Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
5-01-2024, 18:41
Paşinyan qubernatoru istefaya göndərdi


Paşinyan qubernatoru istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinin rəhbərini vəzifəsindən azad edib.
Bu barədə o sərəncam imzalayıb.
Qərara əsasən, Armavir mərzinin qubernatoru Eduard Ovannisyan istefaya göndərilib.
5-01-2024, 18:31
Şəhid Həsən bu gün Gəncədə dəfn olundu


Şəhid Həsən bu gün Gəncədə dəfn olundu

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.
Dəfn mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.
Dəfn mərasimində ürəkdağlayan anlar yaşanıb.
Qeyd edək ki, qəzada həlak olan hərbçiyə şəhid statusu veriləcək.

5-01-2024, 18:12
“Qarabağ”dan son 25 ilin rekordu


“Qarabağ”dan son 25 ilin rekordu

Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox – 88 qol vurub.
Bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.
Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.
1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.
Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.
“Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.
Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.
Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. “Neftçi” – 104 (1992)

2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

3. “Kəpəz” – 91 (1998)

4. “Kəpəz” – 88 (1995)

5. “Qarabağ” – 88 (2023)

6. “Qarabağ” – 87 (2022)

7. “Neftçi” – 78 (1996)

8. “Kəpəz” – 76 (1992)
5-01-2024, 17:49
Rəqəmsal bacarıqlar hələlik layihə formasında tətbiq olunur - Nazir


Rəqəmsal bacarıqlar hələlik layihə formasında tətbiq olunur - Nazir

Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlaşmaq mümkün deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:
"Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur".
Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.
Emin Əmrullayev bildirib ki, hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O vurğulayıb ki, həm rəqəmsal bacarıqlar, həm də STEM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.
5-01-2024, 17:45
Kadırovdan ABŞ-a yeni təklif


Kadırovdan ABŞ-a yeni təklif

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı məhbusun təhvil verilməsi müqabilində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.
O, məhbusların siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.
“Qonağımıza maraqlı təklifimiz var. Donetskdə, Luqanskda aparılan əsirlərimiz var. Siyahını qonağımıza verirəm... Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyanı götürsələr, o zaman bu insanları təhvil verəcəyik”, - deyə Kadırov bildirib.
Ramzan Kadırov əlavə edib ki, saxlanılanlarla yaxşı rəftar edilib və əslində onların günahı yoxdur, onun ailə üzvləri isə heç vaxt siyasətdə iştirak etməyiblər.
Bundan əvvəl Ramzan Kadırov amerikalı keçmiş kəşfiyyatçı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb. Çeçenistan rəhbərinin sözlərinə görə, o, xüsusi təyinatlılar universitetinə baş çəkib və respublika parlamentinin sədri ilə görüşüb.
5-01-2024, 17:26
Azərbaycanın bu rayonları ağ örpəyə bürünüb


Azərbaycanın bu rayonları ağ örpəyə bürünüb

Yanvarın 5-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şəki, Zaqatala, Oğuz, Balakəndə arabir yağış, Şahdağ, Sarıbaşda (Qax) qar yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-15 dərəcə isti, Naxçıvan MR-da 7-12 dərəcə isti, aran rayonlarında 12-15 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.
5-01-2024, 16:30
Putinin prezidentliyə namizədliyi üçün imzatoplanma davam edir


Putinin prezidentliyə namizədliyi üçün imzatoplanma davam edir

Yeni müddətə namizədliyini irəli sürən Rusiya prezidenti Vladimir Putinin seçki qərargahına ölkənin 19 rayonundan seçicilərin imzası gəlib.
Yaxın vaxtlarda daha 69 rayondan siyahılar qərargaha gəlməlidir.
Federal qərargah Moskva, Sankt-Peterburq, Belqorod, Bryansk, Vladimir, Voronej, İvanovo, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Oryol, Ryazan, Smolensk, Tambov, Tver, Tula, Yaroslavl və Leninqradda toplanmış imzaları qəbul edib.
Qərargahın mətbuat katibi Aleksandra Suvorovanın jurnalistlərə verdiyi məlumata görə, indi imzalar qərargahın vəkilləri tərəfindən yoxlanılacaq. Onun sözlərinə görə, imzatoplamanın başa çatmasından söhbət getmir, imzaların toplanılması ölkənin bütün bölgələrində davam etdiriləcək. Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün artıq neçə imzanın toplandığı açıqlanmır.
Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 300 min seçici imzasını toplayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Dekabrın 23-də onun namizədliyinin müdafiəsi üçün imza toplanmasına başlanılıb.
5-01-2024, 16:14
Qəzzada ölənlərin son statistikası açıqlandı


Qəzzada ölənlərin son statistikası açıqlandı

Qəzza zolağında ölənlərin sayı 22600 nəfərə çatıb.
Bu barədə HƏMAS-ın nəzarətində olanQəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, toqquşmaların başladığı 7 oktyabr 2023-cü il tarixindən bəri hesablanan statistikadır. Həmçinin yaralananların sayı 57910 nəfər qədərdir.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailə hücumu nəticəsində başlanan müharibə davam etməkdədir.
5-01-2024, 15:33
Vətən müharibəsi iştirakçılarının qardaş ölkəyə səfəri davam edir - FOTO


Vətən müharibəsi iştirakçılarının qardaş ölkəyə səfəri davam edir - FOTO

Vətən müharibəsi iştirakçılarının bir qrupunun Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkəyə səfəri davam edir.
Vətən müharibəsinin iştirakçıları səfər çərçivəsində Adana valiliyində olublar.
Azərbaycanlı qazilərlə görüşündən məmnunluğunu ifadə edən Adana valisi Yavuz Selim Köşger xatırladıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycana ilk dəstək göstərənlərdən biri də Adana şəhəri idi. Azərbaycanın Qələbəsindən sonra Türk dünyasına güvənin daha da artdığını qeyd edən vali ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin onları da sevindirdiyini vurğulayıb.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsi dövründə qardaş Türkiyənin mənəvi dəstəyinin xalqımız Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan və Türkiyə ən çətin anlarda daim bir-birinin yanında olub. Çanaqqala və Qurtuluş savaşlarında ata-babalarımızın çiyin-çiyinə döyüşdüklərini diqqətə çatdıran Emin Həsənli Azərbaycanın bir sıra şəhər və rayonlarında “Türk şəhidliyi” abidələrinin olduğunu qeyd edib. O deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də Türkiyədir. Son illərdə Türkiyənin bütün dünyada nüfuzu artmaqdadır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib. Hazırda Türkiyə beynəlxalq müstəvidə vasitəçi dövlət kimi qəbul edilir. Türkiyə Qarabağda, Yaxın Şərqdə baş verən hadisələrdə, Rusiya- Ukrayna müharibəsində əsas vasitəçilərdən biridir və bu problemlərin həllində töhfə verməyə səy göstərir.



5-01-2024, 15:00
“Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlandı


“Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlandı

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Bu barədə MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.
Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.
Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!