Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
26-12-2022, 16:08
Pensiyalara amnistiya tətbiq olunacaq


Pensiyalara amnistiya tətbiq olunacaq

Bu gün Milli Məclisin Əmək və Sosial Siyasət
komitəsinin iclası keçirilib. İclasda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi ikinci oxunuşda müzakirə olunub. Qanuna görə, dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Sözügedən məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Yəni, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək vəsait hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır. Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Onu da qeyd edək ki, yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir.
26-12-2022, 15:59
Bir ay komada qalan qadın yenidən həyata qayıtdı


Bir ay komada qalan qadın yenidən həyata qayıtdı

30 gün koma vəziyyətində olan qadın sağalıb. Bu barədə məlumatı Klinik Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu ctimailəşdirib. E.Hidayətoğlu bildirib ki, keçirdiyi avtoqəzadan sonra yaralı özəl xəstəxanalardan birinə aparılır, amma xərcləri qarşılaya bilməyən ailə TƏBİB-ə müraciət edib. Bununla da yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kliniki Tibbi Mərkəzə gətirilərkən ağır və dərin koma vəziyyətində olan xəstədə hemodinamika pozğunluğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib. Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, xəstə 30 gün süni tənəffüs aparatında qalıb və müvafiq müalicələr alıb. “Xəstə 8 noyabrda yol-nəqiliyyat hadisəsi nəticəsində ağır travma alıb və özəl tibb müəssisələrindən birinə çatdırılıb. Noyabr ayının 11-də həddən artıq ağır vəziyyətdə, təcili yardım vasitəsi ilə Kliniki Tibbi Mərkəzə köçürülüb. Tibbi müayinələrdən sonra xəstəyə müştərək qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, sol təpə gicgahın zədələnməsi, sol tərəfli qabırğaların çoxsaylı sınığı, sol dirsək və sol körpücük sümüklərinin sınığı diaqnozu qoyulub. Bir aydan sonra dekabr ayının 12-si xəstə süni tənəffüs aparatından ayrılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Huşu aydındır, komandaları yerinə yetirir, süni tənəffüs aparatına ehtiyac yoxdur. Yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”. Xəstənin atası Rahib Hacıyevin sözlərinə görə, hadisə istirahət məqsədi ilə İsmayıllı rayonunda olan zaman baş verib. “Hadisə noyabr ayının 7-si, axşam saatlarında baş verib. Bu barədə noyabr ayının 8-i bizə məlumat verildi və biz İsmayıllı rayonuna getdik. Təcili yardım maşını vasitəsi ilə qızımı özəl xəstəxanalardan birinə apardıq. İki gün özəl xəstəxanada müalicəsi davam etdi. Lakin müalicənin davam etməsi üçün pul çox lazım idi. Mən TƏBİB-ə müraciət etdim, qızımın müalicəsinin dövlət tibb müəssisələrində davam etdirilməsi üçün kömək istədim. Təcili yardım maşını ilə qızımı Kliniki Tibbi Mərkəzə köçürdülər. O qədər ağır vəziyyətdən onu həyata qaytarmağı bacardıqları üçün həkimlərə öz təşəkkürümü bildirirəm. Qızımın daha da yaxşı olub, ayağa qalxacağına inanıram”. Gənc xanımın bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.
26-12-2022, 15:54
Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamışıq - Qazaxıstan XİN


Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamışıq - Qazaxıstan XİN

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Yaponiyanın NHK telekanalına bildirib ki, ölkəsi Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib. Nazir Yaponiyaya səfəri zamanı deyib ki, iqtisadi baxımdan Rusiya ilə Qazaxıstan sıx əlaqələrə malikdir və Rusiyaya qarşı sanksiyalar Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərib. “Qazaxıstan Rusiyaya qarşı sanksiyalarda iştirak etmir. Biz Qazaxıstan və Rusiya arasında mövcud münasibətləri davam etdirəcəyik”, - deyə Tleuberdi bildirib. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna böhranından narahat olduğunu bildirib və əlavə edib ki, Qazaxıstan prezidenti Rusiya və Ukrayna liderləri ilə daim təmasdadır.
26-12-2022, 15:50
Bu il telekanallara maddi yardım edilməyəcək


Bu il telekanallara maddi yardım edilməyəcək

Bu il Azərbaycan telekanallarının borcları yoxdur. Bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. "Ona görə də heç bir kanala maliyyə yardımı edilməyəcək" - deyə qurum rəhbəri bildirib.
26-12-2022, 15:45
Rusiyalı politoloqdan şok iddia


Rusiyalı politoloqdan şok iddia

Rusiyalı siyasi ekspert, politoloq Valeri Solovey ölkə prezidenti Vladimir Putinlə bağlı şok iddialar səsləndirib. Solovey Putinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və dərmanlarla yaşadığını idda edib. Onun sözlərinə görə, Rusiya prezidenti ən müasir müalicə üsullarından istifadə edir və sağalmağa çalışır. Soloveyin fikrincə, Putin artıq özündən sonra hakimiyyəti ötürmək üçün varis təyin edilməsi prosesinə start verib. Politoloq Putinin varisliyinə iki namizədin adını açıqlayıb. Belə ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu, hazırda Rusiyanın kənd təsərrüfatı naziri olan Dmitri Patruşevin Rusiya prezidentliyinə hazırlandığı iddia edilib. Solovey digər namizədin isə hazırda Tula vilayətinin qubernatoru olan Aleksey Dyumin olduğunu söyləyib. Adı açıqlanan hər iki şəxsin Putinə yaxın kadr hesab olunduğu bildirilir.




26-12-2022, 15:33
Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi


Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi

Türkiyədə yaşayan Güney Azərbaycan əsilli jurnalist Taha Kirmanı İranda sentyabrdan bəri davam edən etirazların gedişini dəyərləndirib. Kirmani bu barədə "Amerikanın Səsi"nə müsahibəsində danışıb. Jurnalist həmçinin İran hökumətinin etirazçıları edam edərək nəyi hədəflədiyini şərh edib. “Məhsa Əminidən sonra başlayan etirazların gücünü dəyərləndirdiyimizdə, biz bunu küçələrdəki insan sayı ilə ölçməməliyik. Yəni, neçə şəhər küçələrə çıxdı və ya nə həcmdə çıxdı, bunlar önəmli olsa da, bu etirazların əsas güc nöqtəsini dəyərləndirdiyimizdə fərqli ölçüləri nəzərə almalıyıq. İndi bu mərhələdə etirazların 3 aydır davam etdiyinə baxdığımızda deyə bilərəm ki, etirazlar güclənərək davam edir və artıq öz gücünü sübut edib”, - deyə Kirmani söyləyib. O qeyd edib ki, İslam Respublikası etirazları tamamilə yatırmağa qadir deyil: “Hakimiyyətin gücünü dartdığımızda İran İslam Cümhuriyyəti bütün küçədəki etirazları basdırmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik. Bu gün küçələrdə bəlkə bir ay bundan öncə ilə müqayisədə daha az etiraz olduğunu görürük, amma bu kəsinliklə etiraz dalğasının söndüyü və hakimiyyətin iddia etdiyi kimi bitdiyi mənasına gəlmir. Çünki, bunun əksini göstərən çox səbəblər var əlimizdə”. Farsdilli media platformalarında etirazlara qatılmayan, ancaq İslam Respublikasını da dəstəkləməyən kəsimlərin iştirakınının vacibliyindən bəhs edilir. Taha Kirmani hesab edir ki, “boz kəsim” adlandırılan səssiz əhalinin etirazlara dəstək verməsi üçün onların birbaşa küçələrə çıxması gərəkli olmaya bilər. “Əsasən bu boz bölümün iştirakından danışıldığı zaman bunlardan milyonların küçələrdə olması nəzərə alınmırdı. Doğrudur, əgər əsl məqsəd İslam Cümhuriyyəti rejiminin dəyişməsidirsə ki, bu gün anlaşılan bütün müxalif qüvvələrin ortaq qənaəti budur, bunun həyata keçirilməsi üçün ciddi kütlələrin küçəyə gəlməsi qaçılmaz bir şərtdir. Ancaq, o boz kəsimin, o səssiz qalan insanların iştirakı fərqli meyarlarla ölçülə bilər. Misal üçün, keçmiş etirazlara baxanda görürük ki, hakimiyyət bu dəfə öz dəstəkçilərini meydana gətirməkdə uğursuz oldu. Bu gün İslam Cümhuriyyətinin ən qaranti gördüyü bazasında belə ciddi zədələnmələr görürük. Yəni, bu etirazların günü küçələrdə gördüyümüzdən çox daha böyükdür”, - deyə jurnalist söyləyib. Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib. Edama məhkum edilən etirazçılardan Mohsin Şikari və Məcidrza Rəhnəvərdin hökmü tətbiq edilib. Onlar, etirazlar zamanı İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü Bəsic qüvvələrini yaralamaq və öldürmək iddiası ilə “Allaha qarşı müharibə aparmaq”da ittiham olunmuşdular. Kirmani İslam Resublikasının bu edamlarla öz tərəfdalarına güc mesajı vermək istədiyini ifadə edib. “Məncə hakimiyyətin bu edam cəzalarını birbaşa açıqlaması və necə açıqlamasına diqqət edəndə görürük ki, öz bazasına bir mesaj vermək istəyir. Məhkəmənin verdiyi qərar da son dərəcə anlamlıdır. İran İslam Cümhuriyyəti burada öz bazasını məmnun etmək və öz tərəfdarlarına güc mesajı vermək, onlara sahib çıxmaq mənasında mesaj verməyə çalışır. Yəni, etirazları basdırmaqda iştirak edən qüvvələrə ‘qorxmayın, mən arxanayızdayam, sizə zərər verənləri cəzalandırmaq üçün hər şeyi gözə alaram' mesajını verməyə çalışır. Çünki, işin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaqdır”, - deyə Taha Kirmani əlavə edib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
26-12-2022, 15:22
Çin hərbi texnikalarını Tayvan adasına cəlb etdi


Çin hərbi texnikalarını Tayvan adasına cəlb etdi

Tayvan adası ətrafında növbəti gərginlik yaşanıb. Bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) hərbi texnikaları adanın ətrafına cəlb edilib. 7 gəmi, 71 hərbi təyyarə və 47 uçuş aparatı Tayvanın yaxınlığına cəmləşdirilib. Qeyd edək ki, 1940-cı illərdə Çindəki vətəndaş müharibəsi zamanı kommunistlərin ölkənin əsas hissəsində iqitidarı ələ keçirməsindən sonra devrilmiş hakimiyyət adada fəaliyyətini davam etdirib. Uzun müddət Çin Respublikası adı ilə ölkəni BMT-də məhz Tayvan təmsil edib. Hazırda ÇXR adanın suverenliyi altında olmasını tələb edir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!