TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
21-03-2024, 20:20
Əfqanıstanda terror aktı - Taliban İŞİD-i günahlandırdı


Əfqanıstanda terror aktı - Taliban İŞİD-i günahlandırdı

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində terror aktı törədilib.
Kamikadze özünü bankın yaxınlığında partladıb.
Hadisə nəticəsində 3 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb.
Talibanın nəzarətində olan Daxili İşlər Nazirliyi hücumda İŞİD-i günahlandırıb.
21-03-2024, 20:02
Paşinyan finlandiyalı həmkarıyla görüşdü


Paşinyan finlandiyalı
həmkarıyla görüşdü


Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə finlandiyalı həmkarı Peter Orpoi ilə görüşüb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlıq gündəliyi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Ermənistan Baş naziri həmkarına “Sülhün kəsişməsi” layihəsini təqdim edib.
21-03-2024, 19:53
Gələcəkdə oxşar üçtərəfli saziş imzalana bilər - Hikmət Hacıyev


Gələcəkdə oxşar üçtərəfli saziş imzalana bilər - Hikmət Hacıyev

Azərbaycan və Çin arasında ticari-iqtisadi əlaqələr çox fəal inkişaf edir və Orta Dəhlizin tam istismarı bu əlaqələrə daha da təkan verəcək.
Bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsinin öz çətinlikləri var, onları aradan qaldırmaq lazımdır: “Orta Dəhliz bir neçə ölkənin ərazisindən keçir, bunlar bizim Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan, Türkiyədir. Biz qazax, gürcü və türk həmkarlarımızla çox işləyirik. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çin tərəfini də buna cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa və sadələşdirməyə imkan verəcəkdir. Onun tətbiqi gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb: “Biz Azərbaycan və Çin arasında belə bir sazişin mümkünlüyü barədə də düşünürük. Ola bilsin ki gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.
H.Hacıyev vurğulayıb ki, Çin həmişə başqa mədəniyyətlərə və sivilizasiyalara açıq olub və onlara hörmətlə yanaşır.
21-03-2024, 18:51
Ərdoğan bayramla bağlı paylaşım etdi


Ərdoğan bayramla bağlı paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı ilə bağlı paylaşım edib.
Türkiyə liderinin “X” hesabında edilən paylaşımda deyilir:
“Millətimizin və bölgəmizdə Novruz sevincini yaşayan bütün bacı-qardaşlarımızın Novruz bayramını təbrik edirəm. Orta Asiyadan Balkanlara qədər çox geniş bir bölgədə yeni ümidlərlə qeyd edilən Novruzun xeyirli olacağına ümid edirəm”.
21-03-2024, 18:30
Paşinyan Makronla bu məsələləri müzakirə etdi


Paşinyan Makronla bu məsələləri müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Ermənistan hökuməti xəbər verir.
Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesi müzakirə olunub.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub.
Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
21-03-2024, 18:19
Qlobal Şimal və Cənub arasında körpü ola bilərik - Hikmət Hacıyev


Qlobal Şimal və Cənub arasında körpü ola bilərik - Hikmət Hacıyev

Bakıda keçiriləcək “COP29” konfransının əsas mövzusu kifayət qədər mürəkkəb məsələ olan iqlim üçün maliyyə olacaq. Amma Azərbaycanın bir sıra üstünlükləri var ki, bu da ona müxtəlif mövqe və baxışa malik olan tərəflər arasında konsensusa nail olmağa imkan verə bilər.
Bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu çətin məsələdir, həm də müxtəlif nöqteyi-nəzərdən tərəflər arasında konsensus tapmaqdır. Amma mən hesab edirəm ki, buna nail olmaq mümkündür”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.
Onun sözlərinə görə, Azərbaycan qlobal Şimal və Cənub fikirlərini bir araya gətirmək üçün əlindən gələni edəcək, eyni zamanda sonuncunun da səsi eşidilməlidir:
“Qlobal Cənub, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin özünəməxsus problem və çətinlikləri var, buna görə də Ziyan və Zərər Fondu yaradılmışdır. Maliyyə məsələləri və maliyyə resursları əsasdır”.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın belə bir həll və konsensus tapmaq üçün strateji üstünlüyü var:
“Azərbaycan inkişaf etməkdə olan ölkədir, Qoşulmama Hərəkatına uğurla sədrlik edib, dünyanın demək olar ki, yarısını əhatə edən G77 və Çin qrupunun üzvüdür. Azərbaycan həm də bəzi Avropa qurumlarının üzvüdür və Aİ ilə əlaqələri mövcuddur.
Düşünürəm ki, belə bir mövqe konsensusun əldə edilməsində və həmçinin qlobal Şimal və Cənub arasında daha böyük həmrəyliyin əldə edilməsində mühüm rol oynayacaq”.
21-03-2024, 17:27
Paşinyan Şarl Mişellə bir sıra məsələlər ətrafında danışdı


Paşinyan Şarl Mişellə bir sıra məsələlər ətrafında danışdı

Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası İttifaqının prezidenti Şarl Mişellə görüşüb.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin Ermənistan-Azərbaycan sülh prosesi, 14 may və 15 uyul 2024-cü il tarixində Brüsseldə keçirilmiş Mileş-Paşinyan-Əliyev üçtərəfli görüşləri nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd ediblər ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımalı, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməli, regional infrastrukturlar Ermənistan və Azərbaycanın suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında həyata keçirilməlidir.
Ermənistanın baş naziri qeyd olunan sazişlərə sadiqliyini bir daha təsdiqləyib və özünün qondarma “sülh kəsişməsi” layihəsini təqdim edib.
21-03-2024, 17:03
Ceyhun Bayramov türkiyəli həmkarıyla görüşdü


Ceyhun Bayramov türkiyəli həmkarıyla görüşdü

21 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
21-03-2024, 16:52
Azərbaycan və Pakistanın XİN başçıları görüşdü


Azərbaycan və Pakistanın XİN başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.
Tərəflər iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Eyni zamanda, COP29-la əlaqədar hazırlıq işləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.
21-03-2024, 15:51
Ceyhun Bayramov Belçikada keçirilən Sammitdə çıxış etdi


Ceyhun Bayramov Belçikada keçirilən Sammitdə çıxış etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 21-də Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir sammitə çıxış edərkən ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Nazirin çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin "istixana qazı emissiyalarını azaltmaq üçün" üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib.
Bu istiqamətdə AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən “Atoms4Climate” kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın gələcək perspektivlərinə toxunan nazir Ceyhun Bayramov, bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.
Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb. Bu sahədə prioritetimizin, nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.
COP29-a sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağımız diqqətə çatdırılıb.
AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!