"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
21-09-2023, 16:22
XİN-dən Fransaya tutarlı cavab


XİN-dən Fransaya tutarlı cavab

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona tərəfindən səsləndirilən olduqca məsuliyyətsiz açıqlamalar bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinə qarşı görülən antiterror tədbirlərinin nəticələri ilə bağlı fikirlərinə dair şərhinə cavab olaraq bildirilib.
Qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.
Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan Baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə 2 sentyabr tarixində ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizm və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqdən başqa bir şey deyil.
Fransanın BMT Təhlükəsizlik Şurasının öncəki iclaslarında Azərbaycanı təkləmək cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq, bu ölkənin növbəti dəfə Təhlükəsizlik Şurasından bölgəni məhdud şəkildə anlayan siyasəti və mövcud həqiqətlərin danılması üçün istifadə etmək cəhdi təhlükəli olmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə xidmət etmir.
Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan «kütləvi deportasiyası» ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir.
Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır.
Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik.
Erməni sakinlər ilə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərksilah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüquq normalarına uyğun olmalıdır.
21-09-2023, 16:16
İrəvanda etiraz aksiyaları kütləvi həbslərə səbəb oldu


İrəvanda etiraz aksiyaları kütləvi həbslərə səbəb oldu

İrəvanda dünən keçirilən etiraz aksiyalarına görə kütləvi həbslər başlayıb.
Ermənistan İstintaq Komitəsi etiraz aksiyalarında iştirak edənlərdən bəzilərinin həbs edilməsi barədə xəbərləri təsdiq edib.
Komitə bildirib ki, kütləvi iğtişaşlar zamanı 3 polis və 6 vətəndaş yaralanıb. Hökumət binasının pəncərə və qapıları zədələnib.
28 iştirakçı kütləvi iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək həbs edilib, onlardan 2-si azyaşlı, 1-i başqa ölkənin vətəndaşı, 9-u Qarabağ ermənisi, qalanları isə Ermənistan sakinləridir. Komitə qeyd edir ki, həbs edilənlərdən 6 nəfəri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunublar.
Qeyd edək ki, sentyabrın 20-də parlament müxalifəti baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə hərəkətləri əlaqələndirəcək komitə yaradıb.
21-09-2023, 15:57
Yevlax görüşünün detalları açıqlandı


Yevlax görüşünün detalları açıqlandı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
21-09-2023, 15:13
Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”


Elçin Əmirbəyov: “ Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik”

Yevlax şəhərində rəsmi Bakının və Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş İrəvanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxara bilər.
Bunu Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalına bildirib.
E.Əmirbəyovun sözlərinə görə, müqavilə layihəsi artıq Ermənistana verilib.
“Biz sülh sazişi layihəsini Ermənistan tərəfinə vermişik və indi onların cavabını gözləyirik. Ermənilərin Qarabağ ərazisindən repatriasiyasına gəlincə, bu, Azərbaycanın daxili işi olduğu üçün sazişin əsaslandığı prinsip deyil”, - Əmirbəyov deyib.
21-09-2023, 14:57
PUA ilə mübarizə üçün Türkiyədən antidron sistemləri alındı


PUA ilə mübarizə üçün Türkiyədən antidron sistemləri alındı

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq üçün yeni antidron sistemləri alıb.
Bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycana tədarük edilən ILTER adlı sistemlər "Boğaziçi Savunma" şirkəti tərəfindən istehsal edilib. Sistemin effektivliyi həm ölkə daxilində, həm də ölkə xaricində sübut edilib.
Bildirilir ki, antidron sistemi fırlanan və ya sabit qanadlı mini/mikro PUA-lara qarşı tam avtomatik rejimdə işləyir. Sistem aşkar edilə təhdidi aşkarlayır və sıradan çıxarır.
Mobil və stasionar vəziyyətdən işləyən ILTER 360 dərəcə hədəfləri aşkarlaya və 8 kilometr məsafədə zərərsizləşdirə bilir.
24 saat aktiv vəziyyətdə işləyə bilən sistemlərin artıq Azərbaycana çatdırıldığı bildirilir.

21-09-2023, 14:49
İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi


İlham Əliyev rusiyalı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
21-09-2023, 14:28
Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir - Əmirbəyov


Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir - Əmirbəyov

"Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir".
Bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib.
"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib.
"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib.
21-09-2023, 14:05
Türkiyə MN: “Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”


Türkiyə MN: “Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”

“Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən (MMN) bildirilib.
Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri bu məsələdə də Azərbaycana dəstək olur.
Həmçinin, vurğulanıb ki, Qarabağdakı Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi fəaliyyətini davam etdirməkdədir: “Mərkəz lazımi işləri görür, vaxtaşırı məruzələr hazırlayır”.
21-09-2023, 13:44
2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq


2024-cü ildə müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq

Azərbaycanın müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmiz tərəfindən bölgədə ədalətli və davamlı sülhün bərqərar olunması və iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə bir sıra siyasi-diplomatik xarakterli addımlar atılmışdır. Lakin, Ermənistan hökumətinin sülh prosesinə qeyri-konstruktiv yanaşma sərgiləməsi, müşahidə olunan separatizm meyilləri və bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması ilə bağlı cəhdlərin nəticəsiz qalması arzu olunan sülh və sabitliyə qarşı təhdidlər yaradır. Bu baxımdan, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi üçün 2024-cü ilin dövlət büdcəsində 3 milyard manat maliyyə təminatının yaradılması nəzərdə tutulur.
21-09-2023, 13:26
Sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır - Paşinyan


Sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 21-də Müstəqillik Günü ilə bağlı müraciətində bildirib ki, Alma-Ata Bəyannaməsi və bununla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir.
Bu barədə "Armenpress" məlumat yayıb.
"Son vaxtlar xarici və regional siyasət apararkən 1991-ci il dekabr Alma-Ata Bəyannaməsinə və Ermənistan Respublikasının da imzaladığı müvafiq sənədlərə əsaslandığım üçün tez-tez tənqid olunuram. Çoxları birbaşa və dolayı yolla həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırır. Məsələ burasındadır ki, Alma-Ata Bəyannaməsi və onunla bağlı sənədlər Ermənistan Respublikasının müstəqilliyinin fundamental amillərindən biridir ki, burada keçmiş SSRİ-nin 12 respublikasının, o cümlədən Ermənistan Respublikasının müstəqillik əldə etməsinin siyasi və hüquqi əsasları qeyd olunur. Və buna görə də, həmin sənədə əsaslanan siyasətdən əl çəkməyə çağırışlar Ermənistanın müstəqilliyindən, suverenliyindən və ərazi bütövlüyündən əl çəkməyə çağırışdır və bütün nəticələr bundan irəli gəlir.
Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz mühit lazımdır. Sülh müstəqilliyi və suverenliyi təmin etdiyi kimi təhlükəsizliyi də təmin edən amildir. Çoxları hesab edir ki, bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi münaqişələr fonunda sülhdən danışmaq adekvat deyil. Ancaq xüsusilə bu şərtlərdə sülhə dəyər verilməli və sülh barışıq və ya atəşkəslə qarışdırılmamalıdır. Sülh münaqişələrdən, dövlətlərarası, millətlərarası münaqişələrdən uzaq bir mühitdir. Bu yol asan deyil, xarici və daxili sarsıntılardan keçir və biz müstəqillik naminə, dövlətçilik naminə, gələcək naminə bu yolu keçməliyik", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!