Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Terrorçu qadına 1794 il həbs cəzası verildi .....                        İlham Əliyev Şoltsla görüşdü - FOTO .....                        Nazirlik Türkiyə-Rusiya Mərkəzi barədə məlumat yaydı .....                        Sabahın hava proqnozu .....                        Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi .....                        Bakıdan Avropa Parlamentinə etiraz: qətnamə əsassızdır! .....                        Biz yaxşı nəticələr əldə etməliyik - Prezident .....                       
9-03-2024, 16:53
“Toplum TV”nin əməkdaşlarının işi məhkəməyə göndərildi


“Toplum TV”nin əməkdaşlarının işi məhkəməyə göndərildi

Ötən gün "Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.
İstintaq orqanı hər iki şəxslə bağlı 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.
Yaxın saatlarda onlar məhkəmə qarşısına çıxarılacaq. Təqdimatlara məhkəmənin hakimi İlahə Abbasovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.
9-03-2024, 16:46
"Neftçi"nin futbolçusu zədələndi


"Neftçi"nin futbolçusu zədələndi

"Neftçi"nin futbolçusu Emin Mahmudov zədələnib.
31 yaşlı yarımmüdafiəçi "Kəpəz"ə qarşı keçirdikləri Premyer Liqanın XXVI tur matçında sıradan çıxıb.
Kapitanın əvəzinə 77-ci dəqiqədə meydana Andre Şinyaşiki daxil olub.
Qeyd edək ki, hazırda oyunda hesab bərabərdir - 3:3
9-03-2024, 16:39
Cəbrayılda dəhşətli qəza: 3 nəfər həyatını itirdi


Cəbrayılda dəhşətli qəza: 3 nəfər həyatını itirdi

Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və şəxsiyyəti hələ ki, bilinməyən digər bir nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
9-03-2024, 16:15
Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyi nəzərdən keçirir


Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyi nəzərdən keçirir

Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciət etməyi nəzərdən keçirir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "TRT World" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu gün Ermənistanda bir çox yeni imkanlar geniş şəkildə müzakirə olunur
Nazir bildirib ki, hələlik bu prosesin nəticəsini heç kim proqnozlaşdıra bilməz.
“Son üç-dörd il ərzində üzləşməyə məcbur olduğumuz çağırışları nəzərə alaraq, Ermənistanda mövcud yeni imkanlar fəal şəkildə müzakirə olunur. Onların arasında Aİ-yə üzvlük ideyasının da olduğunu desəm, sirr açmayacağam”, - nazir deyib.
Mirzoyanın sözlərinə görə, Aİ və ABŞ Ermənistanda demokratik islahatları təşviq edir. O, tərəfdaşlar və müttəfiqlər dairəsinin genişləndirilməsini vacib hesab edir. “Biz Aİ və ABŞ ilə münasibətləri dərinləşdirir, eyni zamanda ənənəvi əlaqələri qoruyub saxlayırıq və ya məsələn, Şərqə baxırıq. Biz Hindistanla əlaqələr qururuq... Qonşularımızla münasibətləri tənzimləmək də prioritet məsələdir”, - deyə Ermənistan XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, Ermənistan parlamentinin hakim partiyadan olan deputatları bir neçə gün əvvəl ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın iştirakı ilə qapalı görüş keçirib. "Hraparak" qəzeti yazıb ki, görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik ilə bağlı müzakirələr aparılıb. Deputatlar Aİ üzvlüyünə namizəd olmaq üçün müraciət zamanı gözlənilən həm təhlükələri, həm də imtiyazları, eləcə də digər təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
9-03-2024, 15:58
Qəzzanın bərpası üçün 90 milyard dollardan çox vəsait tələb olunur - Sisi


Qəzzanın bərpası üçün 90 milyard dollardan çox vəsait tələb olunur - Sisi

Qəzza zolağının bərpası üçün 90 milyard dollardan çox vəsait tələb olunur.
Bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib.
Dövlət başçısı yerli televiziyaya müsahibəsində bildirib ki, hazırda Qəzza zolağı böyük humanitar faciə ilə üzləşib. Orda bərpa işləri üçün azı 90 milyard ABŞ dolları lazımdır.
9-03-2024, 15:37
Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…


Aynur Familqızı Yazır: Əyilməz vicdanın uca heykəli…

Dağ kimi uca, vüqarlı, məğrur, əyilməz, əsl kişilik simvolu - mənim ATAM! Bu gün xatirələrdə yaşasan da, hər zaman səninlə qürur duymuşam, fəxr etmişəm ki, sənin kimi Kişinin qızıyam. Bir qız üçün Ata tam başqa dünyadır. Güvəndiyin, inandığın, məsləhət yerin, çətinə düşəndə arxan-dayağın, çiynində hüzur tapdığın, saçını tumarladıqca dünyanın ən xoşbəxti olduğun, səni bütün təhlükələrdən qoruyan himayədarın… Yadıma bir əhvalat düşdü. Deyirlər ki, körpünün üstü ilə gedəndə bir qızcığaz atasına deyir ki, ata, qorxuram, əlimi bərk tut. Ata deyir ki, qızım sən mənim əlimi bərk tut, qorxma. Qızcığaz deyir ki, yox ata, sən mənim əlimi tut ki, nə təhlükə də olsa, heç vaxt əlimi buraxmazsan, amma mən buraxaram. Atalar canı bahasına da olsa, heç vaxt övladlarını buraxıb getməzlər…
Atam, sən də belə idin! Üç övladınla fəxr edirdin, sanki bir bağban kimi becərdiyin ağacların meyvəsini daddıqca dünyanın ən xoşbəxt atası olurdun, bizimlə söhbətdən doymazdın... O qəfil gecə (09.03.2013) səni yuxuda bizdən aldı… 11 il keçsə də, qəlbim için-için sızlar, gözüm hər yerdə səni gəzər, yoxluğunla barışa bilmirəm… Ömrünün 61-ci baharında özün də bilmədən ani gedişinin geriyə dönüşü olmadı, ürəyimdə sənə deyiləsi o qədər sözlərim qaldı. Bu da bir tale, qismətiymiş…Neynəmək olar?! Sən sağlığında rəhmət qazanmışdın. Adına layiq övlad böyütdüyün üçün, Sənin qızın olduğum üçün sonsuza qədər Tanrıya şükür edirəm. Rahat uyu, canım Atam! Amma yaman ağır imiş ATASIZ DÜNYA!
Atası olanlar qədirini bilin...
Yaman ağır imiş atasız dünya...
Ona səcdə qılın ona baş əyin...
Yaman ağır imiş atasız dünya...

Qapıya baxıram qapını açmır...
Şəklinə baxıram dinmir danışmır...
Könlüm yas saxlayır könlüm barışmır...
Yaman ağır imiş atasız dünya...

Yerini heç kim verə bilməz🖤 Səni sonsuzadək bütün varlığı ilə sevən qızın - Aynur FAMİLQIZI
9-03-2024, 15:30
Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı


Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı

Tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.
Siyahını “Sportico” tərtib edib
Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.
Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk “onluq”da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.

1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) – 2,66
3. Kriştiano Ronaldo (futbol) – 1,92
4. Arnold Palmer (qolf) – 1,75
5. Lebron Ceyms (basketbol) – 1,7
6-7. Cek Niklaus (qolf) – 1,67
Lionel Messi (futbol) – 1,67
8. Devid Bekhem (futbol) – 1,5
9. Rocer Federer (tennis) – 1,49
10. Floyd Meyvezer (boks) – 1,48
9-03-2024, 15:22
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olundu


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olundu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala vəzifəsindən azad edilib.
Bu barədə Strana.ua məlumat yayıb.
Ukraynanın “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən yazıb ki, V. Zalujnı hələ bu ilin fevralında ordudan xaric olunması barədə hesabat yazıb. Vladimir Zelenski Zalujnının istefasına münasibət bildirib, bunu normal hal adlandırıb.
9-03-2024, 15:07
Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir


Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən daxil olan məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
9-03-2024, 14:41
Qəzzada ölənlərin sayı 31 minə çatır


Qəzzada ölənlərin sayı 31 minə çatır

Qəzzada ölənlərin sayı 30 min 960-a çatıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Qeyd edilib ki, son 24 saat ərzində 82 fələstinli öldürülüb, 122 nəfər yaralanıb.
Qəzzada yaralananların sayı 72 min 524-ə çatıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!