Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                       
15-03-2024, 21:21
Rusiya Odessaya raket zərbələri endirdi - 16 ölü, 70-dən çox yaralı


Rusiya Odessaya raket zərbələri endirdi - 16 ölü, 70-dən çox yaralı

Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessaya raket zərbələri endirib.
Zərbə nəticəsində 16 nəfər ölüb, 70-dən çox adam yaralanıb.
Ukrayna rəsmiləri bildirib ki, Rusiyanın işğalı altında olan Krım yarımadasından atılan iki “İsgəndər-M” raketi Odessadakı yaşayış massivinə düşüb.
“Rusiya Odessa terrorunu davam etdirir... həlak olanlar və yaralananlar arasında yerli sakinlər, tibb və təcili yardım işçiləri var”, - Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
Kiper əlavə edib ki, həkim və xilasedici ilkin zərbə zamanı xəsarət alan insanlara kömək etmək üçün hadisə yerinə gedib, bu zaman ikinci raket düşüb.
15-03-2024, 20:50
Putin seçkilərdə səs verdi


Putin seçkilərdə səs verdi

Rusiya prezidenti Vladimir Putin seçkilərdə səs verib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin onlayn formada səsvermə hüququndan istifadə edib.
Kremlin paylaşdığı videoda görünür ki, Putin öz kabinetində elektron səsvermə ilə öz seçimini edib.
Qeyd edək ki, Rusiyada prezident seçkilərində distant elektron səsvermə ilk dəfə tətbiq edilir
15-03-2024, 19:33
Binəqədidə baş vermiş yanğın söndürüldü


Binəqədidə baş vermiş yanğın söndürüldü

Bakı şəhərinin Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin üçüncü kilometrliyində açıq ərazidəki quru otluq sahədə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
15-03-2024, 18:15
Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlandı


Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlandı

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Bakı Bəyannaməsində deyilir:
"Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi.
Nazirlər,
Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq;
Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq;
Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq;
Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq;
Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək;
Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək;
Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək;
Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək;
Aşağıdakıları bəyan etdilər:
Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar;
Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər;
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər;
Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər;
Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı.
Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər;
Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər;
Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar;
Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar;
BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar;
Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar;
Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar;
Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər;
Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər;
Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər;
Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər;
Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər;
Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;
Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər;
Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar.
Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər.
Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər.
15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı.

Azərbaycan Respublikasının

Xarici İşlər Naziri

Zati-aliləri Ceyhun Bayramov

Gürcüstanın

Xarici İşlər Naziri

Zati-aliləri İlya Darçiaşvili

Türkiyə Respublikasının

Xarici İşlər Naziri

Zati-aliləri Hakan Fidan".
15-03-2024, 17:59
Qazaxıstanın Dövlət gerbi dəyişdirilir


Qazaxıstanın Dövlət gerbi dəyişdirilir

Qazaxıstanın Dövlət gerbi dəyişdirilə bilər.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Altırauda keçirilən Milli Qurultaydakı nitqində dövlət atributları ilə bağlı mülahizələrini çatdırıb.
“Milli kimliyimizin görünən təcəssümü dövlət rəmzləridir. Keçən il şəhər və rayonlarımızın rəmzlərinin sistemləşdirilməsi və vahid standarta çatdırılmasının zəruriliyindən danışdım. Onlar təkcə regional xüsusiyyətləri əks etdirməməli, həm də ölkənin imicinin əsas elementlərini üzvi şəkildə birləşdirməlidir. Hazırda bu istiqamətdə konkret işlər aparılır.
Eyni zamanda, bildiyimə görə, müzakirələr zamanı bir sıra ekspertlər və ictimai fəallar bütün dövlət rəmzləri sisteminin müasirləşdirilməsinin zəruriliyindən danışıblar. İnanıram ki, göy-mavi Dövlət bayrağımız üslub baxımından qüsursuzdur və ən əsası, ölkəmizin unikallığını və ideallarını aydın şəkildə əks etdirir”, - Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan Prezidenti əlavə edib ki, eyni şey qazax xalqının dəyərlərini və ruhunu lakonik şəkildə təcəssüm etdirən Dövlət himninə də aiddir. Həmyerlilərin müxtəlif nailiyyətləri sayəsində onun melodiyası bütün dünyada səslənir. Yeni ili Dövlət himninin həyəcanlı sədaları altında qarşılamaq ailə və dostlar arasında xoş ənənəyə çevrilib.
“Dövlət himninin sözləri və musiqisi vətəndaşlarımızın qəlbində güclü əks-səda tapır. Dövlət gerbinə gəlincə, hesab edirəm ki, peşəkarların və maraqlanan vətəndaşların, o cümlədən gənclərin əsaslı arqumentlərini nəzərə almaq məqsədəuyğundur.
Gerbimizin üzərindəki təsvirlərin anlaşılması çox çətindir, onlarda eklektizm və sovet dövrünün əlamətləri var. Əgər ümumi razılıq olarsa, mahiyyətcə bütün aspektləri nəzərdən keçirəcək, ictimai müzakirələr aparacaq xüsusi komissiya yaratmaq olardı. Sonra Qazaxıstanın yeni Dövlət gerbinin ən yaxşı eskizi üçün açıq müsabiqə elan edilsin”, - Kasım-Jomart Tokayev vurğulayıb.
15-03-2024, 17:40
ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Artan sərnişin tələbatı nəzərə alınaraq 20-26 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə axşam və səhər reysləri, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə gündəlik reyslər təyin olunub.
19 mart tarixində Bakı–Ağstafa–Bakı marşrutu üzrə oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı saat 07:00-da Bakıdan Ağstafaya, saat 15:00-da isə geriyə, 20 və 21 mart tarixlərində saat 09:15-də Bakıdan Ağstafaya, saat 18:00-da isə geriyə, 22 mart tarixində saat 23:55-də Bakıdan Ağstafaya, 23 mart tarixində saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Həmçinin xətt üzrə 20, 24, 25 və 26 mart 2024-cü il tarixində “Stadler” şirkətinə məxsus müasir sərnişin qatarları da əlavə reyslər üzrə fəaliyyətdə olacaq. Sözügedən günlərdə sürətli sərnişin qatarları Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:45-də yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
20-26 mart tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.
15-03-2024, 17:33
Gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələrlə bağlı yenilik


Gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələrlə bağlı yenilik

Gürcüstanda gürcü dilini öyrənən azərbaycandilli və ermənidilli tələbələr üçün maliyyələşdirmə proqramını genişləndirilib.
Bu barədə Gürcüstanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.
2024-2025-ci tədris ilindən Gürcüstan vətəndaşı olan 400 tələbə maliyyələşdiriləcək: 200 ermənidilli və 200 azərbaycandilli tələbə.
Proqramın iştirakçıları bir il ərzində Gürcüstanın dövlət universitetlərində gürcü dilini öyrənəcəklər. Gürcüstanda hazırlıq kursunu və bakalavr təhsilini dövlət maliyyələşdirəcək.
15-03-2024, 17:29
Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur - Hakan Fidan


Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur - Hakan Fidan

Azərbaycan artıq Cənubi Qafqazın yeni parlayan ulduzudur. Azərbaycanın iqtisadi cəhətdən inkişafı onu göstərir ki, o, bölgənin ən güclü ölkəsinə çevrilib. Azərbaycan, eyni zamanda, regional diplomatiyanın və bir sıra layihələrin qovşağına çevrilib.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumda çıxışında bildirib.
Türkiyə XİN-in başçısı Azərbaycanla enerji və iqtisadi sahələrdə bir sıra layihələrə imza atıldığını qeyd edib.
“Mən ötən il Şuşaya səfər etdim. Bu il də COP29 Bakıda keçiriləcək. Artıq 11-ci dəfədir ki, Qlobal Bakı Forumu təşkil edilir. Azərbaycan çoxsaylı tədbirlərə ev sahibliyi edib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynamaqdadır”, - deyə H. Fidan əlavə edib.
15-03-2024, 17:22
Rusiya MSK: Seçici fəallığı 23,96% təşkil edib


Rusiya MSK: Seçici fəallığı 23,96% təşkil edib

Moskva vaxtı ilə saat 16:10-a olan məlumata görə, Rusiyadakı prezident seçkilərində səsvermənin ilk günündə seçici fəallığı 23,96% təşkil edib.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində təqdim olunan məlumatda deyilir.
Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi xəritəyə əsasən, hazırda ən yüksək fəallıq Çukotka, Yəhudi Muxtar Vilayətində qeydə alınıb.
Eyni zamanda, uzaqdan elektron səsvermə platformasında (DEG) qeydiyyatdan keçmiş rusiyalıların 50%-dən çoxu artıq səsvermədə iştirak edib.
Qeyd edək ki, Rusiyadakı prezident seçkiləri 15-17 mart tarixlərində davam edir.
15-03-2024, 17:06
Milli Məclis Nazirlər Kabinetinin illik hesabatını qəbul etdi


Milli Məclis Nazirlər Kabinetinin illik hesabatını qəbul etdi

Milli Məclis Nazirlər Kabinetinin 2023-cü il üçün illik hesabatını qəbul edib.
Bununla bağlı məsələ parlamentin martın 15-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Nazirlər Kabinetinin ötən il üçün illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!