TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-01-2023, 14:30
Vardanyan Xocalı aeroportunun açılması üçün bütün imkanlara əl atır


Vardanyan Xocalı aeroportunun açılması üçün bütün imkanlara əl atır

Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan bütün imkanlardan istifadə etməklə Xocalı aeroportunun açılmasına çalışır. Bu haqda Ermənistan KİV-lərində dərc oluna informasiyalarda bəhs olunur. Belə ki, Ruben Vardanyan Fransa, Rusiya və digər ölkələrin mətbuatı vasitəsilə beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlarda bildirir ki, hazırda hava dəhlizinin açılması Qarabağ erməniləri üçün vəziyyəti kökündən dəyişə biləcək yeganə həll yoludur. Onun sözlərinə görə, Xankəndi yaxınlığında yerləşən hava limanı orta tutumlu təyyarələri qəbul etməyə hazırdır. “Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək", - Vardanyan deyib. Qeyd edək ki, azərbaycanlı ekofəalların Şuşa yaxınlığında keçirdiyi dinc aksiyaya baxmayaraq, Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Qarabağdakı separatçı-terrorçu dəstənin nümayəndələri isə blokada vəziyyətinə düşdüklərini iddia etməklə dünyanın öz yalanlarına inandırmağa çalışırlar. Xatırladaq ki, Xocalı aeroportu 1991-ci ildən fəaliyyətini dayandırıb. Ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər, amma bu vaxta qədər oradan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan edib. Ermənistanın və Qarabağ separatçılarının Xocalı aeroportunun açılması üçün beynəlxalq təşkilatlara müraciəti nəticəsiz qalıb.
5-01-2023, 14:15
Temperatur aşağı düşəcək - Yağış, arabir qar yağacaq


Temperatur aşağı düşəcək - Yağış, arabir qar yağacaq

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. G.Məmmədova qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”. Nazirlik rəsmisinin sözlərinə görə, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək: "Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var".
5-01-2023, 14:13
Hospitaldan oksigen aparatı oğurlandı


Hospitaldan oksigen aparatı oğurlandı

Bakıda hospitaldan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.
5-01-2023, 14:10
Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdi


Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdi

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib. Paşinyan bu barədə hökumətin iclasında çıxış edib. "Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir", - deyə Paşinyan bildirib. Ermənistan baş naziri, həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür. Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir.
5-01-2023, 14:07
Xamenei Fransanın satirik jurnalının üz qabığında


Xamenei Fransanın satirik jurnalının üz qabığında

Fransanın qalmaqallı satirik jurnalı olan “Charlie Hebdo” üz qabığında İranla bağlı karikatura yerləşdirib. Xüsusilə də İranın ali rəhbəri Əli Xameneinin karikaturaları jurnalın səhifələrini bəzəyib. Həftəlik jurnalın İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc etməsi İranla Fransa arasında diplomatik qalmaqala səbəb olub. Bununla əlaqədar olaraq İran Xarici İşlər Nazirliyi (XİN) Fransa səfirini çağırıb, ona etirazını bildirib və nota təqdim edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian isə bildirib ki, Fransanın bu addımı cavabsız qalmayacaq: “Fransa nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc etməklə təhqiredici və nalayiq hərəkəti qəti cavabsız keçməyəcək. Biz Fransa hökumətinin öz hüdudlarından kənara çıxmasına icazə verməyəcəyik. Şübhəsiz ki, onlar yanlış yolu seçiblər”. Fransa isə İranın məsələyə münasibətini pisləyərək, Tehranın söz azadlığına qarşı çıxdığını bildirib. Həftəlik jurnal ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatına dəstək məqsədilə belə addım atdığını bəyan edib. Belə ki, dekabr ayında İrandakı hadisələrlə bağlı karikatura müsabiqəsi elan olunub. Müsabiqəyə dünyanın bir çox ölkələrindən iştirakçılar tərəfindən 300 karikatura göndərilib. Bununla da İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edilib. Karikaturalarda müəlliflər dini özbaşınalıq qarşısında azadlığa bağlılığı nümayiş etdiriblər. Eyni zamanda ali liderin din adı altında ölkəni məhv etdiyini, İranın gələcəyinin olmadığını bildiriblər. Maraqlı məqamlardan biri isə karikatura müəlliflərinin çoxunun iranlı olmasıdır. İranda və xaricdə yaşayan iranlılar adları gizli saxlanılmadan yarışmaya qoşulublar. Jurnalın son səhifəsində qeyd olunub ki, bütün iştirakçılar cəhənnəmə yer qazanıblar. Qeyd edək ki, “Charlie Hebdo” Fransada qalmaqallı media orqanı kimi tanınır. 2015-ci ilin yanvarında jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi İslam dünyasının etirazına səbəb olmuşdu. Həmin ilin yanvarın 7-də qisas almaq məqsədilə silahlı şəxslər redaksiyaya hücum edərək 12 nəfəri öldürmüşdülər.









5-01-2023, 14:01
Azərbaycanlı sülhməramlı medalla təltif olundu


Azərbaycanlı sülhməramlı medalla təltif olundu

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib. Bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb. Məlumatda bildirilir ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.

5-01-2023, 13:56
İdman TV-yə yeni direktor təyin olundu


İdman TV-yə yeni direktor təyin olundu

Tanınmış teleaparıcı Rövşən Binnətli İdman TV-də direktor vəzifəsinə təyin olunub. Bununla bağlı "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov əmr imzalayıb. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bu təyinata qədər R.Binnətli adıçəkilən televiziyanın direktor müavini idi, eyni zamanda direktor vəzifəsini icra edirdi. Qeyd edək ki, bununla bağlı ilk xəbəri manset.az yayıb.
5-01-2023, 13:53
Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı


Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzaladı

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Aqrar Sığorta Fondunun - 12-9/ kodu bu siyahıya əlavə edilib. Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:
- 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
- 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
5-01-2023, 13:50
İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdı


İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdı

Prezident İbrahim Rəisi İranın kosmik sənayedəki nailiyyətləri haqda danışıb. İbrahim Rəisinin sözlərinə görə, Tehran bu sahədə sürətli irəliləyiş əldə etməklə Qərbin sanksiyaları və təcrid planlarının uğursuzluğunu sübut edib. Tehranda ölkənin Ali Kosmik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, İran kosmik gəmilərin buraxılması texnologiyasına nail olan azsaylı ölkələrdən biridir. “Ölkənin Yerin orbitinə peyklərin yerləşdirilməsi sahəsində gələcək irəliləyişləri İran əleyhinə televiziya və peyk kanallarının yayımı sahəsində düşmənlərin planlarını zərərsizləşdirəcək”. Rəisi bildirib ki, kosmik sənaye ölkənin sərvətləri arasında olmaqla yanaşı, ölkənin ümumi gücünün artmasına töhfə verəcək. İranın ilk peyki “Ümid” 2009-cu ildə, “Müşahidə” peyki isə 2011-ci ildə orbitə göndərilib. 2012-ci ildə İran üçüncü yerli istehsalı olan “Navid” peykini orbitə çıxarıb. 2020-ci ilin aprelində ölkə ilk hərbi peykinin orbitə uğurla buraxıldığını elan edib. 2022-ci ilin martında isə Tehran ikinci hərbi peykini kosmosa göndərib. Həmçinin 2022-ci ilin avqustunda İran yüksək ayırdetmə qabiliyyətinə malik “Xəyyam” peykini orbitə çıxarıb. Peyk “Soyuz 2.1 B” raketindən istifadə etməklə, Moskvanın idarə etdiyi Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilib.
5-01-2023, 13:48
Hicabı düzgün geyinməyən qadınlar da bizim qızlarımızdır - Xamenei


Hicabı düzgün geyinməyən qadınlar da bizim qızlarımızdır - Xamenei

İranın ali rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb. Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib. Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İranı etirazlar bürüyüb. Bir çox ölkələr və beynəlxalq təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!