Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
30-12-2023, 22:25
Azərbaycan Respublikasının Prezidentinə A Ç I Q   M Ə K T U B


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Heydər oğlu Əliyevə

yazıçı-jurnalist Miraslan Məcnun oğlu Bəkirli tərəfindən
A Ç I Q M Ə K T U B
Çox hörmətli cənab prezidentimiz, qalib sərkərdəmiz, Siz mənim və Azərbaycanı sevən hər kəsin arzu və xəyallarını gerçəkləşdirdiyiniz üçün min kərə Sizə “Sağ olun”, – deyirəm. Mən Aztv-də verilişlər hazırlayanda (1992-ci ildən 2018-ci ilə qədər) sonluqda həmişə Şuşaya, Kəlbəcərə, Göyçəyə, İrəvana qayıdacağımızı vurğulayanda bəzən məndən soruşurdular ki, “Sən doğrudan bu qayıdışa inanırsan?” Onda mənim bir cavabım olurdu: – Bu qəhrəman xalqı, milləti düşmən üstünə aparan sərkərdənin olacağına öz varlığım kimi inanıram. Siz təkcə mənim yox, bizim – Bütöv Azərbaycanın, dünya azərbaycanlılarının və bizi sevənlərin sərkərdəsisiniz, prezidentisiniz, rəhbərisiniz. Mən dəfələrlə şəhidlik zirvəsinə tərəf getmişəm, amma o mənə nəsib olmayıb (qaynar nöqtələrdən “Cəbhədən qayıtmışıq”, “Qılınc qolun davamıdır” verilişlərini hazırlamışam, bir neçə dəfə risq edib “ermənistan” adlandırılan ata-baba yurdlarımıza gedib, gördüklərimi lentin yaddaşına köçürüb Aztv-də efirə vermişəm). Qarabağın işğalda olan bölgələri və Qərbi Azərbaycanla bağlı yüzlərlə veriliş eləmişəm... Sizin sərkərdəliyiniz sayəsində torpaqlarımız işğaldan azad olunandan sonra illərlə həsrətində olduğumuz qələbə sevincini yaşadıq və buna görə Sizə minnətdaram ki, milyonlarla mənim kimi Vətən övladının yarasına məlhəm qoydunuz.
Bir il əvvəl – ötən ilin dekabrında bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdə Siz tarixi bir məqama da müdrik imzanızı atdınız və millətlə, xalqla bir yerdə olmağınızı bir daha sübut etdiniz. Ad gününüzdə “ailəmlə bir yerdəyəm”, – deməyinizlə milyonlarla qəlblərdə bir daha özünüzə yer elədiniz və bizim çiynimizə məsuliyyətli bir vətəndaş vəzivəsi qoydunuz. Mən indi Qərbi Azərbaycan İcmasında çalışıram və kollektivin hər üzvü kimi, Sizin etimadınızı doğrultmaq üçün əlimdən gələni edirəm. Qərbi Azərbycan İcmasında hörmətli Ədalət Vəliyevin sizə təqdim etdiyi yüzlərlə saat arxiv materialları olan kaset və diskləri mən 1992-ci ildən yığıb saxlayıram. İndi də, multimediyanın rəhbəri kimi, Qərbi Azərbaycandan məcburən köçürülən, işgəncələrə, haqsızlıqlara məruz qalan sahidləri lentin yaddaşına köçürürəm. Təkcə Azərbaycanda yox, Qazağıstanda, Türkiyədə, Gürcüstanda yaşayan erməni-bolşevik zülmünə məruz qalan soydaşlarımızı – yaşayan tarixi – sürgünlərə, deportasiya və soyqırımlara məruz qalan insanları arxivləşdirməkdəyəm. Heç bir təmənna güdmədən, böyük həvəs və istəklə əlimdən gələni etməyə çalışmışam ki, dədə-baba torpaqlarımız, tariximiz unudulmasın və tarixi haqsızlıqları dünya ictimaiyyətinə catdıra bilək, urvatla, ədalətlə, ləyaqətli şəkildə ata-baba torpaqlarımıza qayıda bilək. Mənim həmişə bircə təmənnam olub: Azərbaycanı bütöv görmək. Gərgin əməyiniz, müdruk siyasətinizlə bu müqəddəs bütövlük amalı üçün məqsədyönlü işinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Kollektivimizlə, Qərbi Azərbaycanlılarla həmişə Sizin yanınızdayıq.
Mən təkcə telejurnalist kimi hazırladığım verilişlər, filmlərlə yox (“Vətən qürbətdə qaldı”, “Ağrı”, “Qafqaz türklərinin soyqırımı”, “Burda bir el vardı”, “Həsrət”, “Kəlbəcər faciəsi” “Durnalar qayıdanda”, “Yurd yeri”, “Şahidlər və şəhidlər”, “Ağdaban faciəsi”, “Xocalı şəhid şəhər”, və s. silsilə verilişlər və filmlər), yazıçı kim də Azərbaycan tarixindəki haqsızlıqları bədii sözün gücü ilə ədəbiyyata gətirən nasirlərdənəm. “Sürgün”, “Mübariz”, “Kəlbəcər ağrısı”, “Bir gecənin gəlini” romanlarda, “Yiyəsizlər”, “Qara Canavar”, “Tanrı yazısı”, “Kərənti səsi” povestlərdə və onlarla hekayə, mənsur şeirlərdə tarixi həqiqətləri bədiiləşdirmişəm. Bu əsərlərin hər biri tam və qısametrajlı filmlər üçün dəyərli mənbədir. Bədii filmlər üçün yazdığım ssenarilərlə Azərbaycan həqiqətlərini əks etdirməklə yaşadığımız tarixi haqsızlığları ekran əsərləri vasitəsiylə dünya xalqlarına çatdıra bilərik və son vaxtlar yaxşı ekran əsərləri gözləyən tamaşaçıları da sevindirə bilərik.
Çox hörmətli Prezidentimiz, Qalib Sərkərdəmiz inanıram ki, dünyada tanınmış siyasətçi –H.Əliyev ailəsində böyüyən(burda, “Ustad oğlundan şəyird olmaz”, – məsələsi yerinə düşərdi), müasir siyasi müstəvidə müdrikliyi, siyasi çevikliyi, təfəkkürü, bir neçə dildə səlis danışığı ilə jurnalistləri və tamaşaçıları heyran qoyan İlham Heydər Oğlu Əliyev bizi daha möhtəşəm qələbələrə aparacaq. Bu yolda Sizə uğurlar arzulayıram. Sizi Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edir, Azərbaycanımızın firəvan sabahı naminə Sizə yeni ildə yeni-yeni nəaliyyətlər arzu edirəm.

Dərin hörmət və ehtiramla:
Miraslan Məcnun oğlu Bəkirli

31 dekabr 2023-cü il
30-12-2023, 21:57
Bu il Türkiyədə son 53 ilin ən isti havası qeydə alınıb


Bu il Türkiyədə son 53 ilin ən isti havası qeydə alındı

Bu il Türkiyədə son 53 ilin ən isti noyabr ayı qeydə alınıb.
Bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
Qeyd edilib ki, 2023-cü ilin noyabr ayında Türkiyə üzrə orta temperatur 12,5 dərəcə olaraq ölçülüb. Bu da ayın hava temperaturunun normadan 3,2 dərəcə artdığını göstərir.
Nazir noyabrda ən aşağı temperaturun mənfi 15,3 dərəcə olaraq Ərzurumda, ən yüksək temperaturun isə 32,9 dərəcə ilə Salihlidə qeydə alındığını deyib.
30-12-2023, 21:40
Zakir Həsənovdan bayram təbriki


Zakir Həsənovdan bayram təbriki

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyəti təbrik edib. Təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.
Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər Paradı gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi.
Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Hərbi Anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bu bayram günlərində də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!”.
30-12-2023, 21:13
Prezident bayramla əlaqədar paylaşım etdi


[b]Prezident bayramla əlaqədar paylaşım etdi[/b]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri qeyd edilib.

30-12-2023, 20:58
Rusiyaya raket hücumu: 14 ölü, 108 yaralı


Rusiyaya raket hücumu: 14 ölü, 108 yaralı

Rusiyanın Belqorod vilayətinə raket hücumu nəticəsində 14 nəfər ölüb, 108 nəfər xəsarət alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna tərəfinin Belqorod vilayətinə raket həmlələri nəticəsində 14 nəfər, o cümlədən iki uşaq həlak olub, 108 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qlatkov bildirib ki, raketlər yaşayış ərazisinə düşüb, 40 mülki obyektə ziyan dəyib.
30-12-2023, 20:09
Bəzi məhsullar gömrük rüsumundan azad edildi


Bəzi məhsullar gömrük rüsumundan azad edildi

Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, ölkəyə idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib.
30-12-2023, 19:54
Ombudsman əsirlikdən azad olunmuş hərbiçilərlə görüşdü


Ombudsman əsirlikdən azad olunmuş hərbiçilərlə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2023-cü ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülərək həbs edilmiş və bu yaxınlarda əsirlikdən azad edilmiş Azərbaycan Ordusunun əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirovla görüş keçirib.
Bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, görüş zamanı Ombudsman ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davamlı səyləri və əzmkarlığı sayəsində Ermənistan əsirliyindən azad olunmaları münasibətilə H.Axundov və A.Bəbirovu təbrik edib.
Müvəkkil hərbi qulluqçularımızın səhhəti və indiki vəziyyətləri, habelə qayğıları ilə maraqlanıb. Onlar Ermənistanda saxlanıldıqları müddət ərzində məruz qaldıqları qeyri-insani rəftar halları barəsində məlumat veriblər
Ombudsman öz növbəsində hərbi qulluqçularımızın qeyd etdikləri məsələlərin müvafiq beynəlxalq qurumlar qarşısında qaldırılacağını, hüquqlarının təmini istiqamətində lazımi addımların atılacağını bildirib.
30-12-2023, 19:07
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarı Fransadır - Nazir


İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarı Fransadır - Nazir

Fransa tərəfindən atılan bu əsassız addım sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbədir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən “persona non grata” elan edilmiş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edərkən deyib.
İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.
30-12-2023, 18:53
Yeni il gecəsi avtobusların iş saatı uzadıldı - RƏSMİ


Yeni il gecəsi avtobusların iş saatı uzadıldı - RƏSMİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sakinlərin və paytaxt qonaqlarının Dənizkənarı Milli Parka səfər etmələrini və ictimai nəqliyyata kütləvi şəkildə axını nəzərə alaraq, dekabrın 31-də marşrutların fəaliyyəti saat 01:30-dək təşkil olunacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib
"Sıxlığın yaranmaması və ictimai nəqliyyata olan sərnişin tələbatının ödənilməsi üçün müntəzəm marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi tapşırılıb", - məlumatda deyilir.
30-12-2023, 18:44
İlham Əliyev İraqla olan Sazişi təsdiqlədi


İlham Əliyev İraqla olan Sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Saziş 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!