Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
7-01-2024, 23:32
Bakıda metrostansiyaların sayının 46-a çatdırılması nəzərdə tutulur


Bakıda
metrostansiyaların sayının 46-a çatdırılması nəzərdə tutulur


Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.
“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.
2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.
2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.
7-01-2024, 21:40
Bakı şəhəri üzrə qəbiristanlıq üçün bu qədər sahə ayrılacaq


Bakı şəhəri üzrə qəbiristanlıq üçün bu qədər sahə ayrılacaq

2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 m2 qəbul edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilib.
Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.
2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər.
7-01-2024, 20:19
Bu rayonlara yeni prokuror təyin olundu


Bu rayonlara yeni prokuror təyin olundu

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.
Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.
Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.
7-01-2024, 19:30
“Fənərbağça” rəqibini darmadağın etdi


“Fənərbağça” rəqibini darmadağın etdi

Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir.
Bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.
7-01-2024, 19:19
Təhsil naziri 2024-cü ilin hədəflərini açıqladı


Təhsil naziri 2024-cü ilin hədəflərini açıqladı

2024-cü ildə yeniliklərdən çox başladığımız işləri tamamlamağı düşünürük.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, işlər yarımçıq qalmamalıdır. Nazirin sözlərinə görə, qarşıdakı 10 il elm və təhsil sahəsində prioritet Böyük Qayıdış olacaq.
"Çünki proses çox sürətli olmalıdır. Bu il 5 məktəbdən danışırıqsa, 2026-ci ilə qədər 100-dən artıq məktəbin fəaliyyəti bərpa olunmalıdır. Bu, öz-özlüyündə mürəkkəb prosesdir. Ona görə ki, məcburi köçkün məktəbləri bağlanır və işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılır. İnsanlar öz yurdlarına qayıdır. Bizim müəllimlərimizin əksəriyyəti də sevinə-sevinə qayıdırlar. Ümumiyyətlə, çox böyük tələb görürük. Ağalı məktəbində 10-11 yerə bir neçə yüz müəllim müraciət etmişdi. Bu, çox yaxşı haldır. Proses davam edəcək. O cümlədən Qarabağ Universiteti 2024-cü ilin əsas layihələrindən, təşəbbüslərindən biri olmalıdır. Bu universitetə qayıdış və 2024-cü ilin sentyabrında Xankəndidə artıq azərbaycanlı tələbələrin tədrisinin təşkili qürurverici bir istiqamətdir. Həm də düşünürəm ki, bu da kifayət qədər ambisiyalı prosesdir. Digər yandan sertifikatlaşdırma prosesi davam edəcək. Daha 30 min müəllimi prosesə cəlb edəcəyik. Bu o deməkdir ki, onların böyük əksəriyyətinin ya əməkhaqqı artacaq və ya əmək haqlarına əlavələr edilməklə gəlirləri artacaq".
Nazir çoxsaylı gündəlik məsələlərin də olduğunu söyləyib:
"Eyni zamanda bizim çoxsayda gündəlik əsasda gördüyümüz işlərimiz var. Müəllimlərin, direktorların işə qəbulu proseslərinin təkmilləşdirilməsi olduqca vacibdir. Mənə görə bizim qarşımızda hələ də bəzi məsələlər var ki, onlarla bağlı daha çox işlər görməliyik. Bu ilk növbədə inküliziv təhsil istiqamətidir.Digər yandan ümumiyyətlə keyfiyyətin qaldırılması üçün repetetorluq və bu istiqamətdə müzakirələrimizi biraz da intensivləşdirəcəyik. Yəqin ki, təmayülləşmə və digər alətlərdən istifadə etməklə şagirdlərimiz daha yaxşı öyrənməsi və repetitorluğun ailələrə və məktəblərə vurduğu zərərli məsələlərin aradan qaldırılması istiqamətində yeni təşəbbüslərimiz olacaq. Hər il biz ali təhsil müəssisələrinə qəbulda rekordlarımızı təzələyib daha çox insanı ali təhsilə qəbul edirik. Peşə təhsilində də vəziyyət belədir. Peşə və ali təhsil müəssisələrində daha çox insanın təhsil alma imkanını təmin etməyi düşünürük. Xaricdə təhsil proqramına çox nikbin baxırıq. Məktəbəqədər təhsil müəssisələrinə müəllimlərin ilk dəfə imtahan yolu ilə qəbulu başlayıb. Bu sahədə təhsil verənlərin də sertifikatlaşdırılmasını planlaşdırırıq. Yəqin ki, bu barədə daha çox məlumat verəcəyik. Ümumilikdə sahələr və istiqamətlər çoxdur. İnanıram ki, hər birinin müəyyən olunmuş hədəflərə doğru irəliləməsinə nail olacağıq".
7-01-2024, 18:51
Ermənistan Azərbaycanla bağlı məlumatları təkzib etdi


Ermənistan Azərbaycanla bağlı məlumatları təkzib etdi

Azərbaycan Silahlı Qüvvələrinin dekabrın 31-dən yanvarın 1-dək Ermənistan silahlı qüvvələrinin Zod kəndi istiqamətində atəş açması barədə KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O, habelə Azərbaycan tərəfinin bundan əvvəl diversiya cəhdi törətməyə çalışması barədə məlumatı da yalan adlandırıb.
7-01-2024, 18:34
Peru Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir


Peru Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir

Peru dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim sadiqdir.
Bunu Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Dias etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
Səfir ölkəsinin buna xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu xüsusda Perunun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini diqqətə çatdırıb.
7-01-2024, 17:44
Bu ölkədə keçirilən parlament seçkilərində səsvermə başa çatdı


Bu ölkədə keçirilən parlament seçkilərində səsvermə başa çatdı

Yanvarın 7-də Banqladeşdə keçirilən parlament seçkilərində səsvermə başa çatıb.
Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçicilərin 27,15 faizi seçki məntəqələrinə gəlib.
Banqladeşdə səsvermə bazar günü səhər ölkə üzrə 42 mindən çox seçki məntəqəsində başlayıb. Seçkilərdə 119,1 milyon qeydə alınmış seçici iştirak edə bilərdi.
Banqladeş parlamentində 350 yer var. 300 deputat səsvermə yolu ilə seçilir, qalan 50 yer qadınlar üçün saxlanılır və seçkilərdən sonra parlamentdə qüvvələrin bölgüsündən asılı olaraq bölüşdürülür.
Seçki yarışında 2 minə yaxın namizəd iştirak edir ki, bunun da 5,1%-ni qadınlar təşkil edir. Səslərin hesablanması səsvermə başa çatdıqdan sonra başlayacaq və ilk nəticələrin bazar ertəsi açıqlanması gözlənilir.
Əsas müxalifət partiyası Banqladeş Milliyyətçi Partiyası səsvermənin baş tutmaması üçün seçkiləri boykot etdiyini açıqlayıb. Banqladeşin ilk qadın baş naziri Xaleda Zianın rəhbərlik etdiyi partiya bildirib ki, hakimiyyətdə qalmaq istəyən hazırkı baş nazir Şeyx Hasinanın dövründə seçkilərin bütövlüyünə zəmanət verilə bilməz. Müxalifət insanları boykota qoşulmağa çağırıb.
Şeyx Hasina 2009-cu ildən Banqladeşin baş naziri vəzifəsini icra edir. O, ilk dəfə 1996-2001-ci illərdə baş nazir vəzifəsində çalışıb və onun yerinə Xalidə Ziya gəlib.
Xaleda Zia 1991-ci ildə Banqladeşin ilk qadın baş naziri olub. O, daha əvvəl 1991-ci ildən 1996-cı ilə qədər və yenidən 2001-2006-cı illərdə iki müddət baş nazir vəzifəsində çalışıb. Hazırda ev dustağı olan Zia üçüncü dəfə baş nazir olmaq istəyir.
Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Bundan əvvəl ordu komandanlığı asayişi qorumaq üçün yanvarın 3-dən 10-dək ölkədə silahlı qüvvələrin yerləşdiriləcəyini açıqlamışdı.
7-01-2024, 16:57
Əməkdar artistin dəfn yeri açıqlandı


Əməkdar artistin dəfn yeri açıqlandı

Yanvarın 6-da vəfat edən Əməkdar artist Aygün Bəylərin dəfni, güman ki, sabah olacaq.
Bu barədə mərhum sənətçinin bacısı Zümrüd Hümmətova APA-ya açıqlamasında məlumat verib.
O, cənazənin hələlik Bakıya gətirilmədiyi üçün dəfnin sabaha nəzərdə tutulduğunu bildirib.
Bacısının sözlərinə görə, 48 yaşında dünyasını dəyişən Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn ediləcək.
7-01-2024, 16:46
Tibb Universitetinin tələbəsi vəfat etdi


Tibb Universitetinin tələbəsi vəfat etdi

Azərbaycan Tibb Universitetinin tələbəsi vəfat edib.
Bu barədə Universitetdən xəbər verilib.
Qeyd edilib ki, ATU-nun II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!