Jurnalistikanın Məzahir Süleymanzadə “SƏHƏRİ” .....                        Naxçıvanda ölən tələbələr I kursda oxuyurlarmış - Hadisənin detalları .....                        Sabahın hava proqnozu .....                        Xankəndidə Türkiyənin konsulluğu nə vaxt açılacaq? - Səfirdən açıqlama .....                        Sabiq rektora hökm oxundu - 14 il 6 ay .....                        Naxçıvanda faciə: İki tələbə göldə boğulub öldü .....                        Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür .....                        Daha bir güləşçimiz Parisə vəsiqə əldə etdi .....                        Paşinyan istefa tələbinə məhəl qoymadı .....                       
20-12-2022, 17:41
Laçında nadir heyvanlardan sayılan Bezoar dağ keçisi görünüb


Laçında nadir heyvanlardan sayılan Bezoar dağ keçisi görünüb

Laçın rayonu ərazisində Azərbaycan florasının nadir heyvanlarından sayılan Bezoar növ dağ keçisi görünüb. Maraqlı anlar Laçın Zabux yolu üzərində dağlıq ərazidə qeydə alınıb. Belə ki, Laçın rayonu ərazisində çalışan işçilər yol ilə gedərkən sözü gedən dağ keçisini görüb və görüntüləri qeydə alıblar. Şiş buynuzları və iri gövdəsi ilə seçilən dağ keçisi Laçın florasının incilərindəndir. Qeyd edək ki, Bezoar keçisi “Qırmızı kitaba” daxil edilib. Hazırda respublika üzrə bu heyvanların sayı XX əsrin ortaları ilə müqayisədə daha aşağıdır. Onların sayı 800 - 1200 başa qədərdir.


20-12-2022, 17:34
Çavuşoğlu İsveç və Finlandiyaya çağırış etdi


Çavuşoğlu İsveç və Finlandiyaya çağırış etdi

"FETÖ-çü Bülent Keneşin Türkiyəyə qaytarılmaması pis xəbərdir". Bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu İsveç və Finlandiyaya çağırış edərkən deyib. "Biz artıq İsveçdən, Finlandiyadan gözəl sözlər eşitmək, konkret addımlar görmək istəyirik. Bülent Keneşin Türkiyəyə qaytarılması ilə bağlı tələbimizin rədd edilməsi pis xəbərdir. Çevrilişçilərin oradakı nümayəndələrinin Türkiyəyə qaytarılması vacibdir", - deyə Çavuşoğlu bildirib. Türkiyənin xarici işlər naziri, həmçinin PKK terror təşkilatı üzvlərinin də qaytarılmalı olduğunu vurğulayıb.
20-12-2022, 17:31
Cinayət məcəlləsində bir sıra dəyişikliklər təsdiqləndi


Cinayət məcəlləsində bir sıra dəyişikliklər təsdiqləndi

Xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluq barədə məlumat Azərbaycanda cəza təyin edilərkən nəzərə alınacaq. Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda yer alıb. Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 83.1-1-ci, 99-5.5-ci və 99-10-cu maddələr əlavə edilib:
“83.1-1. Həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır.”;
“99-5.5. Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllənin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.”;
“Maddə 99-10. Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət
99-10.1. Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilir:
99-10.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən bir il keçdikdə;
99-10.1.2. az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən iki il keçdikdə;
99-10.1.3. ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən altı il keçdikdə;
99-10.1.4. xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən səkkiz il keçdikdə.”.
20-12-2022, 17:27
Hərbiçilərlə bağlı əsasnaməyə dəyişiklik təsdiqləndi


Hərbiçilərlə bağlı əsasnaməyə dəyişiklik təsdiqləndi

Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyətlə bağlı əsasnaməyə dəyişikliklər təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Belə ki, “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılıb. Bundan başqa, bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər edilir.
20-12-2022, 17:22
Ermənistan parlamanentində Laçın dəhliziylə bağlı fikir ayrılıqları yaşandı


Ermənistan parlamanentində Laçın dəhliziylə bağlı fikir ayrılıqları yaşandı

Üçtərəfli bəyanata əsasən, “Laçın dəhlizi” Rusiya sülhməramlılarının nəzarətindədir. Bunu Ermənistan parlamentinin tribunasından vitse-spiker Ruben Rubinyan deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları “Laçın dəhlizi”nə nəzarəti bərpa etməlidir. Rubinyan “Hayastan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana qarşı ittihamlarına cavab verib. "Absurdun həddi-hüdudu yoxdur. Amen Qriqoryanın anası da Qarabağda yaşayır və hazırda blokadadadır. O Qarabağdan niyə imtina edir? Ciddisiniz?", - Ruben Rubinyan müxalifətə səslənib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da parlamentin növbədənkənar iclasında Rusiyadan narazılıq edib: "Mən müxalifəti bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və “Laçın dəhlizin”də nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin. Biz də Rusiya ilə birlikdə “Laçın dəhlizi”nin tez bir zamanda açılması üçün işləyirik". Onun sözlərinə görə, hakimiyyət böhranı həll etmək üçün bütün vasitələrdən istifadə edir. Hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Eqoyan müxalifətin ittihamlarını rədd edərək deyib ki, “Laçın dəhlizi”nin bağlanmasına görə məsuliyyət Rusiyanın üzərinə düşür. “Laçın dəhlizi” Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda kim güclüdür? Ermənistan Respublikası, yoxsa Rusiya Federasiyası? Mənə elə gəlir ki, Rusiya. Daha böyük ordusu var, atom bombaları və raketləri var, iqtisadiyyatı daha güclüdür. İndi müxalifət mahiyyətcə deyir: “Ermənistan Respublikası, Rusiya Federasiyasının bacarmadığını niyə siz edə bilmirsiniz?”. Dedikləriniz məntiqdən uzaqdır. Başqa bir sual: "Belə bir vəziyyətdə necə davranmalıyıq?". “Laçın dəhlizi” məsələsində Ermənistan Rusiya Federasiyasına kömək etməlidir, ya yox?.. Əgər kömək edirsə, deməli, kömək etdiyini bildirməliyəm. Məsələn, o, BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb”, - hakim partiyadan olan deputat bildirib.
20-12-2022, 17:16
Mətbuat xidmətinə yeni rəhbər təyin edildi


Mətbuat xidmətinə yeni rəhbər təyin edildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Saleh Hacıyev qurumun Mətbuat xidmətinə rəhbər təyin olunub. O, daha əvvəl Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təyinat almışdı.
20-12-2022, 17:14
Xarici şirkətdən Qarabağdakı mədənlərlə bağlı dəstək məktubu


Xarici şirkətdən Qarabağdakı mədənlərlə bağlı dəstək məktubu

“Anglo Asian Mining” PLC BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı (Aİ) daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə şirkətin biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı məktub ünvanlayıb. Şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib. Bundan əvvəl 2006-cı ildə “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb. Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” PLC Qarabağda iki kontrakt əraziyə - “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir. Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər. Orta Asiyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining” PLC geniş istehsal portfoliosuna və Azərbaycanda hasilat aktivlərinə sahibdir. 31 dekabr 2021-ci il tarixinə olan nəticəyə görə şirkət 64,610 unsiya qızıl ekvivalenti istehsal edib. 2021-ci ilin dekabrında şirkət “Libero Copper & Gold Corporation” ("Libero") müəssisəsinin 19.8 faizinə sərmayə qoyub. Libero Kanada birjasının (TSX Venture Exchange) siyahısındadır və Kolumbiyada Mokoa da daxil olmaqla dünyanın ən böyük işlənməmiş mis-molibden yataqlarının olduğu Şimali və Cənubi Amerikada bir neçə mis mədənlərinin hasilatı hüququna sahibdir və ya bu hüququ əldə etmək imkanına malikdir. 2022-ci ilin 5 iyulunda Azərbaycan Milli Məclisi Şirkətin “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib. Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilib.
20-12-2022, 17:07
Təbiətə vurulan ziyanın məbləği açıqlandı


Təbiətə vurulan ziyanın məbləği açıqlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonu, Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Paytaxtın Xətai rayonu, Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb. 16 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
20-12-2022, 17:03
Zelenskinin Saakaşviliylə bağlı müraciətinə cavab verildi


Zelenskinin Saakaşviliylə bağlı müraciətinə cavab verildi

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Ukrayna prezidenti Volodimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı müraciətinə cavab verib. Cavab, iqtidarı təmsil edən deputat Qivi Mikabadze tərəfindən səsləndirilib. "Mən başa düşürəm ki, Zelenski məsələlərlə yaxşı tanış ola bilmir. Yaxud onun yaxın ətrafı ona yarımçıq informasiya çatdırır", - deyə deputat bildirib. Mikabadze Zelenskinin müraciətində yer alan mərhəmət çağırışına isə reaksiya verməyib. Qeyd edək ki, Zelenski ötən gün Mixail Saakşavili ilə bağlı Gürcüstana müraciət edərək, onun azadlığa buraxılmasını xahiş etmişdi: “Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.
20-12-2022, 16:59
Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcək


Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcək

Azərbaycanda COVID -19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. V.Qurbanov xatırladıb ki, modul tipli xəstəxanalar koronavirus ölkədə yayılan zaman Prezidentin tapşırığı ilə inşa olunub: "Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!