Kapital Bank-ın Laçın filialı açıldı .....                        Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatdı .....                        Etirazçılar İrəvana doğru irəliləyir - Paşinyandan xəbərdarlıq .....                        Paşinyanın müavini Quterreşin köməkçisi ilə danışıqlar apardı .....                        "ASAN TV"yə yeni baş redaktor təyin edildi .....                        Əli Əsədov Anıtqəbiri ziyarət edib - FOTO .....                        Qırğızıstan-Tacikistan sərhədində insident .....                        Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi .....                        Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir açıqlama .....                       
Tarix : 26-12-2022, 15:33
Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi


Güneyli jurnalist İrandakı etirazlara münasibət bildirdi

Türkiyədə yaşayan Güney Azərbaycan əsilli jurnalist Taha Kirmanı İranda sentyabrdan bəri davam edən etirazların gedişini dəyərləndirib. Kirmani bu barədə "Amerikanın Səsi"nə müsahibəsində danışıb. Jurnalist həmçinin İran hökumətinin etirazçıları edam edərək nəyi hədəflədiyini şərh edib. “Məhsa Əminidən sonra başlayan etirazların gücünü dəyərləndirdiyimizdə, biz bunu küçələrdəki insan sayı ilə ölçməməliyik. Yəni, neçə şəhər küçələrə çıxdı və ya nə həcmdə çıxdı, bunlar önəmli olsa da, bu etirazların əsas güc nöqtəsini dəyərləndirdiyimizdə fərqli ölçüləri nəzərə almalıyıq. İndi bu mərhələdə etirazların 3 aydır davam etdiyinə baxdığımızda deyə bilərəm ki, etirazlar güclənərək davam edir və artıq öz gücünü sübut edib”, - deyə Kirmani söyləyib. O qeyd edib ki, İslam Respublikası etirazları tamamilə yatırmağa qadir deyil: “Hakimiyyətin gücünü dartdığımızda İran İslam Cümhuriyyəti bütün küçədəki etirazları basdırmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik. Bu gün küçələrdə bəlkə bir ay bundan öncə ilə müqayisədə daha az etiraz olduğunu görürük, amma bu kəsinliklə etiraz dalğasının söndüyü və hakimiyyətin iddia etdiyi kimi bitdiyi mənasına gəlmir. Çünki, bunun əksini göstərən çox səbəblər var əlimizdə”. Farsdilli media platformalarında etirazlara qatılmayan, ancaq İslam Respublikasını da dəstəkləməyən kəsimlərin iştirakınının vacibliyindən bəhs edilir. Taha Kirmani hesab edir ki, “boz kəsim” adlandırılan səssiz əhalinin etirazlara dəstək verməsi üçün onların birbaşa küçələrə çıxması gərəkli olmaya bilər. “Əsasən bu boz bölümün iştirakından danışıldığı zaman bunlardan milyonların küçələrdə olması nəzərə alınmırdı. Doğrudur, əgər əsl məqsəd İslam Cümhuriyyəti rejiminin dəyişməsidirsə ki, bu gün anlaşılan bütün müxalif qüvvələrin ortaq qənaəti budur, bunun həyata keçirilməsi üçün ciddi kütlələrin küçəyə gəlməsi qaçılmaz bir şərtdir. Ancaq, o boz kəsimin, o səssiz qalan insanların iştirakı fərqli meyarlarla ölçülə bilər. Misal üçün, keçmiş etirazlara baxanda görürük ki, hakimiyyət bu dəfə öz dəstəkçilərini meydana gətirməkdə uğursuz oldu. Bu gün İslam Cümhuriyyətinin ən qaranti gördüyü bazasında belə ciddi zədələnmələr görürük. Yəni, bu etirazların günü küçələrdə gördüyümüzdən çox daha böyükdür”, - deyə jurnalist söyləyib. Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib. Edama məhkum edilən etirazçılardan Mohsin Şikari və Məcidrza Rəhnəvərdin hökmü tətbiq edilib. Onlar, etirazlar zamanı İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü Bəsic qüvvələrini yaralamaq və öldürmək iddiası ilə “Allaha qarşı müharibə aparmaq”da ittiham olunmuşdular. Kirmani İslam Resublikasının bu edamlarla öz tərəfdalarına güc mesajı vermək istədiyini ifadə edib. “Məncə hakimiyyətin bu edam cəzalarını birbaşa açıqlaması və necə açıqlamasına diqqət edəndə görürük ki, öz bazasına bir mesaj vermək istəyir. Məhkəmənin verdiyi qərar da son dərəcə anlamlıdır. İran İslam Cümhuriyyəti burada öz bazasını məmnun etmək və öz tərəfdarlarına güc mesajı vermək, onlara sahib çıxmaq mənasında mesaj verməyə çalışır. Yəni, etirazları basdırmaqda iştirak edən qüvvələrə ‘qorxmayın, mən arxanayızdayam, sizə zərər verənləri cəzalandırmaq üçün hər şeyi gözə alaram' mesajını verməyə çalışır. Çünki, işin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaqdır”, - deyə Taha Kirmani əlavə edib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!