Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-12-2022, 22:02

II Bütöv Azərbaycan Forumunun Bəyanatı  qəbul edilib.

Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçirilib.

Butov.az xəbər verir ki, tədbirdə çıxış edən Bütöv Azərbaycan Ocaqları (BAO) sədrinin müavini Faiq Ələkbərlinin sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.

Tədbirdə çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin bildirib ki, hazırda İranda böyük çalxalanmalar var. Bu ölkədə demokratiya yoxdur. Əhali yeni həyat istədiyi üçün ayaqdadır. Əhalinin 86 faizi hazırkı hakimiyyəti istəmir. İranın iqtisadiyyatda qarşılaşdığı böyük sıxıntılar, həmçinin rejimə qarşı etirazlar bu ölkəni parçalayacaq.

O bildirib ki, Cənubi Azərbaycanın siyasi təşkilatları öz istəklərini addım-addım həyata keçirməyi arzulayır. "Biz İranda azadlıq istəyirik. Bizə qarşı hər tərəfdə ayrı-seçkilik var, ikinci planda qalırıq, ədalətsizlik mövcuddur. İran dövləti İslam dini adı altında farsçılıq siyasəti yürüdür. Biz Azərbaycanın yanımızda olduğunu görürük. Bununla fəxr edirik”,- deyə Mahmud Bilgin qeyd edib.
Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri çıxış edərək bildirib ki, İranda hazırda iqtisadi, siyasi və sosial böhran mövcuddur. Hər gün bütün şəhərlərdə mitinqlər, aksiyalar baş tutur. Rejim aksiyada iştirak edən insanları öldürür, onların içərisində uşaqlar və qocalar da var. Aksiyalar bu rejimin böhranını dərinləşdirir. Rejim edamlarla bunun qarşısını almaq istəyir, amma bu, mümkün olmayacaq.
“Azərbaycanlılar bu hərəkatda tədbirli və öz istəklərini qərarlı şəkildə səsləndirirlər: "Onların əsas istəkləri, millətlərin, kişi və qadın bərabərliyidir. Biz öz taleyimizi özümüz həll etməliyik. Buna görə də azərbaycanlıların tələbləri konkretdir", - deyə Abdulla Əmir Haşimi Cavanşiri diqqətə çatdırıb.

Milli Məclisim deputatı Ceyhun Məmmədov isə Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində davamlı işlər aparıldığını qeyd edib. Bildirib ki, Azərbaycan dövlətinin əsas hədəfi Cənubda yaşayan azərbaycanlıların yanında olmaqdır. Ən vacib məsələ İrandakı soydaşlarımızın hüquqlarının bərpa edilməsidir. “Dövlət, dövlətçilik və milli maraqlar hər şeydən üstün olmalıdır. Birliyimiz, həmrəyliyimiz qorunmalıdır. Hədəflərimiz konkret olmalıdır”, - deyə deputat qeyd edib.
Forum çıxışlarla davam etdirilib. Sonda II Bütöv Azərbaycan Forumunun şovinist İran rejiminə qarşı Bəyanatı qəbul edilib.
Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər.
17-12-2022, 20:17
Rusiyayla danışıqların davam etməsi zəruridir - Olaf Şolts


Rusiyayla danışıqların davam etməsi zəruridir - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Rusiya ilə danışıqların davam etdirilməsini zəruri hesab edir. Bu barədə o, "Sueddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib. "Mövcud ciddi fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə danışıqların ipinin kəsilməsinə imkan verməməyimiz vacibdir”, - kansler deyib. Şolts onu da qeyd edib ki, Rusiya tərəfi ilə danışıqlar dayandırılsa, Ukrayna böhranına son qoymaq ehtimalı azalacaq.
17-12-2022, 20:10
Paşinyan partiya iclasını Azərbaycanla sərhəddə keçirtdi


Paşinyan partiya iclasını Azərbaycanla sərhəddə keçirtdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Cermuk şəhərində hakim partiyanın iclasını keçirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Vətəndaş müqaviləsi" partiyasının iclasında xarici və daxili siyasətlə bağlı məsələlər müzakirə olunub. Bundan əvvəl erməni KİV-ləri iclasda Laçın yolunda baş verən son hadisələrin də müzakirə ediləcəyini yazıb.
17-12-2022, 19:57
Rumıniya liderindən müqaviləylə bağlı paylaşım


Rumıniya liderindən müqaviləylə bağlı paylaşım

Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair Buxarestdə müqavilə imzalanıb. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis twitter hesabında bildirib. "Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya-Azərbaycan Strateji Tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı əla müzakirəmiz oldu. Enerji təhlükəsizliyi və əlaqələnmə bizim ümumi məqsədlərimizdir. Mən bugünkü iki mühüm hadisəni də alqışlayıram: Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması üçün milli qaz şirkətlərimiz tərəfindən imzalanmış müqavilə və Avropa İttifaqının dəstəyi ilə Rumıniya-Azərbaycan-Macarıstan-Gürcüstan tərəfindən imzalanmış Qara dəniz enerjisi sualtı xətti barədə Saziş", - deyə Prezident bildirib.
17-12-2022, 19:53
Rumıniya prezidenti Azərbaycanla bağlı danışdı


Rumıniya prezidenti Azərbaycanla bağlı danışdı

Avropada enerjiyə tələbatın artmasını və Xəzər dənizi regionunda, xüsusilə də Azərbaycanda “yaşıl enerji” potensialını nəzərə alaraq, bu razılaşma Şərq Tərəfdaşlığı çərçivəsində mühüm konkret təşəbbüs hesab olunur. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib. “Bu cür səylər Azərbaycan, daha sonra isə Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək. Potensialı müəyyən etmək və müqavimət gücümüzü artırmaq üçün görüləcək iş çoxdur. Şadam ki, bu gün imzaladığımız Saziş bu məqsədə xidmət edir”, - deyə Rumıniya Prezidenti qeyd edib.
17-12-2022, 19:49
İlham Əliyev Rumıniya prezidentiylə görüşdü


İlham Əliyev Rumıniya prezidentiylə görüşdü

Dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edildi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi. Söhbət zamanı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olundu, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirildi. Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulandı və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olundu. Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparıldı. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirildi və gələn ilin yanvarında bu işə başlanılacağı ifadə edildi. Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulandı, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Söhbət əsnasında Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparıldı. Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edildi. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyi bildirildi. Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

17-12-2022, 19:45
“İndi biz “Salam, Silah” deyirik..” - Podolyak


“İndi biz “Salam, Silah” deyirik..” - Podolyak

Rusiya ilə razılığa gələ bilmərik. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak twitter hesabında yazıb. Ukrayna rəsmisi bildirib ki, qeyri-real planlardan danışaraq diqqəti əsas məsələdən yayındırmaq olmaz. Onun sözlərinə görə, Rusiyanın başladığı müharibə ancaq bu dövlətin məğlubiyyəti ilə başa çatmalıdır. Podolyak, amerikalı məşhur yazıçı Ernest Hemenqueyden nümunə gətirərək qeyd edib: “İndi biz “Salam, Silah” deyirik. Bizə lazımi qədər artilleriya, zirehli texnika, pilotsuz təyyarə və uzaqmənzilli raketlər lazımdır”.
17-12-2022, 19:42
Sülhməramlıların avtomobilləri ərazidə maneəsiz hərəkət edə bilirlər


Sülhməramlıların avtomobilləri ərazidə maneəsiz hərəkət edə bilirlər

Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər. Bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha üç təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb. Bu bir daha onu göstərir ki, aksiyanın humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.
17-12-2022, 19:39
İlk mərhələdə 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılıcaq - İlham Əliyev


İlk mərhələdə 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılıcaq - İlham Əliyev

Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib. Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlətimizin başçısı bildirib: “İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq.
17-12-2022, 19:35
Enerjinin ötürülməsi və inkişafı sahəsində saziş imzalandı


Enerjinin ötürülməsi və inkişafı sahəsində saziş imzalandı

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!