - Ərdoğandan gənc kütləyə mesaj

"Türkiyə gəncliyi ilə son 2 il ərzində 34 dəfə görüşmüşəm". Bunu "UniAK FEST" adlı tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. "Bəziləri bizim aramızı vurmağa çalışırlar. Mən son 2 ildə müxtəlif tədbirlər çərçivəsində gənclərlə 34 dəfə görüşmüşəm. Birlikdə gah gülmüşük, gah da kədərlənmişik. Görmüşük ki, gənclərlə eyni duyğuları paylaşırıq. Bunlar könül işi, qəlb işidir. Sizinlə qürur duymamaq mümkündürmü? Heç kim bizim aramızı vura bilməz", - deyə Ərdoğan çıxışında bildirib. "Bu gənclik yatan dastanları oyadan gənclikdir", - Prezident əlavə edib.
8-01-2023, 18:02
Zelenski ölkəsinə çağırış etdi


Zelenski ölkəsinə çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibəyə görə daşımalı olduğu məsuliyyətdən danışıb. Bu barədə Zelenskinin "Telegram" kanalında məlumat verilib. "Biz Ukrayna bayrağını Ukraynanın bütün şəhər və kəndlərinə geri qaytarmalıyıq, terror dövlətinin bu müharibəyə görə real məsuliyyət daşımasını təmin etməliyik və bu müharibə başa çatdıqdan sonra ukraynalıların bütün nəsillərinin təhlükəsizliyinə zəmanət verməliyik", - deyə paylaşımda qeyd olunub. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-01-2023, 17:58
Etirazçılar “Stop ecocide!” yazılan şarları havaya qaldırdılar


Etirazçılar “Stop ecocide!” yazılan şarları havaya qaldırdılar

Laçın-Xankəndi yolunda təşkil edilən aksiya qarlı hava şəraitində dinc şəkildə davam edir. Bu dəfə etirazçılar plakatlarla yanaşı, havaya üstündə “Stop ecocide!” yazılan böyük şar qaldırıblar. Eyni zamanda, “Ekocinayətə son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları səsləndirilir. Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edərək aksiyanı davam etdirməkdə qərarlıdırlar. Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
8-01-2023, 17:49
NATO Serbiyanın sorğusuna mənfi cavab verdi


NATO Serbiyanın sorğusuna mənfi cavab verdi

NATO Serbiyanın Kosova ərazisinə polis qüvvələri yeridilməsi ilə bağlı sorğusuna cavab verib. Bu barədə ölkə prezidenti Aleksandr Vuçiç məlumat verib. Onun sözlərinə görə, sorğuya cavab mənfi olub. "NATO polis qüvvələrinin Kosova və Metoxiyaya yerləşdirilməsi üçün bizə icazə vermədi", - deyə Vuçiç bildirib. Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında hərbi-siyasi gərginlik davam edir. Kosova 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib. ABŞ, əksər Avropa ölkələri, eləcə də Türkiyə bu ölkənin müstəqilliyini tanıyır. Azərbaycan isə Kosovanı Serbiyanın tərkib hissəsi hesab edir.
8-01-2023, 17:43
Sabahın hava proqnozu - Qar yağacaq


Sabahın hava proqnozu - Qar yağacaq

Azərbaycanda qarlı hava şəraiti sabah da davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.
8-01-2023, 17:41
Rusiya qüvvələri BMT rəsmilərini atəşə tutdu


Rusiya qüvvələri BMT rəsmilərini atəşə tutdu

Rusiya qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasına atəş açıb. Bu barədə "Unian" agentliyi məlumat yayıb. Hadisə Ukraynanın Zaporojye vilayəti ərazisində baş verib. Bildirilib ki, missiya nümayəndələrinin ərazidə olduğu dövrdə atəş açılmaması barədə razılığın əldə olunmasına baxmayaraq, Rusiya qüvvələri humanitar yardım çatdıran BMT rəsmilərini atəşə tutub. Xəsarət alan və ya həyatını itirənlərin olub-olmaması barədə məlumat verilməyib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-01-2023, 17:37
Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar


Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 108-ci ildönümü ilə bağlı mesaj yayımlayıb. Milli Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan mesajda deyilir: "Sarıqamış əməliyyatının 108-ci ildönümündə şəhidlərimizi rəhmətlə yad edirik. Qəlbi vətən, millət sevgisi ilə döyünən əsgərlərimizin sərt qış şəraitində Sarıqamışda şəhidlik dərəcəsinə çatması yaddaşlarımızda dərin izlər buraxdı. Qəhrəman əcdadlarımızın Sarıqamış əməliyyatı zamanı göstərdikləri müstəsna şücaət və fədakarlıqlar nəsillər boyu ehtiram və minnətdarlıqla anılacaq, onların əziz xatirələri əbədi olaraq yaşadacaqdır. Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında olan əsgərlərimizə göstərdikləri yardımla “bir millət, iki dövlət” ifadəsinin nümunəsini göstərən qardaş Azərbaycan xalqını yad edirik. Qəhrəman türk ordusu keçmişdə vətənimizi qorumaq üçün hər cür fədakarlıqlar göstərdiyi kimi, bu gün də Türkiyə Silahlı Qüvvələri əcdadlarımızdan ilham alaraq Cümhuriyyətimizin tarixində ən əhatəli, gərgin və ən təsirli fəaliyyətləri həyata keçirir. Bu çərçivədə qəhrəman ordumuz;
- “Sərhəd şərəfdir” anlayışı ilə vətənimizi qorumaqdadır,
- “Ölsəm şəhid, qalsam qazi...” devizi ilə ölkədə və hüdudlardan kənarda terrora qarşı mübarizə aparır,
- Dənizlərimizdə, səmalarımızda bizim hüquq və mənafelərimizi qətiyyətlə müdafiə edir.
Bundan əlavə, dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusilə KKTC, Azərbaycan və Liviya dövlətlərinin haqq işini dəstəkləyir; Eyni zamanda NATO, AB, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda uğurla xidmət edərək regional və dünya sülhünə töhfə verir". Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar. Çar Rusiyasının əsir götürdüyü türk əsgərləri isə Xəzər dənizindəki Nargin adasında saxlanılıb.
8-01-2023, 17:34
Sarıqamış əməliyyatının anım yürüşü keçirildi


Sarıqamış əməliyyatının anım yürüşü keçirildi

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci il dönümündə anım yürüşü keçirilib. Qarsın Sarıqamış rayonunda vətəndaşlar Sarıqamış əməliyyatının 108-ci ildönümü çərçivəsində yürüşə toplaşıblar. Qarsın mərkəzindən və Sarıqamış rayonundan avtobuslarla yürüş ərazisinə gələn vətəndaşlar əllərində Türkiyə bayraqları qaldırıblar. İştirakçılar Sarıqamış şəhidlərinin xatirəsini anıb, onlara Allahdan rəhmət diləyiblər. Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar.
8-01-2023, 17:30
Bayden prezident seçkilərində yenidən namizəd olacaq


Bayden prezident seçkilərində yenidən namizəd olacaq

ABŞ-ın hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilərində yenidən namizəd olacaq. Bu barədə "The Hill" nəşri yazıb. Bildirilib ki, Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçimləri ilə bağlı seçki kampaniyası üçün hazırlıqlara başlayıb. Qeyd edək ki, Co Bayden 2020-ci ildə ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəlib və 2021-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayıb. Onun prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!