Labər Rüstamova,
Özbəkistan Yazıçılar Birliyin üzvü. BİR CÜT LALƏHəlim atanın könlü bu gün nədənsə kədərli. Ona görə arvadının “Səhər yeməyiniz hazır” deməsinə baxmayaraq yola çıxdı. O çopani barini çevirib əlini belində gəzdirdikcə adımlar və uzaqlara uzanan mavi bağın təravətindən gah qəlbi təsəlli tapır, gah qəmli fikirlərə qapılırdı. Ata cığırla bağa deyil, dağa doğru yeridi. O yuxarı qalxdıqca ayaqları yorulub istəyinə tabe olmaz, ürəyinin bir yerində hələ də sönməyən gənclik həvəsi onu yeriməyə şövq edirdi. Nəhayət, yuxarı qalxdı. Zərif mehdən dərin nəfəs aldı. Belbağini çıxarıb tərli üzü, gözlərini sildi. Aşağı baxdı: "Həyat necə gözəl!" Bu zaman böyük bir daşın altından duran bir cüt laləyi gördü. Ayağa qalxdı, ama uzun müddət onu götürməkdən çəkindi. Sonra nəyisə xatırladı bəlkə, bıçağı böyründən çıxarıb onu yavaşca kəsdi. Birdən sanki arvadının mehriban səsi eşidildi: “Çayınızı içmirsinizmi, Qadir?”. Əslində onun dediyinə baxaraq, səhər yeməyini yesə də olurdu... Bu fikirlə çiçəyi qucağına alıb evə getdi...
– Risal, ey, Risal, – dedi qoca eşikdən keçəndə.
Qocasını görən arvad stolu yazmağa başladı.
– Hey, öncə mənə baxsana!
Arvad qocasının qabağına çıxdı.
– Risal, bax, sənə nə gətirmişəm.
Arvad bir qocanın əlindəki çiçək açan laləyə, bir ətrafa baxıb romalinin ucu ilə üzünü örtərək güldü.
– Yaşlananda bozuldunuzmu, bilməm...
– Bəli, özümü on səkkiz yaşda hiss edirəm. Al, sənə... Axı bu gün bayram... Yadındadırmı, uşaq vaxti müharibə başlayanda heç nədən xəbərsiz dağa çıxmışdıq... Onda sən mənim deyil, Adilin laləsini götürmüşdün.
– Onu buraxın indi. Xəbər-ətər yox ondan...
Arvad birdən məyuslanıb, gözünə yaş aldı.
– Könlünə ağır gəldimi? Niyə o zaman mənim lalələrimi almamışdın? Düzünü de. Adildə könlün varmıdı?
– Qadir (arvad ərini kiçik oğlunun adı ilə çağırırdı), maraqlı şeylər deyirsiz e. Sizdə könlüm olmazsa birgə olmazdıq. Onda sizi yandırmaq üçün eləmişdim axı...
– Niyə məktubuma cavab vermədin o zaman?
Qadının sevgisi gizli olması lazım.
Belə neçə il yaşadıq, uşaqlı, nəvəli olduq. Səndən pislik görmədim. Amma, düzünü de ki, məni sevirmiydin?
– Ay ayıb olsun sizə, uşaqlar eşitsələr nə deyəcəklər, ayıb olsun e sizə ağ saqqallınızla. Bu söz bizə yaraşmır artıq.
– Düzünü de...
Arvad yerə baxdı...
Sizi öldü deyə qara məktub alanda da ümidimi kəsməmişdim...
Qoca saçlarında ağ görünən, qəddi biraz batmış yaşlı qadına minnətdarlıqla baxdı.
– Nə oldu axı, Qadir? – narahat halda soruşdu arvad.
– Beləcə...
Qoca, adam böyüdükcə uşaq kimi şıltaqlaşır, demək istədi, amma deyə bilmədən küçəyə çıxdı. Arvad uzun müddət lalələrə baxdı, iyini duydu, sonra vazaya qoydu.
O zaman oğlu Qadircan fikrini bozdu:
– Lalələr! Ana, kim gətirdi bunlari?
– Atan. Dağa çıxdılar...
Qadircan lalələri götürüb dışarı atıldı:
– Atama təşəkkür deyin. Mən tezliklə qayıdacağam.
Arvad gəncliyin sevinc və iztirab dolu xatirələrinə dolub, darvazaya tərəf getdi. Oğul qonşu qıza nəsə demek istəyir, həmin lalələr qızın əlində idi...
Tərcümə: Cahangir NOMOZOV,
"Butov Azərbaycan” in Özbəkistan təmsilcisi.