Keçmişdə yatanlar bu gün oyanır .....                        Ruhumuzun ehtiyacından doğan görüş .....                        Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Cüdoçumuz Avropa çempionu oldu .....                        İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü .....                        Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq .....                        Hava hücumuna görə Kiyev xəstəxanaları təxliyə edilir .....                        Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ .....                       
18-03-2024, 23:56
Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi


Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi

Martın 18-də ATƏT Parlament Assambleyasının (PA) İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev ATƏT-in mənzil-qərargahında və PA-nın Vyana ofisində olub.
Bu barədə ATƏT PA məlumat yayıb.
Azay Quliyev ATƏT regionunda iqtisadi və ekoloji təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş hökumət səyləri ilə tanış olub.
Qarşıdan gələn bir sıra yüksək səviyyəli tədbirlər, ATƏT-in Malta konfransı, o cümlədən bu ilin sonunda Bakıda keçiriləcək və COP29-u nəzərə alaraq iqlim dəyişikliyinə xüsusi diqqət yetirilib. A.Quliyev süni intellektin ATƏT PA-nın İkinci Komitəsinin də əsas prioriteti olduğunu qeyd edib və Lissabonda bu mövzuya həsr olunmuş konfrans haqqında məlumat verib. Digər prioritet mövzular arasında Ukraynadakı müharibənin ətraf mühitə təsiri, korrupsiyaya qarşı mübarizə, yaşıl enerjiyə keçid, enerji təhlükəsizliyi və əlaqə daxildir.
“ATƏT məkanının və daha geniş dünyanın üzləşdiyi misli görünməmiş çağırışları nəzərə alaraq, əsas iqtisadi və ekoloji təhlükəsizlik təhdidlərinin həllində ATƏT-in icra və parlament strukturları arasında daha çox yaxınlaşma yaratmaq üçün birgə işləmək vacibdir”, - Azay Quliyev deyib. O qeyd edib ki, ATƏT PA-nın İkinci Komitəsi iqtisadi və ekoloji problemlərin bütöv və bir-birindən asılı şəkildə həllinə çalışır və bu, ancaq hökumət, icraedici və parlamentin səmərəli əməkdaşlığı ilə mümkündür.
Azay Quliyevi ATƏT-in İqtisadi və Ekoloji Fəaliyyətlər üzrə yeni koordinatoru Bakıt Cüsupov, onun iki müavini Ralf Ernst Ralf və Silvi Qoyet qarşılayıb. O, İqtisadi İdarəetmə Bölməsi və Ətraf Mühitin Mühafizəsi üzrə Əməkdaşlıq Departamenti tərəfindən rəqəmsal uçurumların aradan qaldırılması və rəqəmsal texnologiyalara və bacarıqlara daha geniş çıxışın təşviqi, iqlimə davamlılıq və təsirlərin azaldılması, korrupsiya ilə mübarizə və ərzaq məhsullarının artırılması sahələrində də daxil olmaqla, davam edən geniş spektrli fəaliyyətlər barədə məlumatlandırılıb. Planlaşdırma və Koordinasiya bölməsi ilə aparılan müzakirələr qarşıdan gələn tədbirlərlə bağlı planların mübadiləsinə imkan yaratdıb.
Azay Quliyev həmçinin 2024-cü ildə ATƏT-in Malta sədrliyinin nümayəndələri, o cümlədən İqtisadi və Ətraf Mühit Məsələləri şöbəsinin rəhbəri Giulia Buhagiar ilə əməkdaşlığın gücləndirilməsi yollarını araşdırıb. ATƏT PA-nın Vyana ofisində Malta sədrliyi ilə görüşdə Azay Quliyev 2024-cü il İqtisadi və Ətraf Mühit Forumunun gündəliyi ilə bağlı son konsensusun əldə olunmasını alqışlayıb. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizə kontekstində və COP29 baxımından gələcək fəaliyyətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.
18-03-2024, 23:12
Ərdoğanla Putin arasında telefon danışığı baş tutub


Ərdoğanla Putin arasında telefon danışığı baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Türkiyə dövlətinin başçısı Rusiya Prezidenti Vladimir Putini ölkəsində keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Türkiyə-Rusiya münasibətlərindəki müsbət inkişafın yeni dövrdə də artan templə davam edəcəyinə inamını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlar masasına qayıtmaq məsələsində ölkəsinin vasitəçi qismində iştirak etməyə hazır olduğunu deyib.
18-03-2024, 22:31
Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu


Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi ilə Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik Heybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medal əldə ediblər.
Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub.
Qeyd edək ki, “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.
18-03-2024, 21:55
Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi


Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi

Son günlər bəzi media subyektlərində Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən aydınlıq gətirilib.
Açıqlamada Naxçıvanın simvollarından olan Mömünə Xatun türbəsinin ətrafındakı yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur. Bildirilir ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin başlatdığı tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisinə yerləşdirilməsi ilə əsaslandırıb.
Xidmət tərəfindən qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabellə əvəzlənməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın qanunauyğun formada qurulması üçün müvafiq yer ayrılacaq.
18-03-2024, 21:26
Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama


Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama

Rusiyada dünən başa çatan prezident seçkilərində Vladimir Putin 87,28 faiz səs toplayıb. Digər namizədlər - Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutskinin isə 3,20 faiz səs toplamağı bacarıblar.
Rusiyadan xaricdə prezident seçkilərində 372 min insan iştirak edib.
Məlumata görə, Bakıda 1 500-dən çox seçici səs verib.
Rəsmi açıqlamaya görə, Putin Bakıdakı səsvermədə 77.26%, Davakanov 14.23% səs qazanıb. Digər namizədlər daha aşağı səs toplayıblar.
18-03-2024, 21:15
Tehranlı soydaşımız mükafatlandırıldı


Tehranlı soydaşımız mükafatlandırıldı

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Həsən Babai də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Həsən Babai bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də Həsən müəllimi təbrik edərək, onun haqqında kiçik təqdimatı diqqətinizə çatdırırıq:

Babai Həsən Əli oğlu 1953-il iyulun 1-də Tehran şəhərində anadan olub. Orta və ali təhsilini Tehranda alıb. 1979-cü ildən İran Tudə Partiyasının üzvü olmuş soydaşımız 1984-cü ildə Sovet Azərbaycanına mühacirət etməyə məcbur qalıb. Həmin tarixdən "İranlı Mühacirlər Cəmiyyət”ində ictimai-siyasi işlərlə məşğul olur. Hazırda cəmiyyətin sədr müavini vəzifəsindədir. “Şəfəq” jurnalının redaksiya heyətinin üzvüdür
18-03-2024, 20:33
Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq


Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq

Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.
Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər:
"Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar".
Y.Stoltenberq Azərbaycan hərbçilərinə bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarlığını ifadə edib.
18-03-2024, 20:20
Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ


Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunur.
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.
Nazirlik ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və bayram tədbirlərinə gəlməməyi xahiş edir.
18-03-2024, 19:59
Hikmət Hacıyev Çində daha bir görüş keçirdi


Hikmət Hacıyev Çində daha bir görüş keçirdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev ilə Azərbaycanın ŞƏT ilə əməkdaşlığının hazırkı vəziyyətini nəzərdən keçirib.
Bu barədə H.Hacıyev "X"də yazıb.
"Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin beynəlxalq departamentinin nazir müavini Çen Çjou (Chen Zhou) və Çin Xalqının Xarici Əlaqələr İnstitutunun sədri Vanq Çao (Wang Chao) ilə müzakirələrimiz davam etdi. Şanqay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Nurlan Yermekbayev (Nurlan Yermekbayev) ilə ŞƏT ətrafında əməkdaşlığımızın hazırkı vəziyyətini nəzərdən keçirdik", - Prezidentin köməkçisi əlavə edib.
18-03-2024, 19:45
Britaniya parlamentinə etiraz məktubu ünvanlandı


Britaniya parlamentinə etiraz məktubu ünvanlandı

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!