Prezident Ursula fon der Lyayeni təbrik etdi .....                        Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü - Həbs edildi .....                        Nigar harda olsa Azərbaycan üçün yaşayacaq .....                        Prezident seçkilərinin I turunun nəticələri ləğv edildi .....                        Ərdoğandan şok açıqlama: "İdlib, Hama, Hums və hədəf təbii ki, Dəməşqdir!” .....                        Şəki məktəbində bədbəxt hadisə: müəllim və şagirdlər yaralandı .....                        Bakıda Qərbi Azərbaycan parkı yaradılır .....                        Bakıda bu küçəsindəki avtobus zolağı ilə bağlı YENİLİK .....                        Baydenin Qafqaz üzrə baş müşaviri Bakıya gəldi .....                       
30-01-2023, 16:03
Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olundu


Orxan Əsgərov ikinci Şəhidlər xiyabanında dəfn olundu

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. Vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.



30-01-2023, 15:57
ABŞ sözünün üstündə durmadı - Ərdoğan


ABŞ sözünün üstündə durmadı - Ərdoğan

Rəsmi Ankara Amerika qırıcılarının alınması üçün Vaşiqntona lazım olan qədər vəsait ödəyib, amma Ağ Ev nə təyyarələri verir, nə də pulumuzu geri qaytarır. Bunu Türrkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə söyləyib. Ərdoğan sözügedən məsələylə bağlı “ABŞ sözünün üstündə durmadı” deyib. “Bizi heç nə təklif etmədən S-400 alacağımıza görə hədələyənlər var idi. F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin onlar sözlərinin üstündə durmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə də yoxdur, pul da qaytarılmayıb. Biz hər zaman sözümüzün üstündə dururuq və bunu tərəfdaşlarımızdan da gözləyirik”, - deyə Ərdoğan vurğulayıb. Dövlət başçısı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətinə baxılması ilə bağlı sualı da cavablandırıb. Onun fikrincə, Qərb Türkiyəni, onun prinsiplərini və ənənələrini heç tanımır. “İndiki Türkiyə 20, 30 və ya 40 il əvvəl şərtlərin diktə edildiyi Türkiyə deyil. İsveç öz ərazisində gizlənən 120 terrorçunu bizə təhvil verəcək. Biz bu öhdəliklərin yerinə yetirilməsini gözləyirik”, - deyə prezident vurğulayıb. O qeyd edib ki, Finlandiya ilə "vəziyyət fərqlidir". Ərdoğan bildirib ki, Ankara bu Skandinaviya ölkəsini Şimali Atlantika Alyansına qəbul etməyə hazırdır, lakin Helsinki İsveçin səhvlərini təkrarlamamalıdır. "Finlandiya ilə bağlı qərarı elan edəndə İsveç şokda olacaq", - Ərdoğan deyib. Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin Rusiya ilə münasibətləri “qarşılıqlı hörmət üzərində qurulub”. “Mənim cənab Putinlə münasibətim dürüstlüyə əsaslanır. Biz Tatarıstandan Dağıstana qədər müraciətlərimizə cavab alırıq”.
30-01-2023, 15:54
Lavrov Azərbaycanla bağlı sualları cavablandırdı


Lavrov Azərbaycanla bağlı sualları cavablandırdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın əvvəlində keçirdiyi ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı ilə bağlı göndərilmiş sualları cavablandırıb. Butov.az Rusiya XİN-in rəsmi saytına istinadən Azərbaycan və regionla bağlı hissələri təqdim edir.
- 2022-ci il bir çox cəhətdən dünya və beynəlxalq proseslər üçün dönüş nöqtəsinə çevrilib. Rusiya üçün böyük Avrasiya tərəfdaşlığı ideyası daha da aktuallaşıb. Bütün bunların fonunda MDB-də tərəfdaşlarla əlaqələrin, xüsusən də Azərbaycanla əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əhəmiyyəti nədən ibarətdir?
- 2015-ci ildə irəli sürülən təşəbbüs Rusiya Federasiyası üçün vaxt intervalı ilə bağlı layihə deyil. Bu, ikitərəfli və beynəlxalq formatlarda çoxvektorlu və çoxsəviyyəli transsərhəd əməkdaşlığı inkişaf etdirməyə dəvətdir. Biz həmişə bu barədə danışmışıq, onun mühüm komponenti dövlətlərarası birliklərin potensialının əlaqələndirilməsidir ki, onların arasında biz praktiki əməkdaşlığa yönəlmiş və ŞƏT, Aİİ, ASEAN kimi müsbət yönümlü təşkilatları görürük. Biz Azərbaycanın Avrasiya inteqrasiya proseslərində fəal iştirakını alqışlayırıq. 2021-2022-ci illərdə Bakıda Avrasiya mövzularına, xüsusilə də Azərbaycanla Aİİ arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş bir sıra ekspert tədbirləri uğurla keçirilib. Bununla bağlı əlamətdar hadisə 2022-ci ilin oktyabrında Azərbaycanda keçirilən XV Avrasiya İqtisadi Forumu oldu. Əminik ki, bu istiqamətdə gələcək addımlar Avrasiya qitəsinin mərkəzində yerləşən respublikanın maraqlarına tam uyğundur.
- Rusiyanın Cənubi Qafqaz üzrə strateji planını təsvir edə bilərsinizmi? Son bir ildə görülən işləri necə qiymətləndirirsiniz və Moskvanın bu regionda beşillik hədəfləri nədən ibarətdir? Yenidən fəallaşan Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşması prosesində Rusiya tərəfi iştirak edirmi?
- Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadədə maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur. Biz regionda toplanmış konflikt potensialının aradan qaldırılması üçün intensiv işləyirik. Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Bunun üçün əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli qaydalara ciddi riayət olunmasından asılıdır. Daha geniş mənada, biz mövcud və formalaşmaqda olan çoxtərəfli danışıqlar formatlarına sadiq qalırıq. Biz Gürcüstan və Abxaziya və Cənubi Osetiya arasında birbaşa bərabərhüquqlu dialoqu təmin etməklə, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Beynəlxalq Cenevrə Müzakirələri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırıq. Biz 2021-ci ilin dekabrında fəaliyyətə başlayan 3+3 Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyirik. Biz regional oyunçuların maraqlarına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsi planlaşdırılan bu platformanı faydalı və vaxtında hesab edirik. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, Rusiyanın himayəsi altında bu öhdəliyə 2022-ci ilin yanvarında Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri R.K.Rubinyan və S.Kılıç ilk dəfə Moskvada görüşdüyü vaxt başlayıb. Bu günə kimi onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq.
30-01-2023, 15:49
Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir


Bir sıra ölkələr İrandakı səfirliklərini bağlamaq istəyir

Bir sıra ölkələrin səfirlikləri İrandakı fəaliyyətlərini dayandırmaq istəyir. Azərbaycan səfirliyi İranı tərk edən yeganə dipmissiya olmaya bilər. Belə ki, Azərbaycan səfirliyinə qarşı terror hücumu ardından da İranda baş verən hadisələr, müxtəlif vilayətlərdəki raket hücumları bir sıra ölkələrin səfirliklərini də ölkəni tərk etməyə vadar edə bilər. Artıq bəzi ölkələrin səfirlikləri əməkdaşlarının Azərbaycan üzərindən çıxarılması haqda düşünürlər. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
30-01-2023, 15:43
İranın nüvə silahına sahib olmaması üçün bütün variantları sınayırıq - Blinken


İranın nüvə silahına sahib olmaması üçün bütün variantları sınayırıq - Blinken

ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir. Blinkenin sözlərinə görə, İranla bağlı müxtəlif variantlar var. “İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün masada bütün variantlar var”, - ABŞ dövlət katibi bəyan edib. Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qantz bəyan etmişdi ki, İran nüvə silahı yaratmağa yaxınlaşır. Onun sözlərinə görə, Tehranın müvafiq istəyi İsrail kəşfiyyatının məlumatları ilə təsdiqlənir. İsrailin müdafiə nazirinin qeyd etmişdi ki, İranın mümkün nüvə silahı əldə etməsi təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq. Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İrandakı uran ehtiyatlarının nüvə bombası üçün kifayət edə biləcəyini açıqlamışdı.
30-01-2023, 15:39
ABŞ səfirliyindən Türkiyəyə xəbərdarlıq


ABŞ səfirliyindən Türkiyəyə xəbərdarlıq

ABŞ-ın Türkiyədəki səfirliyi terror təhlükəsi ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik ABŞ vətəndaşlarına diqqətli olmağı tövsiyə edib. "ABŞ hökuməti vətəndaşlarına Qərb ölkələri vətəndaşlarının tez-tez baş çəkdiyi İstanbuldakı və ya digər yerlərdəki kilsələrə, sinaqoqlara, diplomatik missiyalara ehtimal olunan terror hücumları ilə bağlı xəbərdarlıq edir. Xüsusən, İstanbulun Beyoğlu, Qalata, Taksim və İstiklal bölgələrində", - deyə xəbərdarlıqda qeyd olunub
30-01-2023, 15:35
Türkiyənin təhsil naziri Azərbaycanda səfərdədir


Türkiyənin təhsil naziri Azərbaycanda səfərdədir

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
30-01-2023, 15:29
Nüvə silahı dünyanın təhlükəsizliyində böyük rol oynayır - Stoltenberq


Nüvə silahı dünyanın təhlükəsizliyində böyük rol oynayır - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın müttəfiqləri üçün oynadığı roldan danışıb. O, Vaşinqtonun müttəfiqlərinin maraqları baxımından vacib vəzifə yerinə yetirdiyini söyləyib. Baş katib Rusiya, Çin və Şimali Koreyanın hərəkətləri fonunda bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Nə qədər ki, nüvə silahı var, çəkindirmənin son dərəcə mühüm vəzifəsi var. Xüsusən də Rusiyadakı avtoritar qüvvələrin ona sahib olduğunu və fəal şəkildə sərmayə qoyduğunu, Çinin nələr etdiyini, silahların sayını artırdığını və Şimali Koreyanın hərəkətlərini gördükdə bunu anlayırıq", - deyə o bildirib. Stoltenberqin sözlərinə görə, ABŞ və Fransa kimi NATO ölkələri nüvə silahından əl çəksələr, dünya daha böyük təhlükə ilə üzləşəcək.
30-01-2023, 15:22
ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib - General


ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib - General

İrana dron hücumlarında ABŞ iştirak etməyib. Bunu Pentaqon rəsmisi, ABŞ ordusunun briqada generalı Patrik Rayder deyib. "ABŞ Silahlı Qüvvələri İrana zərbələrdə iştirak etməyib", - deyə general məlumat verib. Lakin o, hadisəni geniş şəkildə şərh etmək istəməyib. Qeyd edək ki, İranın İsfahan şəhərindəki hərbi zavod başda olmaqla, bir neçə regionunda hərbi obyektlərə PUA-larla zərbələr endirilib.
30-01-2023, 06:26
Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur


Səfirliyin bağlanması Təbrizdəki konsulluğun fəaliyyətinə şamil olunmur

“Əlbəttə, bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur.” Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. "Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”, - nazir müavini bildirib.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!