Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
29-09-2023, 14:53
XİN Başçısı Qənirə Paşayevayla bağlı başsağlığı verdi


XİN Başçısı Qənirə Paşayevayla bağlı başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə nazir "X" hesabında paylaşıb.
"Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, vətənpərvər və xeyirxah əməlləri ilə hər zaman seçilən Qənirə xanım Paşayevanın vaxtsız vəfatı hər birimizi dərindən sarsıtdı. Mərhuma Allahdan rəhmət diləyir və ailəsinə səbr arzu edirəm. Allah rəhmət eləsin!", - deyə nazir yazıb.
29-09-2023, 14:44
Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik - Prezident


Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik - Prezident

İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatlı ölkələrin onu gözardına vurması idi.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib ki, bu məsələdə sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan danışıqlar masasında hər zaman konstruktiv idi. “Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq və 44 gün ərzində bunu etdik”, - deyə Prezident əlavə edib.
29-09-2023, 14:37
Qondarma rejimin daha bir generalı saxlanıldı


Qondarma rejimin daha bir generalı saxlanıldı

Qarabada ləğv edilmiş qondarma rejimin daha bir generalının Azərbaycan hərbçiləri tərəfindən saxlanıldığı barədə məlumat yayılıb.
“Hraparak”ın məlumatına görə, general-leytenant, qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan da Ermənistana keçmək istəyərkən saxlanılıb.
Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda törədilən qətliamda yaxından iştirak edib. A.Qaramyan Qarabağ müharbəsində fəallığı ilə seçilən cinayətkarlardan olub. Şuşa və Laçının işğalında ciddi rol oynayıb.
29-09-2023, 14:31
Sülhməramlıların işi Bakı ilə müzakirə mövzusu olacaq - Peskov


Sülhməramlıların işi Bakı ilə müzakirə mövzusu olacaq - Peskov

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
"Nəqliyyat rabitəsinin inkişafı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan üçün vacibdir, Moskva bu işi davam etdirməyə ümid edir. Artıq Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının işi Bakı ilə müzakirə mövzusu olacaq", - o qeyd edib.
29-09-2023, 14:08
Hakan Fidan: “Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır”


Hakan Fidan: “Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır”

“Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antitteror tədbirlərini Nyu-Yorkda müzakirə etdik”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bəziləri qeyri-obyektiv mövqe tutur və bunu ifadə edir: “Biz isə deyirik ki, antiterror tədbirləri Azərbaycanın haqqıdır. Azərbaycanlı qardaşlarımız 44 günlük müharibədən sonra səbrlə gözlədilər ki, xunta rejimi ləğv olunsun. Azərbaycanlı qardaşlarımız bu təmaslarda iştirak etdilər. Lakin nəticəsi olmadı. Onlar gördülər ki, təmaslar problemin həllinə yox, vaxtı uzatmağa hesablanıb. Ermənistan və bəzi dairələr vaxt uzadırdı”.
XİN başçısı qeyd edib ki, Qarabağdakı son antiterror tədbirləri zamanı mülki əhali arasında itki olmayıb.
29-09-2023, 13:59
Xocavənddəki memorial kompleksdə xeyli sayda silah-sursat aşkarlandı


Xocavənddəki memorial kompleksdə xeyli sayda silah-sursat aşkarlandı

Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut edir.


29-09-2023, 13:54
İndiyədək 30 kəndin təməli qoyulub - İlham Əliyev


İndiyədək 30 kəndin təməli qoyulub - İlham Əliyev

İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
29-09-2023, 13:42
Zaxarova: “Rusiya XİN-ə vətəndaşlardan heç bir müraciət daxil olmayıb”


Zaxarova: “Rusiya XİN-ə vətəndaşlardan heç bir müraciət daxil olmayıb”

Rusiya Xarici İşlər Nazirliyinə Qarabağdakı Rusiya vətəndaşlarından heç bir müraciət daxil olmayıb.
Bu barədə jurnalistlərə açıqlamasında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, tanınmamış “Dağlıq Qarabağ respublikası”nın ləğvindən sonra Rusiya XİN-ə vətəndaşlardan heç bir müraciət daxil olmayıb. M.Zaxarova əlavə edib ki, belə bir müraciət daxil olarsa, yardım göstəriləcək.
29-09-2023, 13:38
Qarabağın bərpasına 7 milyard dollar vəsait sərf edilib - Prezident


Qarabağın bərpasına 7 milyard dollar vəsait sərf edilib - Prezident

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.
29-09-2023, 13:23
Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir - İlham Əliyev


Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir - İlham Əliyev

Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
“Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!