Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
Tarix : 20-05-2015, 16:36
Məhsa Mehdili: Tələbə qadınlar May Qiyamında böyük rol oynadılar .

"Bir etiraz ruhu var idi. Bu enerjinin, bu etiraz ruhunun universitetlərdən hərəkata keçməsi çox önəmli idi. Milli-mədəni hüquq məsələlərində tələbələrin bilik səviyyəsi kifayət qədər yüksək idi," güneyli fəal, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) sözcüsü Məhsa Mehdili 2006-cı ilin mayında (1385-ci ilin xordad ayında) yaşanan ab-havanı təsvir edib. Həmin vaxt Azərbaycan türklərini təhqir edən karikaturaya etiraz olaraq təşkil olunan kütləvi etirazlara qatılmış güneyli fəal Məhsa Mehdili “Amerikanın Səsi” ilə söhbətdə kütləvi etiraz aksiyalarının dinamikasını şərh edib.
Təhsil aldığı Urmiyə Universitetində baş verən olayları anladan xanım Mehdili müsahibədə xüsusilə qadın tələbələrin rolunu və etirazlara qatıldıqları üçün üzləşdikləri basqılar haqda danışıb. Hazırda Türkiyədə mühacirətdə yaşayan güneyli fəal kütləvi etirazların həyata keçirildiyi günlərdə universitetlərdəki şərait və siyasi fəzanı izah edərək aksiyaların başlanmasında həmin şəraitin buraxdığı təsiri dəyərləndirib.
Onun sözlərinə görə, prezident Məhəmməd Xatəmi dövründə universitetlərdə yaranmış nisbi aşkarlıqdan prezident Əhmədinejad dövründəki qapalı şəraitə keçid prosesində ortaya çıxan əhval-ruhiyyə tələbələrin may üsyanında əsas rol oynadı.
“Xatəmi dönəmində nisbi olaraq açıq fəza yaranmışdı. O, dövrdə də öyrəncilər fəaliyyətləri üzündən basqı görürdülər, amma, bu Əhmədinejad dönəmində olduğu qədər deyildi. Əhmədinejad gələndə məhdudiyyətlər çoxaldı və ödənilən bədəllər ağırlaşdı... Bu durumda universitetdə bir etiraz ruhu var idi. Ayrıca, öyrəncilər Xatəmi dönəmindəki fəzada mədəni ayrı-seçkiliklərlə bağlı daha çox maariflənmiş və mütəşəkkil olmuşdular,” deyə Mehdili söyləyir.
Onun dediklərinə görə, “öyrəncilər şəhərlərdən qabaq, məsələnin toplumda yayılmasından qabaq ciddi şəkildə orqanizə olub ciddi etiraz başlatdılar.”
Mehdili həmçinin may etirazları ilə bərabər tələbə fəallar ilə digər fəalların bir araya gəlməsindən danışır.
Kütləvi etirazlarda qadınların, xüsusilə tələbə qadınların rolunu dəyərləndirən güneyli fəal qadınların ictimai mövqeləri səbəbi ilə bir çox hallarda daha artıq əvəz ödədiklərini önə çəkir.
“Mənim oxuduğum Urmiyə Universitetində qadınların həm bildirişlərin hazırlanmasında, həm mitinqin təşkil olunmasında ciddi rolları oldu, həm də ağır bədəl ödədilər. Tutulanlar, universitetdən qovulanlar ya müvəqqəti uzaqlaşdırılanlar oldu.”


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!