Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
29-09-2023, 19:22
Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi


Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.
Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.
29-09-2023, 19:13
Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi


Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi

Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə sentyabrın 28-də beş tutan görüşü ilə bağlı məlumatlara Fransa mətbuatında da yer verilib.
"Caucase de France" internet saytında mövzu ilə bağlı yer alan yazıda Azərbaycan Milli Məclisinin sədrinin Fransanın Azərbaycana qarşı qərəzli münasibətini sərt tənqid etməsi qeyd edilib.
Vurğulanır ki, Sahibə Qafarova Fransanın bu mövqeyini pisləyib.
"Sahibə Qafarova Braun-Pivetin diqqətini Fransanın Ermənistanın Azərbaycan ərazilərinin 30 il davam edən işğalını pisləmədiyinə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir milyon azərbaycanlının hüquqları barədə heç vaxt danışmamasına yönəldib", deyə məqalədə qeyd edilir.
29-09-2023, 19:03
Müdafiə naziri MDB-nin iclasında iştirak etdi


Müdafiə naziri MDB-nin iclasında iştirak etdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.
29-09-2023, 18:38
"Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi


"Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar jurnalisti vəfat edib.
52 il "Şərurun səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışan, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Məmmədov bu gün 73 yaşında vəfat edib.
O, Şərur rayon Düdəngə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
29-09-2023, 18:24
Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı


Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 29-u saat 18:00-a olan məlumat açıqlanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

SİLAHLAR

1. Atıcı silahlar – 2 215

2. Qumbaraatanlar – 216

3. Top və haubitsalar – 42

4. Minaatanlar – 59

5. Tank əleyhinə silahlar – 37

6. HHM silahları – 133

TEXNİKA

1. Zirehli texnika – 20

2. Avtomobil texnikası – 173

3. Qoşqular – 21

4. Yardımçı texnika – 9

DÖYÜŞ SURSATLARI

1. Raketlər – 984

2. Top və haubitsa mərmiləri – 2 760

3. Zenit top mərmiləri – 2 627

4. Minaatan mərmiləri – 6 653

5. Qumbaralar – 2 333

6. Əl qumbaraları – 1 419

7. Patronlar – 657552

8. Digər sursatlar – 2 165

CİHAZLAR

1. Optik cihazlar – 261

2. Digər cihazlar – 35

TƏCHİZAT

1. Fərdi təchizat vasitələri – 710

2. Müxtəlif silahların qurğuları – 9

3. Digər təchizat vasitələri – 2 226.
29-09-2023, 18:10
XİN Başçısı Putinin müşaviri ilə görüşdü


XİN Başçısı Putinin müşaviri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.
Görüşdə habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.
Nazir Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
29-09-2023, 18:00
DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı


DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı

Qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikasının müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan ın Azərbaycandan sentyabrın 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Mnatsakanyanın Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanıldığı bildirilib.
Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.
L.Mnatsakanyan general-leytenant hərbi rütbəsi daşıyır. O, 2015-ci ildən 2018-ci ilin dekabr ayına kimi Qarabağ separatçılarının "müdafiə naziri" olub.
Lyova Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Azərbaycan SSR-in Əsgəran rayonunda anadan olub. O 1983-1985-ci illərdə Sovet Ordusunda xidmət edib.
1985-ci ildə İrəvan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olan Mnatsakanyan 1989-cu ildə həmin təhsil müəssisəsini bitirib. Təhsilini bitirdikdən sonra uzun illər Xankəndidə mühəndis-mexanik kimi çalışıb.
80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra Lyova Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib.
Sonra qondarma “Dağlıq Qarabağ ordu”sunda müxtəlif vəzifələrdə çalışıb.
2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb.
2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib.
Mnatsakanyanın şəxsi həyatına gəlincə, onun evli və 3 oğul atası olduğu məlumdur.
29-09-2023, 17:53
Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı


Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı

Türkiyənin "TEIAŞ" şirkəti ilə "Azərenerji" ASC 2023-2025-cü illər üzrə birgə layihələrin icrası üzrə yol xəritəsi imzalayıb.
Sənədi "Azərenerji" ASC-nin vitse-prezidenti Vüqar Şahmuradov və "TEIAŞ"ın baş direktoru Orxan Kaldırım imzalayıb.
Yol xəritəsi Azərbaycanla Türkiyə arasında enerji dəhlizi üzrə layihənin icrasına yönəlib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.
29-09-2023, 17:51
Putin orduya payız çağırışı haqqında fərman imzaladı


Putin orduya payız çağırışı haqqında fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin orduya payız çağırışının başlanması haqqında fərman imzalayıb.
Payız çağırışı çərçivəsində 130 min nəfərin hərbi xidmətə çağırılacağı prezident fərmanında bildirilib.
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu müntəzəm çağırışla ordu sıralarına cəlb olunanların Ukraynada müharibə zonasında hərbi xidmət keçməyəcəyini açıqlayıb.
29-09-2023, 17:26
FHN axtarış-xilasetmə əməliyyatını sona çatdırdı - 48 erməninin cəsədi tapıldı


FHN axtarış-xilasetmə əməliyyatını sona çatdırdı - 48 erməninin cəsədi tapıldı

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!