Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
31-01-2024, 23:49
Ukrayna və ABŞ arasında Memorandum imzalandı


Ukrayna və ABŞ arasında Memorandum imzalandı

Ukrayna Silahlı Qüvvələrinə təqdim edilmiş beynəlxalq yardımın istifadə edilməsi üzərində nəzarət sahəsində əməkdaşlıq gücləndirilir. Bununla bağlı yanvarın 31-də Ukrayna və ABŞ arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb.
anvarın 31-də Ukrayna müdafiə naziri Rustem Umerov Kiyevdə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Robert Storç ilə görüşüb.
Görüş zamanı Rustem Umerov Amerika tərəfini Ukrayna Müdafiə Nazirliyində davam edən institusional transformasiyalar, xüsusilə də effektiv nəzarət, risklərin idarə edilməsi və uyğunluq sisteminin tətbiqi, satınalmalar sahəsində korrupsiyanın qarşısının alınması, habelə müdafiə sektorunda demokratik nəzarət alətlərinin tətbiqi haqqında məlumatlandırıb.
“Aprelin sonunadək bütün nəzarət mexanizmlərinin tətbiq ediləcəyinə və sistemin işləyəcəyinə yüz faiz əmin olacağıq”, - deyə nazir qeyd edib.
31-01-2024, 22:16
Ərdoğan gələn ay Misirə səfər edəcək


Ərdoğan gələn ay Misirə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Misirə səfər edəcək.
Bu barədə "Bloomberg" agentliyi məsələ ilə tanış olan türk rəsmilərə istinadən məlumat yayıb.
Ərdoğanla Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Danışıqlarda Qəzzada fələstinlilərə yardımın göstərilməsi və müharibənin dayandırılması üçün mümkün addımların müzakirə olunacağı gözlənilir.
31-01-2024, 21:55
“Neftçi” rəqibi üzərində qələbə qazandı


“Neftçi” rəqibi üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Günün son oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 29-cu dəqiqədə qonaqların heyətində Yeqor Boqomolski açıb. Emin Mahmudov 44-cü dəqiqədə penaltidən ikinci topu rəqibin qapısında keçirib. Kapitan 45+2-ci dəqiqədə dublunu rəsmiləşdirib. Ruhdan düşməyən "gənclik şəhəri" təmsilçi 60-cı dəqiqədə Elvin Bədəlovla və 89-cu dəqiqədə Kazimir Ninqa ilə toplardan ikisinin əvəzini çıxıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" və "Qəbələ" heç-heçə edib - 1:1.
Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında “Zirə” “Səbail”ə 2:1, “Qarabağ” isə “Sabah”a 7:1 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab qarşılaşmaları fevralın 8-9-da oynanılacaq.
31-01-2024, 21:27
Tofiq Musayev məsuliyyətə cəlb edilməsiylə bağlı xəbərlərə münasibət bildirdi


Tofiq Musayev məsuliyyətə cəlb edilməsiylə bağlı xəbərlərə münasibət bildirdi

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu barədə o, "Baku TV"yə danışıb.
“Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”, - Tofiq Musayev deyib.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərə görə, T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq Musayev və Mehman Məmmədovdan başqa digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, X.Rüstəmov, Vüqar Kərəmov, M.Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
31-01-2024, 21:13
Səfirlik Fransada yaşayan azərbaycanlılara müraciət etdi


Səfirlik Fransada yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Bu barədə Səfirliyin "X" hesabında məlumat yayılıb.
Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.
31-01-2024, 20:45
Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı


Putinin Türkiyəyə səfər edəcəyi tarix açıqlandı

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.
Bu barədə «Reuters» agentliyi Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
«RİA Novosti» isə türk diplomatına istinadən bildirib ki, başqa tarixlər də nəzərdən keçirilir.
«Bu tarix ehtimaldır, lakin yekun deyil, koordinasiya davam edir», — mənbə qeyd edib.
«A-Haber» yazır ki, Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsi, taxıl tədarükü və Suriyadakı vəziyyəti müzakirə edəcək.
Bundan əvvəl Urisya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin səfərinin fevralda baş tutacağını açıqlayıb.
Xatırladaq ki, Vladimir Putin 2023-cü il dekabrın 14-də birbaşa xətt üzrə Türkiyəyə planlaşdırılan səfərindən danışıb. Həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin olmadığını bildirib. Yuri Uşakovun sözlərinə görə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqların əsas mövzularından biri Ukrayna münaqişəsi olacaq.
31-01-2024, 19:13
Yaşar Gülər azərbaycanlı generalları qəbul etdi


Yaşar Gülər azərbaycanlı generalları qəbul etdi

Azərbaycan Silahlı Qüvvələrinin bir qrup generalı Türkiyəyə səfər edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Türkiyə milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı generalları qəbul edib.
31-01-2024, 18:44
Cinayət işi üzrə 4 idmançı həbs olundu


Cinayət işi üzrə 4 idmançı həbs olundu

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
31-01-2024, 18:37
Delimitasiya üzrə komissiyaların altıncı iclası başa çatdı


Delimitasiya üzrə komissiyaların altıncı iclası başa çatdı

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başa çatıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
31-01-2024, 18:08
Suqovuşanda ilk yaşayış kompleksinin tikintisi davam edir


Suqovuşanda ilk yaşayış kompleksinin tikintisi davam edir

2023-cü il martın 18-də təməlqoyma mərasimi keçirilən Suqovuşan qəsəbəsində ilk yaşayış kompleksinin tikintisi hazırda davam etməkdədir.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” platformasında paylaşım edib.
Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.
Kompleksdə həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur.
Burada, həmçinin geniş yaşıllıq zolaqları salınacaq. Hazırda tikilinin inşası prosesi davam etməkdədir.
Emin Hüseynov Ağdam Muğam Mərkəzində görülən işlər barədə də məlumat paylaşıb.
Bildirilib ki, Ağdam Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir. Burada sinif otaqları, rəqs təlim otaqları, iclas və böyük konsertlərin təşkili üçün zallar və açıq havada amfiteatrın inşa olunması planlaşdırılıb.
Eyni zamanda, yerüstü dayanacağın da inşa olunması planda öz əksini tapıb.
Muğam Mərkəzinin tikinti işlərinin yekunlaşması 2024-cü ilin sonuna nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!