“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
4-01-2023, 22:56
İrandan Fransaya xəbərdarlıq mesajı


İrandan Fransaya xəbərdarlıq mesajı

Fransa səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb. Nazirlikdə səfirə Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən narazılıq bildirilib. “İran onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur", - agentlik qeyd edib.
4-01-2023, 22:41
İrandan Fransaya xəbərdarlıq mesajı


İrandan Fransaya xəbərdarlıq mesajı

Fransa səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın "Irna" agentliyi məlumat yayıb. Nazirlikdə səfirə Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən narazılıq bildirilib. “İran onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə müsəlman xalqlarının müqəddəs dəyərlərini təhqir etməyə haqqı yoxdur", - agentlik qeyd edib.
4-01-2023, 22:34
Almaniya Polşanın təzminat tələbini rədd etdi


Almaniya Polşanın təzminat tələbini rədd etdi

Almaniya Polşanın İkinci Dünya müharibəsi ilə bağlı təzminat tələblərinə mənfi cavab verib. Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Almaniyadan tələb olunan müharibə təzminatı ilə bağlı məsələnin bağlandığı bildirilib. "Almaniya hökumətinin fikrincə, müharibə itkilərinin ödənilməsi və kompensasiya məsələsi bağlanıb, Almaniya hökuməti bu məsələ ilə bağlı danışıqlara başlamaq niyyətində deyil. Polşa Almaniyanın təcavüzü nəticəsində dəyən zərərin ödənilməsi üçün səylərini davam etdirəcək ”, - məlumatda deyilir.
4-01-2023, 22:31
Pakistan Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürüb


Pakistan Ərdoğanın Nobel mükafatına namizədliyini irəli sürüb

Pakistan Senatı və Pakistan xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bildirib. Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatına namizədliyə layiq görülüb. Pakistan Senatının sədri deyib ki, Prezident Ərdoğan tək başına qlobal fəlakətin qarşısını alıb. Onun sözlərinə görə, Ərdoğan “Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız aclıq təhlükəsindən xilas edilib. "Türkiyə Prezidenti bölgənin və dünyanın yaxşılığı və rifahı üçün çalışan xalq lideridir" - Senat sədri vurğulayıb. Sancrani qeyd edib ki, Türkiyə lideri əməli fəaliyyəti ilə insanlığa sülh, tolerantlıq və sevgi hisslərini tərənnüm edib.
4-01-2023, 22:21
Çavuşoğlu israilli həmkarı ilə telefonda danışdı


Çavuşoğlu israilli həmkarı ilə telefonda danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Eli Kohen ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Çavuşoğlu həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib. O, Fələstin məsələsi ilə bağlı Türkiyənin həssaslığını və gözləntilərini Kohenə xatırladıb, bu kontekstdə İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı hərəkətini qəbuledilməz hesab etdiyini vurğulayıb. Bundan əlavə, iki nazir ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün əməkdaşlığa dair razılığa gəlib.
4-01-2023, 22:15
Müharibənin ən qızğın mərhələsi mart ayında başlayacaq - Ukrayna kəşfiyyatı


Müharibənin ən qızğın mərhələsi mart ayında başlayacaq - Ukrayna kəşfiyyatı

Ukraynada hərbi əməliyyatların ən qızğın mərhələsi mart ayında başlayacaq. Bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov "ABC News"a açıqlamasında bildirib. “Bu, ərazilərin azad edilməsi və Rusiya Federasiyasının son məğlubiyyətidir. Bu, Krımdan Donbasa qədər bütün Ukraynada baş verəcək”, - deyə o qeyd edib. Budanov əlavə edib ki, Ukrayna 1991-ci il sərhədlərinə qayıtmağa çalışacaq. O, həmçinin Rusiya ərazisinə yeni hücumların olacağını istisna etməyib.
4-01-2023, 22:08
Türkiyədə hərbiçi daşıyan avtomobil qəzaya uğradı


Türkiyədə hərbiçi daşıyan avtomobil qəzaya uğradı

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 2 hərbi qulluqçu həlak olub, daha ikisi yaralanıb. Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir. "Bizə dərin hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə, millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik", - nazirlik qeyd edib.
4-01-2023, 22:06
Rusiyanın döyüş potensialı daha çox artacaq - Putin


Rusiyanın döyüş potensialı daha çox artacaq - Putin

Rusiya Federasiyası öz döyüş potensialını bundan sonra da artıracaq. Bunu Rusiya prezidenti Vladimir Putin "Admiral Qorşkov" freqatının döyüş xidmətinə girməsi mərasimində çıxışı zamanı deyib. "Biz Silahlı Qüvvələrin döyüş potensialını inkişaf etdirməyə, qarşıdakı onilliklərdə Rusiyanın təhlükəsizliyini qoruyacaq perspektivli silah və texnika modellərini istehsal etməyə davam edəcəyik", - Putin vurğulayıb. Daha əvvəl Putin bildirib ki, “Zirkon” hipersəs raket sistemi Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Onun sözlərinə görə, zirkonun dünyada analoqu yoxdur. Qeyd edək ki, “Admiral Qorşkov” freqatı döyüş xidməti uzun uçuş qabiliyyətinə malik “Zirkon” raketləri ilə təchiz edilib.
4-01-2023, 22:01
ABŞ Ukraynaya növbəti hərbi yardıma hazırlaşır


ABŞ Ukraynaya növbəti hərbi yardıma hazırlaşır

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə tədarükü üçün hazırlıqlar başlayıb. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba jurnalistlərə bildirib. “Patriot” komplekslərinin tezliklə Ukraynaya çatdırılmasını gözləyirik. Artıq həmin sistemlərin tədarükü ilə bağlı hazırlıqlar başlayıb”, - Dmitro Kuleba belə deyib. Nazirin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski və müvafiq qurumlar silah tədarükü ilə bağlı yeni qərarlar üzərində işləyir. Dekabrın əvvəlində ABŞ-ın hakimiyyət orqanları Ukraynaya ilk dəfə “Patriot” zenit raket kompleksi batareyasının da daxil olacağı 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib. Moskva isə öz növbəsində Vaşinqtona xəbərdarlıq edib ki, Kiyevə bu cür silahlar verməsin. Əks-təqdirdə “Patriot” kompleksləri Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.
4-01-2023, 21:55
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!