Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
26-12-2022, 22:08
Laçın yolunda aksiya davam edir


Laçın yolunda aksiya davam edir

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir. Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.
26-12-2022, 21:25
Laçın yolunda aksiya davam edir


Laçın yolunda aksiya davam edir

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir. Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.
26-12-2022, 21:24
Hindistan bu ölkələrlə sərhədə raketlər yerləşdirəcək


Hindistan bu ölkələrlə sərhədə raketlər yerləşdirəcək

Hindistan ordusu Pakistan və Çinlə sərhədə "Pralay" adlı ballistik raketlər yerləşdirəcək. Bu barədə "Ani" agnetliyi Hindistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, bunun üçün təxminən 120 ballistik alınacaq. "Pralay” ballistik raketi 150-500 kilometr məsafədəki hədəfləri vurmaq gücündədir. “Pralay” raket sistemi 2015-ci ildə hazırlanıb. Raket iki dəfə uğurla sınaqdan keçirilib.
26-12-2022, 21:14
Üçtərəfli görüş təyin etməmişik, lakin danışıqlar aparılacaq - Peskov


Üçtərəfli görüş təyin etməmişik, lakin danışıqlar aparılacaq - Peskov

Azərbaycan, Rusiya və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib. O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir. “Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Peskov vurğulayıb.
26-12-2022, 21:05
İranda dəhşətli partlayış


İranda dəhşətli partlayış

İranın Azərşəhr bölgəsindəki boya fabrikində güclü partlayış baş verib. Partlayış nəticəsində 65 nəfər yaralanıb. Yaralılardan 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Xəsarət alanların sayının artacağı istisna edilmir.
26-12-2022, 20:55
Rusiyanın keçmiş prezidenti yeni vəzifəyə təyin olundu


Rusiyanın keçmiş prezidenti yeni vəzifəyə təyin olundu

Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi sənaye komissiyasında birinci müavin vəzifəsi yaradıb. Bu barədə o, fərman imzalayıb. Putin Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedevi bu vəzifəyə təyin edib. Fərmana əsasən, komissiya sədrinin birinci müavini hərbi-sənaye komissiyasının fəaliyyəti ilə bağlı şuralar və işçi qrupu yarada bilər.
26-12-2022, 20:51
Yeni ildən İsveç və Finlandiya NATO-ya üzv olacaq


Yeni ildən İsveç və Finlandiya NATO-ya üzv olacaq

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın gələn il rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağına əminliyini ifadə edib. Bu barədə DPA agentliyi məlumat yayıb. NATO-nun baş katibi hesab edir ki, ratifikasiya prosesi vaxtında başa çatacaq və Türkiyə alyansa yeni üzvlərin qəbuluna mane olmayacaq. Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün dəqiq tarixini açıqlamayıb.
26-12-2022, 20:47
Putinlə Paşinyanın görüş anı qeydə alınıb


Putinlə Paşinyanın görüş anı qeydə alınıb

MDB ölkələrinin liderləri bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqda ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi sammitə toplaşıblar. Sammitdə Belarus, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edir. Tədbir başlamadan əvvəl Putin gələn qonaqların hər birini qarşılayıb və birgə fotoçəkiliş mərasimi keçirilib. Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş anını əks etdirən videonu təqdim edir.

[media=https://youtu.be/ezQzCi-SdY8]
26-12-2022, 20:16
Vardanyandan etiraf - Çətin duruma düşmüşük


Vardanyandan etiraf - Çətin duruma düşmüşük

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan
etmiş Ruben Vardanyan bu gün Xankəndidə qondarma “operativ qərargah”ın iclasını keçirib. R.Vardanyan separatçıların çətin duruma düşdüyünü etiraf edib. Onun sözlərinə görə, Laçın yolunun bağlı qalması separatçıların iqtisadi vəziyyətini pisləşdirib, əlavə problemlər yaranmağa başlayıb. Vardanyan qeyd edib ki, bir sıra müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb ki, bu da həm maliyyə, həm də sosial-iqtisadi baxımdan əlavə gərginliyə səbəb olur. Vardanyan separatçıların nümayəndələrinə vəziyyəti təhlil etmək və onun nəticələrinin mümkün yumşaldılması üçün təkliflər təqdim etməyi tapşırıb. O, qənaət rejimini davam etdirməyin vacibliyini vurğulayıb. Separatçılar bu gün və sabah Rusiyada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən sonra Laçın yolunun açılacağına ümid edirlər.
26-12-2022, 19:43
Ermənilər Azərbaycana qarşı təxribatçı aksiyaya başlayıb


Ermənilər Azərbaycana qarşı təxribatçı aksiyaya başlayıb

İrəvandan olan bir qrup fəal bu gün Azərbaycana qarşı təxribatçı aksiyaya start verib. Onlar İrəvandakı Respublika meydanından avtomobillərlə Laçın dəhlizinə doğru yola çıxdıqlarını bəyan ediblər. Ermənstan KİV-nin məlumatına görə, avtoyürüş iştirakçıları əvvəlcə Gorusa, orada isə Laçın dəhlizinə daxil olacaqlarını bildiriblər. Onlar məqsədlərinin azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerədək getmək olduğunu bildiriblər. Lakin avtoyürüş iştirakçıları Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizinə buraxılıb-buraxılmayacaqlarını hələ bilmirlər. Qeyd edək ki, ötən həftə Xandədidən olan təxribatçı dəstə də azərbaycanlı ekofəalların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd göstərmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!