Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
10-12-2022, 16:40
Müdafiə nazirindən yeni tapşırıq


Müdafiə nazirindən yeni tapşırıq

Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. Nazir döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulayıb. Z.Həsənov tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.
10-12-2022, 16:36
Sabahın hava şəraiti


Sabahın hava şəraiti

Dekabrın 11-nə gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.
10-12-2022, 16:34
Fransanın ölkəmizə qarşı təxribatı davam edir


Fransanın ölkəmizə qarşı təxribatı davam edir

Fransa Azərbaycanda separatçı elan olunmuş Qarabağdakı terrorçu dəstənin başçısı Arayik Arutyunyan və onun “nümayəndə heyəti”ni qonaq saxlamağa davam edir. Bir həftədən çoxdur ki, Fransada səfərdə olan və bu ölkənin müxtəlif rəsmi şəxslərilə görüşlər keçirən separatçılar indi də Marsel şəhərində merin qəbuluna gediblər. Yerli rəhbərliklə görüşlərdə Azərbaycan əleyhinə müxtəlif fikirlər səsləndirilib, 2020-ci ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsi "ermənilərə qarşı hərbi əməliyyat" kimi qiymətləndirilib. Arayik Arutyunyan Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən məmnunuluğunu vurğulayıb, bunu Qarabağ separatçılarına verilən böyük dəstək adlandırıb. Marsel meri Beyna Payan əmin edib ki, Qarabağ separatçılarına humanitar yardım proqramlarının artırılmasına yönəlmiş səylər davam etdiriləcək. Separatçıların başçısı Provans-Alp-Kot d'Azur regionunun rəhbəri Renaud Muselier ilə görüşdə Azərbaycanın “Artsaxa və Ermənistana qarşı təcavüzü”nü pisləyən və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləyən birgə “bəyannamə” imzalayıb. Qarabağ separatçılarının Fransada təxribatlarının hələ bir nüçə gün sürəcəyi bildirilir.
10-12-2022, 16:30
Hindistanın baş naziri Putinlə görüşdən imtina etdi


Hindistanın baş naziri Putinlə görüşdən imtina etdi

Hindistanın baş naziri Narendra Modi Ukrayna ilə bağlı Putinlə görüşməkdən imtina edib. Bu barədə "Bloomberg" məsələdən xəbəri olan yüksək vəzifəli məmura istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Modi “Ukraynada nüvə silahından istifadə ilə bağlı təhdidlərdən” sonra Putinlə görüşdən imtina edib. Mənbə qeyd edib ki, indiki mərhələdə Rusiya ilə dostluq etmək Hindistanın baş naziri üçün sərfəli olmaya bilər. Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Putin ilin sonuna qədər Modi ilə görüşməyi planlaşdırmır. Rusiya prezidenti Vladimir Putin daha əvvəl demişdi ki, Moskva nüvə silahını müdafiə vasitəsi və cavab zərbəsi vurmaq imkanı hesab edir. O, nüvə təhlükəsinin artdığını da vurğulamışdı.
10-12-2022, 16:28
İran XİN-dən Avropaya xəbərdarlıq


İran XİN-dən Avropaya xəbərdarlıq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib ki, Tehran Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalara və müdaxiləçi ifadələrə sərt cavab verəcək. Şənbə günü iranlı nazirlə Avropa İttifaqının Xarici siyasət üzrə rəhbəri Josep Borrell arasında telefon danışığı olub. İranın baş diplomatı Twitter-də yazıb: “Telefon zəngindən sonra Josep Borrell ilə danışdım. Dedim ki, əgər ABŞ və Avropa təzyiq yolu ilə danışıqlarda rıçaq yaratdıqlarını düşünürlərsə, yanılırlar! Biz sanksiyalara və müdaxiləyə cavab veririk”. Hüseyn Əmir Abdollahianın sözlərinə görə, o, Borrelə həm də "eyni zamanda, biz yaxşı, güclü və davamlı razılaşmanın son mərhələsinə doğru gedirik" söyləyib.
10-12-2022, 16:25
İran PUA-ları ilə Ukraynaya hücum edildi


İran PUA-ları ilə Ukraynaya hücum edildi

Dekabrın 10-na keçən gecə rus işğalçıları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri (PUA) ilə Ukraynaya hücum ediblər. 15 pilotsuz təyyarədən 10-u məhv edilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatında deyilir. Məlumata görə, gecə saatlarında Ukraynanın cənub bölgələri hücuma məruz qalıb. Pilotsuz təyyarələrin üçdə ikisi vurulub. "Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı olan "Şahed-136/131" kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin "Yuğ" hava komandanlığının bölmələri düşmənin 10 pilotsuz təyyarəsini vurub. Onlar Xerson, Nikolayev və Odessa vilayətləri üzərində məhv edilib”, - rəsmi məlumatda bildirilir.
10-12-2022, 16:21
Azərbaycandan Ukraynaya yardım


Azərbaycandan Ukraynaya yardım

Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə, Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bugün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb. Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
10-12-2022, 16:19
Müharibənin müddəti Putini narahat etmir


Müharibənin müddəti Putini narahat etmir

Kreml rəhbəri Vladimir Putin Rusiyanın Ukraynada apardığı müharibənin müddəti haqqında danışıb. Putin qeyd edib ki, uzun proses müharibə deyil, Ukraynadakı vəziyyətin nizamlanmasıdır. Putin müharibənin uzanmasından narahat olmadığını göstərməyə çalışıb: “Heç bir problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır - hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”. Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, - deyə dövlət başçısı bildirmişdi.
10-12-2022, 16:14
Messi rekordu yenilədi


Messi rekordu yenilədi

Argentina millisinin kapitanı Lionel Messi əfsanəvi braziliyalı futbolçu Pelenin dünya çempionatlarının pley-off mərhələlərində ən çox qol ötürməsi vermə rekordunu yeniləyib. Messi DÇ-2022-nin 1/4 final mərhələsində Niderlandla oyunda bu göstəriciyə çatıb. 35-ci dəqiqədə Nahuel Molinaya qol ötürməsi verən Messi pley-offlarda 5-ci assist müəllifi olub. Buna qədər isə Pele 4 qol ötürməsi ilə rekordçu idi. 35 yaşlı hücumçu hazırda dünya çempionatlarında ən çox məhsuldar ötürmə sahibi olan həmyerlisi Dieqo Maradonadan geri qalır. Maradona mundiallarda 8 qol ötürməsi edib.
10-12-2022, 16:11
Gürcüstana hərbi yardım paketi təsdiqləndi


Gürcüstana hərbi yardım paketi təsdiqləndi

Avropa İttifaqı Şurası Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək üçün 20 milyon avroluq yardım paketini təsdiqləyib. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Qərar Avropa Sülh Fondunun (APF) proqramı, Avropa İttifaqının ümumi müdafiə və təhlükəsizlik siyasəti çərçivəsində qəbul edilib. Yardımla əlaqədar Gürcüstana kibertəhlükəsizlik sahəsində dəstək veriləcək. Həmçinin yardım paketi hərbi tibb, hərbi mühəndislik və nəqliyyat potensialının gücləndirilməsinə yönəldiləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!