Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
29-01-2023, 17:21
İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı var


İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı var

İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.
29-01-2023, 17:18
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildi


Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
29-01-2023, 16:06
Somalidə terror aktı - Nazir öldürüldü


Somalidə terror aktı - Nazir öldürüldü

Somalinin Qalmuduq vilayətinin nəqliyyat və aviasiya naziri Farhio Abdi Vasuqe öldürülüb. Onu "Al-Shabab" terror təşkilarının üzvləri qətlə yetirib. Belə ki, terrorçular nazirə qarşı hücum təşkil edib. O, hadisə nəticəsində həlak olub. Hazırda detallarla bağlı araşdırma aparılır.
29-01-2023, 15:49
Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov


Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov

"Hələlik Putinin qrafikində Şolts ilə razılaşdırılmış danışıq yoxdur, lakin prezident təmaslara hər zaman açıq olub və açıqdır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Putinə zəng etmək niyyəti olduğunu açıqlamışdı. "Son 11 ay ərzində mən Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə dekabrın əvvəlində danışığımız olmuşdu. Və mən Putinlə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmaq lazımdır", - deyə Şolts söyləyib.
29-01-2023, 15:46
Sabaha olan hava proqnozu


Sabaha olan hava
proqnozu


Azərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
29-01-2023, 15:43
Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan


Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan

"Ermənistanın sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacı var". Bunu misirli həmkarı ilə görüşü zamanı Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib. O, Əs-Sisinin Ermənistana səfərini tarixi səfər adlandırıb. "Çünki bu, Misir nümayəndə heyətinin dövlət başçısı səviyyəsində Ermənistana ilk rəsmi səfəridir. Misirin qonşuları ilə dinc yanaşı yaşamaq ideyalarını inkişaf etdirməsi vacibdir", - deyə Vahaqn Xaçaturyan qeyd edib. "Misirin, eləcə də şəxsən Prezident Əs-Sisinin təcrübəsi bizim üçün faydalı olacaq. Hərbi və siyasi keçmişində o, çətin sınaqlarla üzləşib, lakin Misirin davamlı surətdə inkişaf edən ölkəyə çevrilməsini təmin edə bildi", - Ermənistan prezidenti əlavə edib.
29-01-2023, 15:38
Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi


Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi

Pakistanın cənubundakı Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində 40-dan çox adam həyatını itirib. Bu barədə Bəlucistanın Lasbela bölgəsinin rəsmi nümayəndəsi Həmzə Ancum bildirib. Məlumata görə, avtomobil körpüyə çırpılıb, nəticədə dərəyə düşüb və yanğın başlayıb. Onun sözlərinə görə, avtobusdakı 48 nəfərdən 41-i həlak olub. Qeyd edək ki, yol qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən qəzalar tez-tez baş verir.
29-01-2023, 12:02
“İsrailin cavabı güclü, sürətli və dəqiq olacaq”


“İsrailin cavabı güclü, sürətli və dəqiq olacaq”

İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə yeddi nəfərin ölümü ilə nəticələnən fələstinli yaraqlıların hücumuna cavabının “güclü, sürətli və dəqiq” olacağını söyləyib.
O, bu barədə Təhlükəsizlik Şurasının toplantısında bildirib.
Qeyd edək ki, sinaqoqda atışma fələstinli qrupların İsrailin İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsindəki əməliyyatına cavab olub.
29-01-2023, 11:49

Həkimlər vaqnerçilərin müalicəsindən imtina etdilər

Həkimlər vaqnerçilərin müalicəsindən imtina etdilər
Luqansk vilayətinin Yubileynoe qəsəbəsindəki hospitala 300-ə yaxın vaqnerçi gətirilib, lakin həkimlər onları müalicə etməkdən imtina ediblər.
Butov.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, gətirilənlərin əksəriyyəti QİÇS, sifilis, vərəm və pnevmoniya olduqları üçün həkimlər onlara tibbi yardım göstərməkdən imtina ediblər.
29-01-2023, 10:34
NATO kursunu bitirən ilk qadın hərbçimiz


NATO kursunu bitirən ilk qadın hərbçimiz

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur:
Bu barədə Butov.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ötən il avqustun 16-dan bu il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.
Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.
Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!