Ruhumuzun ehtiyacından doğan görüş .....                        Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlandı .....                        COP29 qarşıdurma arenası olmayacaq .....                        Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb - Prezident .....                        Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - İlham Əliyev .....                        COP29-un uğurla keçəcəyinə inanıram - Şolts .....                        Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Şolts .....                       
22-03-2024, 23:33
Rusiyada terror zamanı ölən və yaralananların sayı açıqlandı


Rusiyada terror zamanı ölən və yaralananların sayı açıqlandı

İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.
Eyni zamanda, güc strukturlarındakı mənbədən mediaya bildirilib ki, terrorçuların gəldikləri maşın minalanıb və hazırda onun zərərsizləşdirilməsi üçün iş aparılır.
Qeyd edək ki, bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub.
22-03-2024, 23:21
ABŞ Moskvadakı terroru əvvəlcədən bilirmiş? - Detallar açıqlandı


ABŞ Moskvadakı terroru əvvəlcədən bilirmiş? - Detallar açıqlandı

Bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub.
Yerli kanallar bildirir ki, hadisə nəticəsində 40-dan çox şəxs həlak olub, 100-dən çox yaralı var.
Məlumata görə, Ağ Ev hadisə ilə əlaqədar Rusiyaya başsağlığı verib.
Rəsmi Moskva isə silahlı insidentin terror aktı olduğunu açıqlayıb.
Moskvadakı bu hadisə bir neçə həftə əvvəl ABŞ-ın Rusiyada terror aktı ola biləcəyi barədə xəbərdarlıqları diqqət mərkəzinə gətirib.
Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi martın əvvəlində "ekstremistlərin" Moskvada qaçılmaz hücum planları olduğuna dair xəbərdarlıq edib.
Səfirlik insanları konsertlərdən və izdihamdan qaçmağa çağırıb, ətraf ərazilərdən xəbərdar olmağa səsləyib.
İngiltərə, Kanada, Cənubi Koreya və Latviya kimi ölkələr də ABŞ-ın xəbərdarlığını təkrarlayıblar və öz vətəndaşlarına Rusiyaya getməmələrini söyləyiblər.
Bundan əlavə, ABŞ Rusiya üçün ən yüksək xəbərdarlıq səviyyəsini tətbiq edib. Rusiya bu siyahıda Əfqanıstan, Suriya, Yəmən və Cənubi Sudan və İranla eyni səviyyədə yer alıb.
22-03-2024, 23:09
Azərbaycan millisi Monqolustanı bir qolla məğlub etdi


Azərbaycan millisi Monqolustanı bir qolla məğlub etdi

Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də bəzi matçlar keçirilib.
Futbol üzrə Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.
22-03-2024, 22:52
Emin Ağalarov silahlı insidentin baş verdiyi əraziyə gəldi


Emin Ağalarov silahlı insidentin baş verdiyi əraziyə gəldi

Azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov Moskvada silahlı insidentin baş verdiyi “Crocus City Hall”a gəlib.
Bu barədə teleqram kanalları məlumat yayıb.
Sosial şəbəkədə Emin Ağalarovun hadisə yerində çəkilmiş fotosu yayılıb.
Qeyd edək ki, “Crocus City Hall” Ağalarovlar ailəsinə məxsusdur.
İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, onların dəqiq sayı məlum deyil.
Binada yanğın başlayıb və partlayış səsləri eşidilib.
22-03-2024, 22:43
Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşüylə bağlı açıqlama


Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşüylə bağlı açıqlama

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.
Bununla bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.
Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
Görüş konstruktiv mühitdə baş tutub.
22-03-2024, 22:20
Moskvada terror aktı - 40 nəfər öldü


Moskvada terror aktı - 40 nəfər öldü

Moskvada konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlarn sayı 130 nəfərə çatıb.
Terror aktı nəticəsində 40 nəfərin öldüyü bildirilir.
22-03-2024, 19:56
Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli oldu


Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli oldu

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amil Seydiyev, 11. Ramil Şeydayev

Məşqçi: Arif Əsədov

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: Otsuka

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.
22-03-2024, 19:27
ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu


ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Görüş zamanı tərəflər ABŞ-ın HƏMAS-a qarşı müharibədə İsrailə dəstəyini müzakirə ediblər.
Görüş zamanı İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planları da müzakirə edilib.
Netanyahu ABŞ-ın dəstəkləmədiyi halda belə əməliyyatı həyata keçirməkdən imtina etmək fikrində olmadığını bəyan edib.
“Rəfaha girmədən və orada qalan briqadaları məhv etmədən HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Mən ona (Entoni Blinken - red.) dedim ki, ümid edirəm ki, biz bunu ABŞ-ın dəstəyi ilə edəcəyik. Amma əgər məcbur olsaq, bunu özümüz edəcəyik”, - Netanyahu bildirib.
22-03-2024, 18:46
Şuşa həbsxanasının sökülməsiylə bağlı açıqlama verildi


Şuşa həbsxanasının sökülməsiylə bağlı açıqlama verildi

“Şuşa həbsxanasının sökülməsinə dair sosial şəbəkədə yayılan görüntülər həqiqəti əks etdirmir”.
Bu barədə APA-ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, haqqında bəhs edilən görüntülər köhnə kadrlar əsasında hazırlanıb: “Və bu görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.
Qeyd edək ki, bir neçə gündür, Şuşa həbsxanasının sökülməsinə aid video və fotolar sosial mediada yayılıb.
22-03-2024, 18:28
Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü keçirilir


Sahibə Qafarova və Alen Simonyanın ikitərəfli görüşü keçirilir

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.
Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!