Son 1 ayda Azərbaycanda ikinci böyük QALMAQAL .....                        Putin müharibəni bitirmək istəmir - Tramp .....                        Ramiz Mehdiyevin özü bu şuranın üzvü, oğlu nazir müavinidir .....                        Qəzzanı idarə edəcək 15 nəfər seçilib" .....                        Zığda yanğın: 2 nəfər xəsarət aldı .....                        Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                       
Tarix : 8-01-2023, 17:37
Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar


Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 108-ci ildönümü ilə bağlı mesaj yayımlayıb. Milli Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan mesajda deyilir: "Sarıqamış əməliyyatının 108-ci ildönümündə şəhidlərimizi rəhmətlə yad edirik. Qəlbi vətən, millət sevgisi ilə döyünən əsgərlərimizin sərt qış şəraitində Sarıqamışda şəhidlik dərəcəsinə çatması yaddaşlarımızda dərin izlər buraxdı. Qəhrəman əcdadlarımızın Sarıqamış əməliyyatı zamanı göstərdikləri müstəsna şücaət və fədakarlıqlar nəsillər boyu ehtiram və minnətdarlıqla anılacaq, onların əziz xatirələri əbədi olaraq yaşadacaqdır. Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında olan əsgərlərimizə göstərdikləri yardımla “bir millət, iki dövlət” ifadəsinin nümunəsini göstərən qardaş Azərbaycan xalqını yad edirik. Qəhrəman türk ordusu keçmişdə vətənimizi qorumaq üçün hər cür fədakarlıqlar göstərdiyi kimi, bu gün də Türkiyə Silahlı Qüvvələri əcdadlarımızdan ilham alaraq Cümhuriyyətimizin tarixində ən əhatəli, gərgin və ən təsirli fəaliyyətləri həyata keçirir. Bu çərçivədə qəhrəman ordumuz;
- “Sərhəd şərəfdir” anlayışı ilə vətənimizi qorumaqdadır,
- “Ölsəm şəhid, qalsam qazi...” devizi ilə ölkədə və hüdudlardan kənarda terrora qarşı mübarizə aparır,
- Dənizlərimizdə, səmalarımızda bizim hüquq və mənafelərimizi qətiyyətlə müdafiə edir.
Bundan əlavə, dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusilə KKTC, Azərbaycan və Liviya dövlətlərinin haqq işini dəstəkləyir; Eyni zamanda NATO, AB, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda uğurla xidmət edərək regional və dünya sülhünə töhfə verir". Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar. Çar Rusiyasının əsir götürdüyü türk əsgərləri isə Xəzər dənizindəki Nargin adasında saxlanılıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!