Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                        Borçalıdan başlanan alim ömrü .....                        “Övladımın qəhrəmanlığı ilə fəxr edirəm” .....                        Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                        Kanalda batan yeniyetmənin cəsədi tapıldı .....                       
29-02-2024, 23:47
Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında müharibəyə səbəb ola bilər


Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında müharibəyə səbəb ola bilər

Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yarada bilər.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, Rusiya rəhbərliyi dayanmayacaq.
“Açığı Ukrayna uduzsa, əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək”, - deyə nazir vurğulayıb.
29-02-2024, 20:14
Xocalıda aşkarlanan kütləvi məzarlıqdan azyaşlının qalıqları tapıldı


Xocalıda aşkarlanan kütləvi məzarlıqdan azyaşlının qalıqları tapıldı

Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib
Qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilmiş, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.
Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
29-02-2024, 19:58
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri istefa verdi


Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri istefa verdi

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
O, istefasının səbəblərini açıqlamayıb.
Marukyan “dövlətə və xalqa xidmət etməkdə davam edəcəyini" bildirib.
29-02-2024, 19:51
Pakistanda yeni baş nazir seçiləcək - Tarixi açıqlandı


Pakistanda yeni baş nazir seçiləcək - Tarixi açıqlandı

Pakistan parlamenti bazar günü ölkənin yeni baş nazirini seçəcək.
Bu barədə parlament katibliyi məlumat yayıb.
Hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək.
Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.
29-02-2024, 17:59
Dövlət borcu sahəsində şəffaflığın təmin edilməlidir - Nazirlik


Dövlət borcu sahəsində şəffaflığın təmin edilməlidir - Nazirlik

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət Borcu üzrə Statistik Bülleten” hazırlayaraq dərc etməyə başlayıb.
Məlumata görə, sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə ildə iki dəfə dərc olunacaq. Bülleten hazırlanarkən bu sahədə digər ölkələrin qabaqcıl təcrübələri öyrənilib və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınıb.
2023-cü ilin yekunlarına dair hazırlanmış ilk “Dövlət Borcu üzrə Statistik Bülleten” nazirliyinin internet səhifəsində yerləşdirilib.
29-02-2024, 17:53
Əlilliyi olanlar üçün metropaliteni əlçatan etmək üçün çalışmalıyıq


Əlilliyi olanlar üçün metropaliteni əlçatan etmək üçün çalışmalıyıq

Hazırda əlilliyi olan şəxslər öncədən xəbər verməklə metrodan istifadə edə bilirlər.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.
O deyib ki, bu gün əlilliyi olan bəzi insanlar kimdənsə kömək almadan özləri metrodan istifadə etmək istəyirlər:
"Reallıq odur ki, bunun üçün ya eskalatorlar dəyişdirilməlidir, ya da lift quraşdırılmalıdır. Bu isə praktiki olaraq resurs tələb edir və ya qeyri-mümkündür. Buna görə alternativ variantlarla əlilliyi olan insanlar üçün metropaliteni əlçatan etmək üçün çalışmalıyıq".
Sabir Qocayev əlavə edib ki, gələcəkdə tikinti şirkətləri qarşısında məcburi tələb qoymaq olar ki, iş aparılarkən müyəssərlik təmin edilsin:
"Lakin biz nə qədər qanunvericiliyi təkmilləşdirsək də, insanlar özləri bu məsələyə həssas yanaşmasa, əlilliyi olan şəxslərin üzləşə biləcəkləri problemləri nəzərə almasalar, bu məsələnin tam həlli çətin olacaq. Ona görə insanlar bilməlidirlər ki, cəmiyyətdə onlarla bərabər hüquqlara sahib əlilliyi olan şəxslər var və onlar bizim əldə etdiyimiz xidmətləri rahatlıqla ala bilmirlər, onların qarşısında sərhədlər var. Bunun da həlli yolu müyəssərliyin təmin edilməsidir. Biz bununla bağlı aidiyyəti qurumlarla iş aparırıq. Plan var ki, növbəti mərhələdə müyəssərliyə sistematik baxış olması üçün dövlət proqramı hazırlansın".
29-02-2024, 17:46
Ceyhun Bayramov Türkiyəyə səfərə çıxdı


Ceyhun Bayramov Türkiyəyə səfərə çıxdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
29-02-2024, 17:38
İranın əsas siyasəti qonşuları ilə əlaqələri gücləndirməkdir - SEPAH komandanı


İranın əsas siyasəti qonşuları ilə əlaqələri gücləndirməkdir - SEPAH komandanı

“İranın xarici siyasətinin əsasını qonşuları ilə əlaqələrin gücləndirilməsi, uyğun kommunikasiya magistrallarının yaradılması və faydalı mədəni, iqtisadi, siyasi əlaqələr təşkil edir”.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami deyib.
Hüseyn Səlaminin sözlərinə görə, İran Şimalla Cənub, Şərqlə Qərb arasında əlaqənin qızıl nöqtəsidir və böyük üstünlüyə malikdir.
“Qonşularımızla ortaq cəhətlərimiz çoxdur. İranın əsas siyasəti qonşuları ilə əlaqələri gücləndirməkdir.
Biz güclü və inkişaf etmiş İranı, müasir və İslami İranı, iqtisadi, siyasi, mədəni və ticarət sahələrində inkişaf edən İranı qurmağa çalışırıq”, - deyə o vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!