UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
3-01-2023, 18:29
Müdafiə naziri döyüş təlimatlarıyla bağlı tapşırıqlar verdi


Müdafiə naziri döyüş təlimatlarıyla bağlı tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib. General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.



3-01-2023, 18:24
Güney Azərbaycan İcmasını yaratmaq qərarına gəlmişik - Sayman Aruz


Güney Azərbaycan İcmasını yaratmaq qərarına gəlmişik - Sayman Aruz

"Güneylilərin çoxsaylı müraciətlərinə əsasən biz Güney Azərbaycan İcmasını yaratmaq qərarına gəlmişik. Bilirsiniz ki, möhtərəm Ali Baş Komandanımız İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni binasının açılışında çıxışı zamanı bir sıra tarixi mesajlar verdi. İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Xalqımız gec-tez bu torpaqlara qayıtmalıdır. Bu baxımdan güneylilər də fikirləşirlər ki, niyə Güney Azərbaycan İcması olmasın." Bu sözləri MediaTürk TV-də yayımlanan "Təbrizə Salam" verilişində Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz deyib. O qeyd edib ki, artıq Güney Azərbaycan İcmasının yaradılması istiqamətində işlər gedir və vəzifəsindən asılı olmayaraq, dünyada yaşayan güneyliləri bir araya gətirməyə çalışırıq: "Birliyimiz ürəyimizdə olan arzularımızı daha da yaxınlaşdıracaq".

[media=https://youtu.be/E2GapFSDYEY]
3-01-2023, 18:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.
3-01-2023, 18:19
İranda həbs olunan daha bir etirazçının edam hökmü təsdiqləndi


İranda həbs olunan daha bir etirazçının edam hökmü təsdiqləndi

İranda etirazlar zamanı həbs olunan daha bir aksiyaçının edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib. Nümayişlər zamanı təhlükəsizlik qüvvələri əməkdaşını yaralamaq, ictimai binanı yandırmaq kimi ittihamlarla edam cəzasına məhkum edilən 19 yaşlı Məhəmməd Buruqaninin hökmü qüvvədə saxlanılıb. Hökmün Ali Məhkəmə tərəfindən təsdiqləndiyi açıqlanıb. Tehranda etirazlar zamanı həbs edilən Buruqani “öldürmək məqsədi ilə güc strukturu əməkdaşına hücum və xəsarət yetirmək”, “ictimai asayişi pozmaq” və “təxribat törətmək”də təqsirli bilinib. O, 2022-ci il oktyabrın 29-da inqilab məhkəməsində ölüm cəzasına məhkum edilib. "Amnesty International" beynəlxalq insan hüquqlarını müdafiə təşkilatı Ali Məhkəmənin Məhəmməd Buruqaniyə verilən edam hökmünü qüvvədə saxlamasını pisləyib. Xatırladaq ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
3-01-2023, 18:16
Rusiya güzəştli kredit proqramı elan etdi


Rusiya güzəştli kredit proqramı elan etdi

Rusiya Ukraynanın ilhaq etdiyi Zaporojye və Xerson vilayətləri ərazisində yaşayan insanlar, habelə "Donetsk XR" və "Luqansk XR" sakinləri üçün güzəştli kredit proqramı elan edib. Bu barədə Rusiya Federasiyasının Nazirlər Kabineti qərar imzalayıb. Sözügedən qərara əsasən, ilhaq edilmiş Ukrayna ərazilərində yaşayanlar illik 2 faizdən çox olmayan güzəştli ipoteka imkanlarından yararlana biləcəklər. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
3-01-2023, 18:09
Ukraynanın Drujkovka şəhəri raket zərbələrinə məruz qaldı


Ukraynanın Drujkovka şəhəri raket zərbələrinə məruz qaldı

Ukraynanın Donetsk vilayətində yerləşən Drujkovka şəhəri raket hücumuna məruz qalıb. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko məlumat verib. Bildirilib ki, ümumilikdə 2 raket zərbəsi endirilib.“Şəhərin özünə bir raket düşüb, iki yaralı haqqında məlumat var. Digər raket Yakovlovka kəndinə düşüb. Məlumat dəqiqləşdirilir”, - deyə Timoşenko qeyd edib. “Donbass” xokkey klubunun baş direktoru Fyodor İlenkonun sözlərinə görə, zərbə “Altair” buz arenasına düşüb. Arenanın raket zərbələri nəticəsində dağıdıldığı bildirilir. Hadisənin görüntüləri yayılıb. Belə ki, raket zərbələri Fransanın "TMC" telekanalının ərazidən canlı yayım verməsinə təsadüf edib.
3-01-2023, 18:04
Yazardan Cənubi Azərbaycandakı soydaşlarına çağırış


Yazardan Cənubi Azərbaycandakı soydaşlarına çağırış

"Artıq müstəqil olmaq, bütöv olmaq vaxtıdır, ümümiyyətlə dayanmaq vaxtı deyil. Azərbaycanın siyasi xəttini əsas götürərək, Azərbaycan bayrağını özümüzə bayraq edərək anlamalıyıq ki, müstəqillik çox gözəldir və vacibdir." Bu sözləri Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz MediaTürk TV-də yayımlanan "Təbrizə Salam" verilişində qonaq olarkən Cənubi Azərbaycandakı soydaşlarımıza müraciətində deyib. Sayman Aruz güneyə çağırış edib ki, soydaşlarımızı ayağa qalxmağa səsləyib: "Qalxın ayağa və haqqınızı tələb edin".

[media=https://youtu.be/aus8zHbwL9Q]
3-01-2023, 17:59
Ağacı kəsərkən budağının altında qaldı


Ağacı kəsərkən budağının altında qaldı

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.
3-01-2023, 17:47
Dardanel boğazında su nəqliyyatının hərəkəti dayandırıldı


Dardanel boğazında su nəqliyyatının hərəkəti dayandırıldı

Türkiyədə Egey və Mərmərə dənizlərini birləşdirən Dardanel (Çanaqqala) boğazında su nəqliyyatının hərəkəti dayandırılıb. Buna səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, ərazidə 3 gündür davam edən dumanlı havanın hakim olması görmə məsafəsini minimuma endirib. Çanaqqala Gəmi-Nəqliyyat Xidmətləri İdarəsi hər iki istiqamətdə gəmilərin boğazda hərəkətinin dayandırılması və boğazın bağlanması ilə bağlı qərar qəbul edib. Yerli səfərlər həyata keçirən kiçik qayıqların isə hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb. Bildirilib ki, hava şəraiti normallaşandan sonra boğazda nəqliyyatın hərəkəti bərpa ediləcək. Qeyd edək ki, İstanbul, Çanaqqala, Bursa, Manisa, Balıkesir, həmçinin Türkiyənin Balkan yarımadasına düşən hissəsində yerləşən şəhərlərdə dumanlı hava müşahidə olunur.
3-01-2023, 17:44
Ova gedən dostlardan biri müəmmalı şəkildə yoxa çıxdı


Ova gedən dostlardan biri müəmmalı şəkildə yoxa çıxdı

Tovuzda ova gedən dostlardan biri müəammalı şəkildə yoxa çıxıb. Dörd dost evdən balıq tutmaq üçün Kür çayına üz tutubar. Geriyə qayıdan dostlardan biri isə itkin düşüb. Rayonun Qədirli kənd sakini 47 yaşlı Eldəniz Məmmədoun taleyi barədə fərqli fərziyyələr irəli sürülür. Onun ailə üzvləri bildirir ki, Eldəniz və dostları ova onların evindən gediblər. O, evdən çıxarkən rezin qayıq, ov tüfəngi və patron qatarı, balıq tutmaq üçün elektik artıran cihaz və rezin çəkmə götürüb. Onunla birlikdə gedən və ən axırıncı evə qayıdan dostlarından biri də Qaraxanlı kənd sakini Qalib Vəlixanovdur. Onun sözlərinə görə, onlar çaya düşən zaman hava şəraiti ov üçün əlverişli olmayıb. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov bildirib ki, hazırda axtarış tədbirləri gücləndirilmiş rejimdə davam edir, bütün imkanlardan istifadə olunur. Daha ətraflı süjetdə:

[media=https://youtu.be/e79MAkhp-CY]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!