TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
1-03-2024, 23:54
Berlin görüşüylə bağlı Qriqoryandan vacib açıqlama


Berlin görüşüylə bağlı Qriqoryandan vacib açıqlama

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədi ilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan 28-29 yanvar tarixlərində Berlində görüş keçiriblər.
1-03-2024, 23:32
Yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildi


Yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildi

Martın 1-də Helsinkidə Finlandiyanın yeni seçilmiş prezidenti Aleksandr Stubbun andiçmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədov da iştirak edib.
Qısa söhbət zamanı səfir Azərbaycan Respublikası Prezidentinin təbriklərini Finlandiya Prezidentinə çatdırıb, ona ali dövləti vəzifədə uğurlar arzulayıb.
Mərasim çərçivəsində habelə Finlandiyanın sabiq Prezidenti Sauli Niinistöyə diplomatik korpus adından təşəkkür ifadə olunub. Səfir Zaur Əhmədov fəaliyyəti dövründə Azərbaycana dost münasibətinə görə Sauli Niinistöyə minnətdarlığını bildirib.
1-03-2024, 22:14
Bu il 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur


Bu il 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur

Bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur.
Bu barədə energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək: "İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək".
1-03-2024, 21:25
XİN Başçısı Antalyada keçirilən panel müzakirələrində çıxış etdi


XİN Başçısı Antalyada keçirilən panel müzakirələrində çıxış etdi

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Nazir Ceyhun Bayramov TDT-yə üzv dövlətlərlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu və ölkə başçısının ötən günlərdə baş tutmuş tarixi andiçmə mərasimində qeyd etdiyi kimi türk dünyasının bizim ailəmiz olduğunu vurğulayıb.
Tarixi, mədəni ənənələrlə bağlı olduğumuz türk dünyası çərçivəsində əməkdaşlığımızın müxtəlif, o cümlədən siyasi, təhlükəsizlik, iqtisadi, investisiyalar və s. istiqamətlər üzrə gücləndirilməsinin beynəlxalq sistemdəki mövcud təlatümlərə qarşı dayanıqlılığımızın möhkəmləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, türk dünyasının 200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini, böyük iqtisadi potensiala, enerji ehtiyatlarına, nəqliyyat marşrutları ilə bağlı imkanlara malik olduğunu nəzərə alaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin zəruri olduğu qeyd edilib.
Beynəlxalq münasibətlər sistemi, xüsusilə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı çağırışların artdığı bir dövrdə, regional əməkdaşlığın, o cümlədən TDT-nin əhəmiyyətinin daha da artdığı bildirilib. Bu istiqamətdə, üzv dövlətlərin tarixdə yol verilən əvvəlki səhvləri təkrarlamadan əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində həmrəylik nümayiş etdirməsinin vacib olduğu diqqətə çatdırılıb.
Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib.
1-03-2024, 21:10
Hakan Fidan Mirzoyanla regiondakı vəziyyəti müzakirə etdi


Hakan Fidan Mirzoyanla regiondakı vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər.
Nazirlər bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin dünyadakı və regiondakı vəziyyəti də müzakirə ediblər.
1-03-2024, 20:41
“Bayraktar” PUA-ları Albaniyaya gətirildi


“Bayraktar” PUA-ları Albaniyaya gətirildi

“Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Albaniyaya gətirilib.
Bu barədə Albaniyanın müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb.
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib.
1-03-2024, 19:57
Ceyhun Bayramov slovakiyalı həmkarıyla danışıqlar apardı


Ceyhun Bayramov slovakiyalı həmkarıyla danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində slovakiyalı həmkarı Yuray Blanar ilə görüşüb.
Bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.
“Slovakiyalı həmkarım Yuray Blanar ilə görüşməkdən və əməkdaşlığı daha da inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaqdan çox məmnun oldum”, - nazir qeyd edib.
1-03-2024, 19:40
Albaniyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı


Albaniyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri martın 1-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Edi Ramanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Albaniya Baş nazirini hava limanında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.
1-03-2024, 19:19
Prezident Albaniyanın Baş naziriylə görüşdü


Prezident Albaniyanın Baş naziriylə görüşdü

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
1-03-2024, 17:55
Bu il 36 min hektardan çox ərazi minalardan təmizlənib - VİDEO


Bu il 36 min hektardan çox ərazi minalardan təmizlənib - VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının 1-dək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10440 ədəd piyada əleyhinə, 3301 ədəd tank əleyhinə mina və 12693 ədəd partlamamış döyüş sursatı aşkar olunub.
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir.
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!